Azərbaycan Respublikası adından QƏRAR Sabirabad rayon İş № 3(056)-390/2025 12.02.2025 SABİRABAD RAYON MƏHKƏMƏSİ X3 Bağırovun sədrliyi, Anar Neymət oğlu Qafarovun katibliyi ilə, inzibati xəta haqqında protokolu tərtib etmiş şəxs - Sabirabad RPŞ-nin Qaragüney PB-nin X1 sahə rəisi Xalid Bünyadovun barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakı ilə, xx.xx.2004-cü il tarixdə Şirvan şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, subay, işləməyən, Salyan rayonu Aşağı Noxudlu kəndində qeydiyyatda olmaqla yaşayan Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətaları törətməsinə dair Sabirabad Rayon Polis Şöbəsindən daxil olmuş inzibati xəta haqqında xx.xx.2025-ci il tarixli MN 1961780№-li Protokola və inzibati xəta haqqında iş üzrə toplanmış materiala Sabirabad Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: Sabirabad rayon Polis Qaragüney PB-nin X2 sahə rəisi Xalid Bünyadov tərəfindən tərtib edilmiş xx.xx.2025-ci il tarixli MN 1961780№-li inzibati xəta haqqında Protokola və inzibati xəta haqqında iş üzrə toplanmış materiala görə Həsənov X4 xəta əməlləri törətməsində təqsirli bilinir ona görə ki, o, xx.xx.2025-ci il tarixdə Sabirabad rayon Cəngən kəndində baş vermiş oğurluq hadisəsi ilə bağlı Sabirabad RPŞ-nin Qaragüney PB-nə dəvət olunmuş və xidməti iş otağında onunla söhbət aparılan zaman, heç bir səbəb olmadan o, uca səslə oğurluq edənin ünvanına nalayiq ifadələr işlədərkən, polis əməkdaşı onu sakitləşdirib, nizam intizama dəvət etməyə çalışsalar da, o, polis əməkdaşlarının qanuni tələblərinə qəsdən tabe olmamış və ictimai qaydanı pozan qanunsuz əməllərini davam etdirmişdir. Bu əməlinə (polis əməkdaşlarının qanuni tələblərinə qəsdən tabe olmamaq) görə onun barəsində İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsi ilə nəzərdə tutlmuş Protokol tərtib edilərək baxılması üçün məhkəməyə göndərilmişdir. Məhkəmə iclasında iştirak etmiş barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Şəxs ona istinad olunan İXM-nın 535.1-ci maddəsində nəzərdə tutlmuş inzibati xəta əməlini törətməsini etiraf edib, əməlindən peşmançılıq hissi keçirdiyini və bir daha bu cür hallara yol verməyəcəyini bildirərək, ona yüngül tənbeh tətbiq edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə araşdırılması zamanı müəyyən olunmuşdur ki, Şəxs xx.xx.2025-ci il tarixdə Sabirabad rayon Cəngən kəndində baş vermiş oğurluq hadisəsi ilə bağlı Sabirabad RPŞ-nin Qaragüney PB-yə dəvət olunmuş və xidməti iş otağında onunla söhbət aparılan zaman, heç bir səbəb olmadan uca səslə oğurluq edənin ünvanına nalayiq ifadələr işlədərkən, polis əməkdaşı onu sakitləşdirib, nizam intizama dəvət etməyə çalışsalar da, o, polis əməkdaşlarının qanuni tələblərinə qəsdən tabe olmamış və bununla da ictimai qaydanı pozmuşdur. İXM-nın 535.1-ci maddəsinə əsasən polis işçisi və ya hərbi qulluqçu ictimai qaydanın mühafizə vəzifələrini icra edərkən, onların qanuni tələblərinə qəsdən tabe olmamağa görəfiziki şəxslər iki yüz manat məbləğində cərimə edilir və ya işin halları və pozuntu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət hesab edilmədikdə bir ayadək müddətə inzibati həbs tətbiq olunur. Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Şəxs dinləyib və inzibati xəta haqqında iş üzrə toplanmış materialı araşdırıb hesab edirəm ki, Şəxs İXM-nın 535.1-ci maddəsi ilə nəzərdə tutulan inzibati xəta əməlini törətməsi onun özünün etirafedici izahatı ilə yanaşı, barəsində tərtib olunmuş inzibati xəta haqqında iş üzrə materiallarla tam sübuta yetirilmişdir. Qeyd edilən əməlin inzibati xəta olmasını aradan qaldıran hallar, həmçinin Şəxs inzibati xəta məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Onun əməli düzgün olaraq İXM-nın 535.1-ci maddəsi ilə tövsif edilmişdir. Odur ki, İnzibati Xətalar Məcəlləsinin tələblərinə müvafiq olaraq təqsirli Şəxs barəsində inzibati tənbeh vermə haqqında qərar qəbul edilməli və ona təqsirli bilindiyi İXM-nın 535.1-ci maddəsi ilə müəyyən edilmiş sanksiya həddində ədalətli tənbeh tətbiq edilməlidir. İnzibati tənbehin məqsədlərindən bəhs edən İXM-nın 21-ci maddəsinə əsasən inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs inzibati tənbeh tətbiq edərkən onun şəxsiyyətini, xətanın xarakterini və təqsirinin dərəcəsini nəzərə alaraq hesab edirəm ki, hazırkı iş üzrə İXM-nın 535.1-ci maddəsi ilə inzibati xəta əməlini törətmiş Şəxsə həmin maddənin sanksiyasında nəzərdə tutulmuş alternativ “cərimə” növündə tənbehlə deyil, məhz “həbs” növündə inzibati tənbeh verilməsi ilə inzibati tənbehin məqsədlərinə nail oluna bilər. Ona görə də, Şəxs təqsirli bilindiyi İXM-nın 535.1-ci maddəsinin sanksiyası həddində 08 (səkkiz) gün müddətinə həbs növündə inzibati tənbeh tətbiq edilməsi daha məqsədəuyğun olardı. Göstərilənlərə əsasən və İnzibati Xətalar Məcəlləsinin 31, 40, 43, 48-51, 114, 128-130-cu maddəsi ni rəhbər tutaraq QƏRARA ALDİ: Sabirabad rayon Polis Şöbəsindən daxil olmuş xx.xx.2025-ci il tarixli MN 1961780№-li inzibati xəta haqqında Protokola əsasən Həsənov X4 Xətalar Məcəlləsinin 535.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xəta törətməkdə təqsirli bilinsin və onun barəsində 08 (səkkiz) gün müddətinə həbs növündə inzibati tənbeh tətbiq edilsin. Həbs müddətinin başlanğıcı 11 fevral 2025-ci il tarixdən saat 19:00-dən hesablansın. Qərarın icrası Sabirabad rayon Polis Şöbəsinə həvalə edilsin. Qərardan, surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Sabirabad Rayon Məhkəməsi vasitəsilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayət və ya protest verilə bilər.
Məhkəmə qərarları › İş №3(056)-390/2025
Sabirabad Rayon Məhkəməsi Qərar — İş №3(056)-390/2025
12.02.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver