Azərbaycan Respublikası adından QƏRAR Sabirabad rayon İş № 3(056)-37/2023 23.01.2023 SABİRABAD RAYON MƏHKƏMƏSİ Hakim Allahverdiyev Səlim Məhərrəm oğlunun katibliyi, Məsləhətçi (məhkəmə iclasının katibi) Quliyev Mətin Azər oğlunun katibliyi, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan fiziki şəxs Şəxs, Zərərçəkmiş şəxs X1, İnzibati xəta haqqında protokolu tərtib etmiş şəxs Sabirabad RPŞ-nin İTB-nin sahə rəisi polis kapitanı X3 iştirakları ilə, xx.xx.1981-ci il tarixdə Sabirabad rayonu, Qaralar kəndində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, ailəli, işləməyən, Sabirabad rayonu, Qaralar kəndində qeydiyyatda olmaqla həmin kənddə yaşayan Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xəta törətməsinə dair Sabirabad rayon Polis Şöbəsindən daxil olmuş xx.xx.2023-cü il tarixli MN ******* №-li inzibati xəta haqqında Protokola və əlavə olunmuş sənədlərə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Sabirabad rayon Polis Şöbəsindən daxil olmuş inzibati xəta haqqında materiala görə, Şəxs yaşadığı Sabirabad rayonu, Qaralar kəndində xx.xx.2023-cü il tarixdə keçmiş gəlinləri X4 ilə mübahisə edərək onu döymüş və nəticədə onun sağlamlığına zərər vurmayan xəsarət yetirmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs izahat verərək bildirdi ki, hazırda Sabirabad rayonun Qaralar kəndində yaşayır. Saatlı rayon sakini X4 qardaşı Eminlə ailəlidir. Bir müddət Eminlə Ləmanın ailə münasibətləri normal olsa da, sonradan onların ailə münasibətləri pozulmuşdur. Hazırda qardaşı Emin azyaşlı uşaqlarını evə gətirmiş, onlarla birgə qalırlar. 06.01.23-cü il tarixdə gündüz saatlarında evdə olarkən gəlini L.Məlikova onlara gəlmiş, uca səslə danışıb evə keçmək istəyərkən o, buna imkan verməmişdir. L.Məlikovanın qeyd etdikləri əsassızdır, onu nə özü, nə anası Qəmər və nədə ki, qardaşı Emin vurub döyməmişdir. Göstərdiklərinə əsasən o, barəsində ədalətli qərar qəbul edilməsini məhkəmədən xahiş edir. Məhkəmə iclasında iştirak edən zərərçəkmiş şəxs X4 izahat verərək bildirdi ki, Saatlı rayonun Mustafabəyli kəndində qeydiyyatda olsa da, Sabirabad rayonun Qaralar kəndində ailə qurub və orada yaşayır.Təxminən 12 il olar ki, Qaralar kənd sakini Emin Məlikov ilə ailəlidir, sonradan ailə münasibətləri pozulduğundan ötən ilin noyabr ayından uşaqlarını götürüb çıxıb Bakı şəhərinə getmişdir. 28.12.22-cı il tarixdə Emin Məlikov şəhərə gəlmiş, uşaqları görmək istəmiş, uşaqlan qaytarmaq şərti ilə kəndə aparıb geri gətirməmişdir. Bununla bağlı Emin Məlikova dəfələrlə bildirsə də, nəticəsi olmamışdır. 06.01.23-cü il tarixdə gündüz saatlarında Emin Məlikov yaşadığı ünvana gəlmiş, orada uşaqlarını tələb edərkən ona uşaq verməmişlər.B una görə də evdə qayınanası Qəmər onunla mübahisə yaratmış, saçlarından tutub dartmış, baldızı Gülər isə onu əli ilə itələmiş, baş nahiyyəsi qapıya dəymişdir. Bunun üçün əsəbindən 102 xidmətinə zəng vurub baş verənləri bildirmişdir. Hazırda o, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsə qarşı şikayətçidir və onun barəsində inzibati qaydada həbs tənbeh tədbiri tətbiq edilməsini xahiş edir. İnzibati xəta haqqında protokolu tərtib etmiş şəxs Sabirabad RPŞ-nin İTB-nin sahə rəisi polis kapitanı X6 izahat verərək bildirdi ki, o, inzibati xəta haqqında protokolu Sabirabad RPŞ-nin Təhqiqat bölməsinin təhqiqatçısı polis baş leytenantı Malik Nuriyev tərəfindən qəbul edilmiş 16 yanvar 2023-cü il tarixli «cinayət işi üzrə sübutların qiymətləndirilməsi haqqında» Qərarı əsasında tərtib etmişdir. Həmin qərarla Şəxs barəsində Azərbaycan Respublikasının İXM-nin 157-ci maddəsi ilə inzibati qaydada tədbir görülməsi RPŞ-nin İTB-nə tapşırılmışdır. İşin icrası ona həvalə edilmiş və o, müvafiq protokolu tərtib etmişdir. Sabirabad RPŞ-nin Təhqiqat bölməsinin təhqiqatçısı polis baş leytenantı Malik Nuriyev tərəfindən qəbul edilmiş 16 yanvar 2023-cü il tarixli «cinayət işi üzrə sübutların qiymətləndirilməsi haqqında» Qərarından görünür ki, Şəxs əməlində Azərbaycan Respublikasının İXM-nın 157-ci maddəsinin tərkibi olduğundan barəsində inzibati xəta haqqında iş üzrə tədbir görülməsi üçün qərarın surətinin Sabirabad RPŞ-nin İTB-nə göndərilməsi qərara alınmışdır. Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Məhkəmə-Tibbi Ekspertizası və X5 tərəfindən verilmiş «canlı şəxsin ekspertizası haqqında» xx.xx.2023-cü il tarixli rəydən görünür ki, L.Məlikovanın məhkəmə tibbi müayinəsi zamanı aşkar edilmiş xəsarətlər:-ənsə və sol təpə alın nahiyyələrində qançır küt əşyanın (əşyalar) təsirindən əmələ gəlmiş, müddəti xx.xx.2023-cı il tarixə uyğundur, sağlamlığa zərər vurmayan xəsarətlər olduqları üçün dərəcəsi təyin edilmir. Məhkəmə izahatları dinləyib, tədqiq edilmiş sübutlara qiymət verərək belə nəticəyə gəlir ki, Şəxs xx.xx.2023-cü il tarixdə keçmiş gəlinləri X2 döyüb sağlamlığına zərər vurmayan xəsarət yetirərək Azərbaycan Respublikasının İXM-nın 157-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli olması 16 yanvar 2023-cü il tarixli «cinayət işi üzrə sübutların qiymətləndirilməsi haqqında» Qərarı, bunu tamamlayan ekspert rəyi, inzibati xəta haqqında protokol və inzibati işin digər materialları ilə tam sübuta yetirilir. Qeyd edilən maddə ilə müəyyən olunmuş əməlin inzibati xəta olmasını aradan qaldıran hallar, həmçinin Şəxs inzibati məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Onun əməli düzgün olaraq Azərbaycan Respublikasının İXM-nın 157-ci maddəsi ilə tövsif edilmişdir. Odur ki, Şəxs barəsində təqsirli bilindiyi maddənin sanksiyası həddində inzibati tənbeh tədbiri tətbiq edilməlidir. Azərbaycan Respublikasının İXM-nın 157-ci maddəsinə əsasən, döymə və sair zorakı hərəkətlərlə qəsdən fiziki ağrı yetirməyə görə - üç yüz manatdan beş yüz manatadək məbləğdə cərimə edilir və ya işin hallarına görə, xətanı törədənin şəxsiyyəti nəzərə alınmaqla, iki ayadək müddətə inzibati həbs tətbiq olunur. İnzibati tənbehin məqsədlərindən bəhs edən İXM-nın 21-ci maddəsinə əsasən, inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Azərbaycan Respublikasının İXM-nın 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakretizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxsunun əməlində Azərbaycan Respublikasının İXM-nın 32-ci maddəsində nəzərdə tutulmuş inzibati xətaya görə məsuliyyəti yüngülləşdirən və həmin Məcəllənin 33-cü maddəsi ilə göstərilən məsuliyyəti ağırlaşdıran hallar müəyyən edilmədi. Azərbaycan Respublikasının İXM-nın 9.1-ci maddəsinə görə inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli, yəni inzibati xətanın xarakterinə, onun törədilməsi hallarına uyğun, qanuni və əsaslı olmalıdır. Məhkəmə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs zərərçəkmiş şəxsi döyməməsi barədə ifadəsini özünü müdafiə xarakterli ifadə və inzibati məsuliyyətdən yayınmağa yönəlmiş hərəkət kimi qiymətləndirir. Belə ki, hadisə baş verdiyi zaman onlardan başqa hadisənin törədildiyi yerdə kimsə olmamışdır. Bu xüsusatdan da istifadə edərək barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs zərərçəkmiş şəxsi döymədiyini bildirməklə inzibati məsuliyyətdən yayınmağa çalışır. Lakin yuxarıda qeyd edildiyi kimi inzibati xətanın onun tərəfindən törədilməsi zərərçəkmiş şəxsin polis orqanına müraciət edərkən Şəxs şikayətçi olması, əldə edilmiş ekspert rəyinə əsasən xəsarətlərin zərərçəkmiş şəxsin göstərmiş olduğu şəraitdə (Şəxs tərəfindən döyülməsi) əmələ gələ bilməsi ilə sübuta yetirilmiş hesab edilməlidir. Məhkəmə Şəxs barəsində inzibati tənbeh tədbiq edərkən, Azərbaycan Respublikasının İXM-nın 31.2-ci maddəsinə müvafiq olaraq xətanın xarakterini, törədilmə şəraitini, inzibati xəta törədən şəxsin şəxsiyyətini, onun təqsirinin dərəcəsini, həmçinin cinsiyyətini nəzərə almaqla, barəsində inzibati qaydada həbs tənbeh tədbiri tətbiq edilməsini məqsədəmüvafiq hesab etmir. Bununla belə, məhkəmə Şəxs barəsində təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulmuş digər tənbeh tədbiri olan cərimə tənbeh tədbirinin həddini müəyyən edərkən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin əməlini etiraf etməməsini, zərərçəkmiş şəxsin şikayətçi olmasını nəzərə alır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 31, 40, 43, 48-51, 114, 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xəta törətməkdə təqsirli bilinərək 400 (dörd yüz) manat məbləğində cərimə edilsin. Qərardan surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Sabirabad Rayon Məhkəməsi vasitəsilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər.
Məhkəmə qərarları › İş №3(056)-37/2023
Sabirabad Rayon Məhkəməsi Qərar — İş №3(056)-37/2023
23.01.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver