Məhkəmə qərarları › İş №3(056)-367/2025

Sabirabad Rayon Məhkəməsi Qərar — İş №3(056)-367/2025

19.02.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Sabirabad rayon İş № 3(056)-367/2025 19.02.2025 SABİRABAD RAYON MƏHKƏMƏSİ X7 Bağırovun sədrliyi, Anar Neymət oğlu Qafarovun katibliyi, 3 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin nümayəndəsi X5, şikayətçi (barəsində inzibati tənbeh tətbiq edilmiş şəxs) X2 iştirakı ilə, X2 3 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin rəisi vəzifəsini müvəqqəti icra edən sektor müdüri X11 tərəfindən qəbul olunmuş xx.xx.2025-ci il tarixli MN1786389№-li İnzibati tənbeh vermə haqqında Qərardan verdiyi şikayətə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: 3 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin rəisi vəzifəsini müvəqqəti icra edən, sektor müdüri X11 tərəfindən qəbul olunmuş xx.xx.2025-ci il tarixli MN1786389№-li inzibati tənbeh vermə haqqında Qərara əsasən xx.xx.1965-ci il təvəllüdlü X4 3 saylı X8 X3 4 saylı meşə dolayında meşə gözətçisi işləyən R.G.Məmmədrzayev kvartalın ərazisində qanunsuz olaraq mal-qara otarmış və bununla da İnzibati Xətalar Məcəlləsinin 257-ci maddəsində (Meşə fondu sahələrində özbaşına ot biçilməsinə və ya mal-qara otarılması) nəzərdə tutulmuş inzibati xətaya yol verdiyinə görə, onun barəsində 400 manat məbləğində cərimə növündə inzibati tənbeh tətbiq edilməsi qərara alınmışdır. X4 barəsində qəbul olunmuş inzibati tənbeh vermə haqqında xx.xx.2025-ci il tarixli MN1786389№-li Qərarla razılaşmayıb, həmin qərardan şikayət verərək, qərarın və həmin qərarla tətbiq edilmiş 400 manat cərimə tənbeh növünün ləğv edilməsi, inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi barədə qərar çıxarılmasını xahiş etmişdir. X4 inzibati tənbeh vermə haqqında xx.xx.2025-ci il tarixli MN1786389№-li Qərardan verdiyi şikayəti belə əsaslandırılmışdır ki, 3 saylı X10 Sərvətlər İdarəsinin əməkdaşları tərəfindən xx.xx.2024-cü il tarixli 88331 saylı akt tərtib edilmişdir. Akta əsasən Şirvan meşəbəyliyinin 4 saylı dolayının 13-cü kvartalmm ərazisində gözətçi işləyən X1 ərazisində qanunsuz olaraq malqara otarmışdır. Həmin akta əsasən idarənin əməkdaşları tərəfindən barəsində inzibati xəta haqqında xx.xx.2024-cü il tarixli MN ******* saylı protokol tərtib edilərək qərar qəbul edilmişdir. 3 saylı Regional EkologiyaTəbii Sərvətlər İdarəsinin rəisi vəzifəsini müvəqqəti icra edən sektor müdüri X11 tərəfindən xx.xx.2025-ci il tarixdə MN ******* nömrəli qərar qəbul edilərək İnzibati Xətalar Məcəlləsinin 257-ci maddəsi ilə fiziki şəxs qismində 400 manat cərimə olunmuşdur. Bildirir ki, qərarda qeyd edilən mal-qara onun deyil, ona təhkim olunmuş ərazinin ətrafı açıq şəkildə olduğu üçün ərazinin mal-qaradan mühafizə etmək mümkin deyil, belə ki sözü gedən ərazinin ətrafı bağlı olmadığı üçün istənilən heyvan qara keçə bilir. Lakin qərar qəbul olunarkən həmin əraziyə heç bir baxış keçirilməmiş, mal-qaranın kimə məxsus olduğu araşdırılmamış, təhkim olunmuş ərazinin mühafizəsi hansı vəziyyətdə olması qərada öz əksini tapmamışdır. Ona görə də hesab edir ki, 3 saylı X10 Sərvətlər İdarəsinin rəisi vəzifəsini müvəqqəti icra edən sektor müdüri X11 tərəfindən xx.xx.2025-ci il tarixdə MN ******* nömrəli qərarı qanunsuz və əsasızdır. Odur ki, 3 saylı X10 Sərvətlər İdarəsinə tərəfindən qəbul edilmiş xx.xx.2025-ci il tarixli MN1786389№-li qərarın ləğv edilməsi bapədə qərar qəbul edilməyini xahiş etmişdir. Məhkəmə iclasında iştirak etmiş X4 inzibati tənbeh vermə haqqında xx.xx.2025-ci il tarixli MN1786389№-li Qərardan verdiyi şikayətini müdafiə edib, şikayət ərizəsinə uyğun məzmunda izahat vermişdir. Məhkəmə iclasında iştirak etmiş 3 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin nümayəndəsi X9 şikayət ərizəsinə etiraz edərək, şikayətin təmin edilməməsini xahiş etmişdir. Şikayətin dəlillərini araşdırıb və iş materiallarını tədqiq edib hesab edirəm ki, X2 şikayəti əsassız olduğundan təmin edilməməlidir. Belə ki, 3 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsi tərəfindən qəbul olunmuş xx.xx.2025-ci il tarixli MN1786389№-li inzibati tənbeh vermə haqqında qərardan görünür ki, X2 İnzibati Xətalar Məcəlləsinin 257-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsinə səbəb, onun gözətçisi olduğu ərazidə, yəni Şirvan meşəbəyliyinin 4 saylı dolayının 13-cü kvartalının ərazisində qanunsuz olaraq mal-qara otarmışdır. İnzibati Xətalar Məcəlləsinin 257-ci maddəsinə əsasən meşə fondu sahələrində özbaşına ot biçilməsinə və ya mal-qara otarılmasına və ya yabanı meyvə, qoz-fındıq, göbələk, giləmeyvə və sair yığılması qadağan edilən və ya buna ancaq meşə biletləri üzrə yol verilən sahələrdə onların özbaşına yığılmasına görə - fiziki şəxslər dörd yüz manatdan altı yüz manatadək məbləğdə, vəzifəli şəxslər iki min manatdan iki min beş yüz manatadək məbləğdə, hüquqi şəxslər beş min manatdan altı min beş yüz manatadək məbləğdə cərimə edilir. İnzibati Xətalar Məcəlləsinin 257-ci maddəsinin dispozisiyasından göründüyü kimi meşə fondu sahələrində özbaşına ot biçilməsi və ya mal-qara otarılması həmin maddədə nəzərdə tutulan inzibati xətanın tərkibini yaradır. Şikayətçi R.G.Məmmədrzayev həmin qərarla razılaşmayıb və qərarı mübahisələndirərək şikayətini belə əsaslandırmışdır ki, onun tərəfindən otarılması istinad edilən mal-qara ona məxsus olmamışdır. Şikayətçi R.G.Məmmədrzayev şikayət ərizəsində onun tərəfindən otarılması istinad edilən mal-qaranın ona məxsus olmamasını bildirsə də, lakin bunun əksi olaraq inzibati xəta materiallarına əlavə edilmiş R.G.Məmmədrzayevin yazılı izahatında qanunsuz otarılan malqaranın bəzilərinin ona məxsus olmasını etiraf etmişdir. Məhkəmə aşağıda istinad olunan qanunvericilik normalarına və işin məhkəmədə araşdırılmış hallarına əsaslanaraq hesab edir ki, şikayətçi R.G.Məmmədrzayevin barəsində qəbul edilmiş mübahisələndirdiyi inzibati tənbeh vermə haqqında Qərardan verdiyi şikayətin dəlilləri, yəni ona istinad olunan İXM-nın 257-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta əməlinin törətməməsinə dair dəlilləri əsassızdır və həmin dəlillər xx.xx.2025-ci il tarixli MN1786389№-li inzibati tənbeh vermə haqqında Qərarın ləğvi üçün əsas ola bilməz. İnzibati Xətalar Məcəlləsinin 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir. Həmin Məcəllənin 6.1-ci maddəsinə əsasən inzibati xətalara görə inzibati tənbeh bu Məcəlləyə uyğun olaraq tətbiq edilir. Həmin Məcəllənin 6.2-cı maddəsinə əsasən inzibati xətalar haqqında işlər üzrə icraatın təmin edilməsi tədbirləri tətbiq edilərkən qanun vericiliyin tələblərinə əməl olunması yuxarı orqanların və vəzifəli şəxslərin idarə nəzarəti ilə, məhkəmə və prokuror nəzarəti ilə və şikayət etmək hüququ ilə təmin edilir. Həmin Məcəllənin 9.1-ci maddəsinə əsasən inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına uyğun, qanuni və əsaslı olmalıdır. Məhkəmə hesab edir ki, 3 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsi tərəfindən qəbul olunmuş xx.xx.2025-ci il tarixli MN1786389№-li inzibati tənbeh vermə haqqında Qərar qanuni və əsaslı olduğundan, X2 həmin qərarın ləğv edilməsinə dair şikayəti əsassızdır və təmin edilməməlidir. Göstərilənlərə əsasən və İnzibati Xətalar Məcəlləsinin 40, 43, 48-51, 53, 75, 84, 105, 114, 128-130-cu maddələrini rəhbər tutaraq QƏRARA ALDİ: 3 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsi tərəfindən qəbul olunmuş xx.xx.2025-ci il tarixli MN1786389 nömrəli inzibati tənbeh vermə haqqında qərardan X2 verdiyi şikayət əsassız olduğu üçün təmin edilməsin. Qərar rəsmi qaydada təqdim edildiyi gündən 10 (on) gün müddətində Sabirabad Rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Şirvan Apellyasiya Məhkəməsinə şikayət verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar