Azərbaycan Respublikası adından QƏRAR Sabirabad rayon İş № 3(056)-363/2025 03.02.2025 SABİRABAD RAYON MƏHKƏMƏSİ X6 Bağırovun sədrliyi, Anar Neymət oğlu Qafarovun katibliyi, inzibati xəta haqqında protokolu tərtib etmiş şəxs - Sabirabad rayon İcra və Probasiya Şöbəsinin icra məmuru X3, barəsində inzibati xəta haqqında iş üzrə inzibati icraat aparılan şəxs (icra sənədi üzrə borclu) Şəxs iştirakı ilə, xx.xx.1993-cü il tarixdə Sabirabad rayonu Əsgərbəyli kəndində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, subay, işsiz, Sabirabad rayonu Əsgərbəyli kəndində qeydiyyatda olmaqla yaşayan Şəxs İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xəta əməli törətməsinə dair Sabirabad rayon İcra və Probasiya Şöbəsindən daxil olmuş xx.xx.2025ci il tarixli MN2086992№-li inzibati xəta haqqında Protokola və inzibati xəta haqqında iş üzrə toplanmış materiala açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİM: Şəxs İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xəta əməli törətməsinə dair Sabirabad rayon İcra və Probasiya Şöbəsindən daxil olmuş xx.xx.2025-ci il tarixli MN2086992№-li inzibati xəta haqqında Protokola və inzibati xəta haqqında iş üzrə toplanmış materiallara görə o, Bakı şəhəri Sabunçu rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli 2(008)-6996/2023 saylı icra vərəqəsini üzürsüz səbəbdən icra etməyərək, bununla bağlı icra məmurunun qanuni tələblərini yerinə yetirməmişdir. Məhkəmə iclasında iştirak etmiş Sabirabad rayon İcra və Probasiya Şöbəsinin icra məmuru X4 izahatında qeyd etmişdir ki, Bakı şəhəri Sabunçu rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli 2(008)-6996/2023 saylı icra vərəqəsinə əsasən xx.xx.2015-ci il təvəllüdlü X1 yetkinlik yaşına çatanadək saxlanması üçün hər ay 220 manat sabit pul məbləğində alimentin Şəxs tutularaq X2 verilməsi tələb olunur. Həmin icra vərəqəsinin icrasının təmin edilməsinə dair borclu Şəxs edilmiş təkliflərə baxmayaraq icra şöbəsinin çağırışına məhəl qoymamış, müvafiq sorğuları cavablandırmamış, faktiki olduğu yer barədə məlumat verməmiş və bununla da icra vərəqələri üzrə borcunu ödəməkdən yayınmış və icra məmurunun qanuni tələblərini yerinə yetirməmişdir. Məhkəmə iclasında iştirak etmiş barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs özünü təqsirsiz bilərək izahatında göstərmişdir ki, icra sənədinin icrasından yayınmır, lakin o, heç bir yerdə işləmir, hər hansı gəliri yoxdur və bununla da maddi imkanı məhdud olduğu üçün Bakı şəhəri Sabunçu rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli 2(008)-6996/2023 saylı icra vərəqəsi üzrə ondan tələb olunan aliment borcunu ödəyə bilmir. Odur ki, göstərilənləri nəzərə alaraq onun inzibati məsuliyyətdən azad olunmasını və onun barəsində aparılan inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsini xahiş edir. Bakı şəhəri Sabunçu rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli 2(008)-6996/2023 saylı icra vərəqəsinə əsasən xx.xx.2015-ci il təvəllüdlü X1 yetkinlik yaşına çatanadək saxlanması üçün hər ay 220 manat sabit pul məbləğində alimentin Şəxs tutularaq X2 verilməsi tələb olunur. Məhkəmə izahatları dinləyib, inzibati xəta haqqında protokolu və ona əlavə olunmuş sənədləri araşdıraraq hesab edir ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs əməlində inzibati xəta tərkibi olmadığından inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Belə ki, məhkəmə araşdırmasının nəticəsi olaraq müəyyən edilmişdir ki, Bakı şəhəri Sabunçu rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli 2(008)-6996/2023 saylı icra vərəqəsinə əsasən xx.xx.2015-ci il təvəllüdlü X1 yetkinlik yaşına çatanadək saxlanması üçün hər ay 220 manat sabit pul məbləğində alimentin Şəxs tutularaq X2 ödənilməsi tələb olunur. İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsinin dispozisiyasına görə məhkəmə və digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurunun qanuni tələblərinin yerinə yetirilməməsi və icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə borclunu müəyyən hərəkətləri etməyə və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə məcbur edən icra sənədinin üzürsüz səbəbdən icra edilməməsi bu maddədə nəzərdə tutulmuş inzibati xətanın tərkibini yaradır. Göründüyü kimi, İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsinin tərkibinin yaranması üçün onun dispozitiv əlamətlərindən biri icra məmurunun qanuni tələblərinin yerinə yetirilməməsi, digəri isə icra sənədinin məhz üzürsüz səbəbdən icra edilməməsi həmin maddədə nəzərdə tuulmuş inzibati xətanın tərkibini yaradır. Təqdim olunmuş inzibati xəta haqqında materiallardan isə belə hallar mövcud deyildir. Belə ki, inzibati xəta haqqında protokolda və protokol tərtib etmiş icra məmurunun izahatında borclu Şəxs barəsində olan icra sənədinin icrası ilə bağlı dəfələrlə üzərində olan borcunu ödəməsi barədə rəsmi xəbərdarlıqların edilməsinə baxmayaraq o xəbərdarlıqlara məhəl qoymayaraq icra sənədinin icrasını təmin etməməsi göstərilsə də həmin hal borclunun izahatı və iş materiallarında olan sənədlərlə təkzib olunur. Belə ki, tələbin ödənilməsi üçün müvafiq gəliri və tələbin yönəldilə biləcəyi hər hansı bir əmlakının olmaması halının, borclu Şəxs barəsində olan icra sənədinin üzürsüz deyil, məhz üzürlü səbəblərdən tam icra edilə bilinmədiyini göstərir. Çünki icra sənədinin üzürsüz səbəbdən icra edilməməsi odur ki, borclunun icra sənədini qanunvericiliklə qadağan olunmayan vasitələrlə icra edə bilməsi imkanına malik olması aşkardır, lakin o, icra sənədini qəsdən icra etmir və ya ümumiyyətlə buna cəhd göstərmir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs isə belə imkana malik olmasına və icra sənədini qəsdən icra etməməsinə dair protokol tərtib edən şəxs tərəfindən məhkəməyə hər hansı bir sübut təqdim olunmamışdır. İXM-nın 12.1-ci maddəsinə əsasən bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıq üzündən törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. İXM-nin 8.1, 8.2 və 8.3-cü maddələrinə görə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri bu Məcəllə ilə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu, inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə o, təqsiri olmayan hesab edilir. İnzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. İnzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində olan şübhələr onun xeyrinə həll olunur. Həmin normaların tələbləri baxımdan məhkəmə hesab edir ki, hazırkı inzibati xəta haqqında protokolda göstərilən hal üzrə inzibati xəta hadisəsi mövcud deyildir. İXM-nın 53.0.1-ci maddəsinə əsasən inzibati xəta hadisəsi olmadıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanılmış icraata isə xitam verilir. Həmin Məcəllənin 114.2.1-ci maddəsinə əsasən bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulmuş hallardan hər hansı biri olduqda, icraatında inzibati xəta haqqında iş olan səlahiyyətli vəzifəli şəxs inzibati xəta haqqında işin icraatına xitam verilməsi haqqında qərar qəbul edir. Qeyd olunanları nəzərə alaraq və qanunvericiliyin göstərilən müddəalarını rəhbər tutaraq məhkəmə belə nəticəyə gəlir ki, hazırkı inzibati xəta haqqında protokolun tərtib edildiyi hal üzrə inzibati xəta hadisəsi mövcud olmadığından Şəxs barəsində İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə aparılan inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Göstərilənlərə əsasən və İnzibati Xətalar Məcəlləsinin 31, 40,43, 48-51, 53, 114, 128- 130-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİM: Şəxs barəsində İXM-nın 528.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xəta törətməsinə dair xx.xx.2025-ci il tarixli MN2086992№-li inzibati xəta haqqında Protokol əsasında başlanmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilsin. Qərardan onun təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Sabirabad Rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər.
Məhkəmə qərarları › İş №3(056)-363/2025
Sabirabad Rayon Məhkəməsi Qərar — İş №3(056)-363/2025
03.02.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver