Azərbaycan Respublikası adından QƏRAR Sabirabad rayon İş № 3(056)-384/2024 09.04.2024 SABİRABAD RAYON MƏHKƏMƏSİ Hakim Allahverdiyev Səlim Məhərrəm oğlunun sədrliyi, X6 Azər oğlunun katibliyi ilə, xx.xx.1984-cü il tarixdə anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, ünvan 1 ünvanında qeydiyyatda olmaqla yaşayan Şəxs barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 272.3-cü maddəsi ilə nəzərdə tutulmuş inzibati xəta törətməsinə dair Sabirabad Rayon Polis Şöbəsindən Məhkəməyə daxil olmuş xx.xx.2024-cü il tarixli, MN ******* №-li İnzibati xəta haqqında Protokola və protokol ətrafında toplanmış materiala Məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Sabirabad rayon Polis şöbəsinin sahə rəisi X8 tərəfindən məhkəməyə verilmiş protokola əsasən Şəxs xx.xx.2024-cü il tarixdə Sabirabad rayonu ərazisində ov etməklə məşğul olmuş, 2 ədəd dovşan vurmaqla təbiətə 22 manat ziyan vurmuşdur. Şəxs barəsində qəbul edilmiş xx.xx.2024-cü il tarixli cinayət işinin başlanmasının rədd edilməsi haqqında qərardan görünür ki, Quliyev X7 rayonunda yaşayan tanışları X5 və X3 ilə xx.xx.2024-cü il tarixdə söhbət edərkən ov etmək qərarına gəlmişlər və birgə Sabirabad rayonuna getməyi qərara almışlar. Həmin gün saat 19:30 radələrində Anara məxsus avtomobil ilə Sabirabad rayonu Padarçöl yolu adlanan əraziyə gəlmişlər. Onlar oraya saat 20:30 radələrində çatmışlar. Təxminən saat 23:30 radələrinədək gəzərək ov etmişlər. O, atası X1 məxsus “TOZ 34P” markalı, qoşa lüləli, 12 çaplı, H84N17640B nömrəli ov tüfəngi ilə 2 ədəd dovşan ovlamış, bundan sonra Anarın avtomobili ilə geri qayıdarkən yolda dayanmış xidməti avtomobildə olan polis əməkdaşları onların avtomobilini saxlatdırmışdır. Avtomobilə baxış zamanı 2 ədəd ovlanmış dovşan və onun əlində\ olan atasına məxsus ov tüfəngi aşkar edilmişdir. Araşdırma aparılması üçün onarı Sabirabad RPŞ-yə dəvət etmişlər və onlar könüllü polis əməkdaşları ilə birgə şöbəyə gəlmişlər. Ov zamanı 2 ədəd şöl dövşanını o, ovlamış, Anar və Əflan isə yanında olsalar da, ov etməmişlər. Məhkəmə iclasında tədqiq edilmiş sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam qiymət verərək belə nəticəyə gəlir ki, Şəxs müvafiq icazə sənədi olmadan ov etmişdir. Bununla da, Şəxs Azərbaycan Respublikasının İXM-nin 272.3-cü maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətmişdir İş üzrə inzibati məsuliyyəti istisna edən və icraatı rədd edən hallar yoxdur. Azərbaycan Respublikasının Konstitisiyasının 129-cu maddəsində göstərilir ki, məhkəmənin qəbul etdiyi qərarlar dövlətin adından çıxarılır və məcburidir. Məhkəmənin qərarının icra olunmaması qanunla müəyyən edilmiş məsuliyyətə səbəb olur. Azərbaycan Respublikasının İXM-nin 272.3-cü maddəsinə əsasən, ov qaydalarının kobud şəkildə pozulmasına (lazımi icazə olmadan və ya qadağan edilmiş yerlərdə, yaxud qadağan olunmuş müddətlərdə, qadağan edilmiş alətlərlə və ya üsullarla ov edilməsinə), habelə digər ov qaydalarının müntəzəm pozulmasına görə- inzibati xətanın törədilməsində alət və ya inzibati xətanın bilavasitə obyekti olmuş predmetlər müsadirə edilməklə və ya müsadirə edilməməklə, min manatdan iki min manatadək məbləğdə cərimə edilir, yaxud altı aydan iki ilədək müddətə ov hüququ məhdudlaşdırılır. Həmin Məcəllənin 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakretizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Məhkəmə barəsində iş üzrə icraat aparılan şəxs Şəxs ilk dəfə inzibati xəta törətməsini İXM-nin 32-ci maddəsində əsasən inzibati xətaya görə məsuliyyəti yüngülləşdirən hal hesab edir. Məhkəmə Həmin Məcəllənin 33-cü maddəsində göstərilən ağırlaşdıran halları müəyyən etmədi. İnzibati tənbehin məqsədlərindən bəhs edən İXM-nin 21-ci maddəsinə əsasən inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Məhkəmə Şəxs barəsində inzibati tənbeh tədbiq edərkən, İXM-in 31.2-ci maddəsinə müvafiq olaraq xətanın xarakterini, törədilmə şəraitini, inzibati xəta törədən şəxsin şəxsiyyətini, onun təqsirinin dərəcəsini nəzərə almaqla, barəsində ona istinad olan maddənin sanksiyasında nəzərdə tutulmuş maksmum həddə ov hüququnun məhdudlaşdırılması tənbehinin tətbiq edilməsini, silahla bağlı sənədlərinin isə qanuna uyğun olmasını nəzərə alaraq silahın müsadirə edilməməsini məqsədəmüvafiq hesab edir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 31, 40, 43, 48-51, 114, 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə R A R A A L D İ: Quliyev X2 Xətalar Məcəlləsinin 272.3-cü maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək “TOZ 34P” markalı, qoşa lüləli, 12 çaplı, H84N17640B nömrəli ov silahı müsadirə edilməməklə bir il müddətinə ov hüququ məhdudlaşdırılsın. Qərarın icrası Sabirabad Rayon Polis Şöbəsinə həvalə edilsin. Qərardan onun təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Sabirabad Rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apelyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər.
Məhkəmə qərarları › İş №3(056)-384/2024
Sabirabad Rayon Məhkəməsi Qərar — İş №3(056)-384/2024
09.04.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver