Məhkəmə qərarları › İş №3(056)-389/2025

Sabirabad Rayon Məhkəməsi Qərar — İş №3(056)-389/2025

12.02.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Sabirabad rayon İş № 3(056)-389/2025 12.02.2025 SABİRABAD RAYON MƏHKƏMƏSİ Mən, Sabirabad Rayon Məhkəməsinin hakimi Nurəddin Abuzər oğlu Bağırov, Anar Neymət oğlu Qafarovun katibliyi ilə, protokolu tərtib etmiş Sabirabad rayon X5 Təhlükəsizlik Bölməsinin sahə rəisi X2 və barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakı ilə, xx.xx.1971-ci il tarixdə Sabirabad rayonu Qalaqayn kəndində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, evli, orta təhsilli, işsiz, Sabirabad rayonu Qalaqayn kəndində qeydiyyatda olmaqla yaşayan Şəxs İnzibati Xətalar Məcəlləsinin 206-cı maddəsi ilə nəzərdə tutulmuş inzibati xəta əməli törətməsinə dair Sabirabad Rayon Polis Şöbəsindən daxil olmuş inzibati xəta haqqında xx.xx.2025-ci il tarixli MN1961920№-li Protokola və inzibati xəta haqqında iş üzrə toplanmış materiala məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİM: Sabirabad rayon X5 Təhlükəsizlik Bölməsinin sahə rəisi X3 tərəfindən tərtib edilmiş xx.xx.2025-ci il tarixli MN1961920№-li inzibati xəta haqqında Protokola və inzibati xəta haqqında iş üzrə toplanmış materiala görə o, xx.xx.2024-cü il tarixdə qanunsuz olaraq satış məqsədi olmadan az miqdarda təmiz çəkisi 2.48 qram çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qudurulmuş marixuananı saxlayıb daşınmışdır. Bu əməlinə görə Şəxs barəsində İnzibati Xətalar Məcəlləsinin (bundan sonra İXM-nın) 206-cı maddəsində nəzərdə tutlmuş inzibati xəta əməlini törətməsində təqsirləndirilməsinə dair Protokol tərtib edilərək toplanmış materialla birlikdə baxılması üçün məhkəməyə göndərilmişdir. Məhkəmə iclasında iştirak etmiş barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Şəxs ona istinad olunan İXM-nın 206-cı maddəsində nəzərdə tutlmuş inzibati xəta əməlini törətməsini etiraf edib, əməlindən peşmançılıq hissi keçirdiyini və bir daha bu cür hallara yol verməyəcəyini bildirərək, əlavə olaraq qeyd etmişdir ki, o, daimi olaraq olmasada bəzən narkotik vasitə olan marixuana istifadə edir. Üzərindən aşkar edilmiş narkotik vasitə olan marixuananı yanvar ayının əvvələrində Sabirabad şəhərində piyada hərəkət edən zaman tapmışdır. Belə ki, xx.xx.2025-ci il tarixdə saat 19:12 radələrində həmin marixuana dolu kibrit qutusu cibində olan zaman Sabirabad rayonu Qalaqayın kəndində piyada hərəkətdə olan zaman polis əməkdaşları ona yaxınlaşmış, həmin şəxslər polis əməkdaşları olduqlarını bildirib narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli olduğunu qeyd edib üzərində dövriyyəsi qanunla qadağan edilmiş əşya və ya predmetin olub-olmamasını soruşmuşlar. Özü üzərində narkotik vasitə qurudulmuş marixuana olmasını bildirmiş və 1 ədəd kibrit qutusunda olan kütləni təqdim etmişdir. Həmin kütlə açılıb baxıldıqdan sonra üzərinə baxış keçirilmişdir. Həmin zaman üzərindən bir ədəd "Samsung" markalı mobil telefon, bir ədəd alışqan və siqaret qutusu aşkarlanmışdır. Bundan sonra ona məxsus bir ədəd alışqan və siqaret qutusu özünə qaytarılmışdır. Bir ədəd mobil telefon isə polis əməkdaşları tərəfindən götürülmüşdür. Həmçinin aşkar edilmiş bir ədəd kibrit qutusunda olan narkotik də bir ədəd kağız zərfdə qablaşdırılaraq götürülmüşdür. Aşkar edilmiş kütlə marixuanadır və 2025-ci ilin yanvar ayının əvvəllərində Sabirabad rayonu Qalaqayın kəndində piyada gəzən zaman tapmışdır. Başqa heç bir narkotik vasitə və ya psixotrop maddə istifadə etmir. Polis əməkdaşları tərəfindən ona heç bir təsir və təziq göstərilməmişdir. İnzibati xəta haqqında iş üzrə toplanmış materialla əlavə edilmiş “Cinayət işi başlanmasının rədd olunması haqqında” 04 fevral 2025-ci tarixli Qərarın surətindən görünür ki, Ədliyyə Nazirliyi Məhkəmə X1 Regional Bölməsi tərəfindən tərtib edilmiş xx.xx.2025-ci il tarixli 3-16-16/2-18/72№-li rəyinə əsasən Şəxs götürülmüş və tədqiqata təqdim olunmuş 1 ədəd kibrit qutusunda kütlə - çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə - təmiz çəkisi 2.48 qram olan qudurulmuş marixunadır. Məhkəmə araşdırılması zamanı müəyyən olunmuşdur ki, barəsində iş üzrə inzibati icraat aparılan Şəxs xx.xx.2025-ci il tarixdə Sabirabad rayonunda qanunsuz olaraq satış məqsədi olmadan az miqdarda - təmiz çəkisi 2.48 qram çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qudurulmuş marixuananı saxlayıb daşınmışdır. İXM-nın 206-cı maddəsinə görə qanunsuz olaraq narkotik vasitələrin, psixotrop maddələrin istehlakına, satış məqsədi olmadan az miqdarda hazırlanmasına, əldə edilməsinə, saxlanılmasına, daşınmasına və ya göndərilməsinə görə-üç yüz manatdan dörd yüz manatadək məbləğdə cərimə edilir, işin hallarına görə və xətanı törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət sayılmadıqda isə iki ayadək müddətə inzibati həbs tətbiq edilir. Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Şəxs dinləyib və inzibati xəta haqqında iş üzrə toplanmış materialı araşdırıb hesab edirəm ki, Şəxs İXM-nın 206-cı maddəsi ilə nəzərdə tutulan inzibati xəta əməlini törətməsi onun özünün etirafedici izahatı ilə yanaşı, həmçinin inzibati xəta haqqında iş materiallarına əlavə edilmiş “Cinayət işi başlanmasının rədd olunması haqqında” 04 fevral 2025-ci tarixli Qərarla müəyyən edilmiş işin halları ilə tam sübuta yetirilmişdir. Qeyd edilən əməlin inzibati xəta olmasını aradan qaldıran hallar, həmçinin Şəxs inzibati xəta məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Onun əməli düzgün olaraq İXM-nın 206-cı maddəsi ilə tövsif edilmişdir. Odur ki, İXM-nın tələblərinə müvafiq olaraq təqsirli Şəxs barəsində inzibati tənbeh vermə haqqında qərar qəbul edilməli və ona təqsirli bilindiyi İXM-nın 206-cı maddəsi ilə müəyyən edilmiş sanksiya həddində ədalətli tənbeh tətbiq edilməlidir. İnzibati tənbehin məqsədlərindən bəhs edən İXM-nın 21-ci maddəsinə əsasən inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. İXM-nın 31.4-cü madddəsinə görə bu Məcəllənin Xüsusi hissəsində inzibati xətanın törədilməsinə görə müəyyən edilən inzibati tənbehin yalnız yuxarı həddi müəyyən edildikdə, tətbiq edilən inzibati tənbeh onun yuxarı həddinin dördə birindən az ola bilməz. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs inzibati tənbeh tətbiq edərkən onun şəxsiyyətini, xətanın xarakterini və təqsirinin dərəcəsini, həmçinin İXM-nın 31.4-cü maddəsinin tələbini nəzərə alaraq hesab edirəm ki, hazırkı iş üzrə İXM-nın 206-cı maddəsi ilə müəyyən olunan inzibati xəta əməli törətmiş Şəxs həmin maddənin sanksiyasında nəzərdə tutulmuş alternativ “cərimə” növündə tənbehlə deyil, məhz “həbs” növündə inzibati tənbeh verilməsi ilə, inzibati tənbehin məqsədlərinə nail oluna bilər. Ona görə də, Şəxs barəsində təqsirli bilindiyi İXM-nın 206-cı maddəsinin sanksiyası həddində 15 (on beş) gün müddətinə həbs növündə inzibati tənbeh tətbiq edilməsi daha məqsədəuyğun olardı. Göstərilənlərə əsasən və İnzibati Xətalar Məcəlləsinin 40,43, 48-51, 114, 128-130-cu maddələrini rəhbər tutaraq QƏRARA ALDİM: Sabirabad rayon Polis Şöbəsindən daxil olmuş xx.xx.2025-ci il tarixli MN1961920№-li inzibati xəta haqqında Protokola əsasən Ağayev X4 Xətalar Məcəlləsinin 206-cı maddəsi ilə nəzərdə tutulmuş inzibati xəta əməlini törətməsində təqsirli bilinsin və onun barəsində 15 (on beş) gün müddətinə həbs növündə inzibati tənbeh tətbiq edilsin. Həbs müddətinin başlanğıcı 12 fevral 2025-ci il tarixdən saat 13:35-dən hesablansın Hazırkı qərar qüvvəyə mindikdən sonra Şəxs aşkar edilərək götürlmüş 2,48 qram narkotik vasitə olan qurudulmuş marixuana məhv edilsin. Qərarın icrası Sabirabad rayon Polis Şöbəsinə həvalə edilsin. Qərardan, surəti təqdim edildiyi və ya alındığı gündən on gün müddətində Sabirabad Rayon Məhkəməsi vasitəsilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayət və ya protest verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar