Azərbaycan Respublikası adından QƏRAR Sabirabad rayon İş № 3(056)-394/2025 13.02.2025 SABİRABAD RAYON MƏHKƏMƏSİ Məhkəmənin hakimi Allahverdiyev Səlim Məhərrəm oğlunun sədrliyi, Məsləhətçi (məhkəmə iclasının katibi) Quliyev Mətin Azər oğlunun katibliyi, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan fiziki şəxs Şəxs, Sabirabad Rayon İcra və Probasiya Şöbəsinin icra məmuru X2 iştirakları ilə, xx.xx.1984-cü ildə Sabirabad rayonunun Çöl Ağammədli kəndində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, subay, fərdi əməklə məşğul olan, Sabirabad rayonu Əliləmbəyli kəndində qeydiyyatda olan və Şirvan şəhəri, Təzə şəhər adlanan ərazidə nömrəsiz evdə yaşayan Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə Sabirabad rayon İcra və Probasiya şöbəsindən daxil olmuş inzibati xəta haqqında materiala baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: Sabirabad Rayon İcra və Probasiya Şöbəsinin icra məmuru X2 tərtib etdiyi inzibati xəta haqqında protokola görə Yusifova X1 Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(056)- 1773/2024 saylı icra vərəqəsi üzrə tələbi üzrsüz səbəbdən icra etməyərək icra məmurunun qanuni tələbini yerinə yetirməmişdir. Sabirabad Rayon İcra və Probasiya Şöbəsinin icra məmuru X4 təqdimatı müdafiə edərək bildirdi ki, Sabirabad Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(056)-1773/2024 saylı icra vərəqəsi üzrə Şəxs cəmi 3455 manat pul tutularaq Əliyeva Hicran Mirzəbəy qızına ödənilməlidir. İcra sənədi üzrə icra tədbirlərinin həyata keçirilməsinə dair borclu Şəxs edilmiş təkliflərə baxmayaraq, heç bir üzrlü səbəb gətirmədən icra məmurunun qanuni tələbini, yəni məhkəmə qərarının tam icrası ilə bağlı tələbini yerinə yetirməmişdir. Borclunun bu gün izahatı alınmış, borclu izahatında uzun illərdir ki, ərinin vəfat etdiyini, iki övladından biri ilə Şirvan şəhərində kirayədə yaşamaqla, formada vitrinçi işləməklə tələbatlarını güclə qarşıladığını bildirib borcunu birdəfəyə ödəmək imkanında olmadığını göstərmişdir. Borclu icra sənədinin icrasını təmin etmədiyi üçün hazırki protokolu tərtib edib məhkəməyə müraciət etmişdir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs məhkəmə iclası zamanı izahat verərək bildirdi ki, o, icra sənədi üzrə borcunu qəbul edir. Lakin ödəmək imkanında deyildir. Belə ki, icra şöbəsində bildirdiyi kimi, o, bir azyaşlı qız övladı ilə birgə Şrvan şəhərində kirayədə yaşamaqla, "xxxx" Firmasında vitrinçi işləyir və aylıq əmək haqqı 500 manat təşkil edir. Əri uzun illərdir ki, vəfat etmişdir. Ona görə də ailənin yükü onun üzərindədir. Əmək haqqı ilə o, kirayə haqqını, uşağının tələbatlarını və öz dolanışıqlarını güclə çatdırır. Bundan sonra çalışacaqdır ki, hissə-hissə borcunu ödəsin. Məhkəmə qətnaməsini qərəzli olaraq icra etməkdən yayınmamışdır. Hazırda övladı evdə təkbaşına olmaqla onun yolunu gözləyir. Ona görə də o, məhkəmədən barəsində yüngül tənbeh tədbiri tətbiq edilməsini xahiş edir. Məhkəmə izahatları dinləyib, inzibati xəta haqqında xx.xx.2025-ci il tarixli, MN № ******* saylı protokolu və ona əlavə edilmiş sənədləri araşdıraraq hesab edir ki, Şəxs əməlində Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsinin tərkibi vardır və o, həmin maddə ilə təqsirli bilinərək barəsində inzibati tənbeh tətbiq edilməlidir. Azərbaycan Respublikasının İXM-nin 528.1-ci maddəsinə görə məhkəmə və ya digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurunun qanuni tələblərinin yerinə yetirilməməsinə və ya icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə borclunu müəyyən hərəkətləri etməyə və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə məcbur edən icra sənədinin üzrsüz səbəbdən icra edilməməsinə görə-fiziki şəxslər beş yüz manatdan min manatadək məbləğdə cərimə edilir və ya işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bir ayadək müddətə inzibati həbs tətbiq olunur. Həmin maddənin qeyd hissəsinə əsasən Bu Məcəllənin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmiş borclu müvafiq icra sənədini həmin inzibati xəta haqqında iş üzrə məhkəmə qərar qəbul edənədək icra etdikdə inzibati məsuliyyətdən azad olunur. Həmin Məcəllənin 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakretizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Məhkəmə barəsində iş üzrə icraat aparılan şəxs Şəxs ilk dəfə inzibati xəta törətməsini, himayəsində bir azyaşlı övladının olmasını və yaşayış şəraitlərini Azərbaycan Respublikasının İXM-nin 32-ci maddəsinə əsasən inzibati xətaya görə məsuliyyəti yüngülləşdirən hal kimi nəzərə alır. Şəxs əməlində Azərbaycan Respublikasının İXM-nin 33-cü maddəsində nəzərdə tutulmuş inzibati xətaya görə məsuliyyəti ağırlaşdıran hallar müəyyən edilmədi. İnzibati tənbehin məqsədlərindən bəhs edən İXM-nin 21-ci maddəsinə əsasən inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Həmin Məcəllənin 9.1-ci maddəsinə görə inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli, yəni inzibati xətanın xarakterinə, onun törədilməsi hallarına uyğun, qanuni və əsaslı olmalıdır. Məhkəmə Şəxs barəsində inzibati tənbeh tədbiq edərkən, İXM-in 31.2-ci maddəsinə müvafiq olaraq xətanın xarakterini, törədilmə şəraitini, inzibati xəta törədən şəxsin şəxsiyyətini, onun təqsirinin dərəcəsini, ailə və yaşayış şəraitini (azyaşlı övladı ilə təkbaşına yaşamasını) və iş yerinə malik olmasını, həbs edilərsə işindən azad olunma ehtimalını nəzərə almaqla, barəsində ona istinad olan maddənin sanksiyasında nəzərdə tutulmuş inzibati qaydada həbs tənbeh tədbiri tətbiq edilməsini məqsədəmüvafiq hesab etmir. Cərimə məbləğinin həddinin müəyyən edilməsinə gəldikdə isə məhkəmə, şəxsin maddi durumunu nəzərə almaqla cərimənin maddənin sanksiyası daxilində müəyyənləşdirilmiş minumum həddə tətbiq edilməsini məqsədəmüvafiq hesab edir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 40,43, 48-51, 114, 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə R A R A A L D İ: X3 Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə təqsirli bilinib 500 (beş yüz) manat miqdarında cərimə edilsin. Qərardan təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Sabirabad rayon məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər.
Məhkəmə qərarları › İş №3(056)-394/2025
Sabirabad Rayon Məhkəməsi Qərar — İş №3(056)-394/2025
13.02.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver