Azərbaycan Respublikası adından QƏRAR Sabirabad rayon İş № 3(056)-40/2023 02.02.2023 SABİRABAD RAYON MƏHKƏMƏSİ Hakim Allahverdiyev Səlim Məhərrəm oğlunun sədrliyi, X3 Azər oğlunun katibliyi, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakları ilə, xx.xx.1972-ci il tarixdə Sabirabad rayonu Muradbəyli kəndində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, işləməyən, Sabirabad rayonu Muradbəyli kəndində qeydiyyatda olmaqla yaşayan Şəxs barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 272.3 və 590.1-ci maddələri ilə nəzərdə tutulmuş inzibati xəta törətməsinə dair Sabirabad Rayon Polis Şöbəsindən Məhkəməyə daxil olmuş xx.xx.2023-cü il tarixli, MN ******* №-li İnzibati xəta haqqında Protokola və protokol ətrafında toplanmış materiala Məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Sabirabad rayon Polis şöbəsinin X1 sahə rəisi, polis kapitanı X2 tərəfindən məhkəməyə verilmiş protokola əsasən Şəxs xx.xx.2023-cü il tarixdə Sabirabad rayonu, Muradbəyli kəndində özünə məxsus 1 ədəd Rusiya istehsalı, İJ 58 markalı, 12 çaplı, qoşalülə, lülə və qundaq nömrəsi olmayan ov tüfəngi qanunsuz ov etməklə məşğul olmuş, bununla da, o, Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 272.3 və 590.1-ci maddələrində nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs izahatında göstərdi ki, maddi dolanışıqla bağlı Sarı su deyilən su hövzəsinə ov etmək üçün gələnlərə bələdçilik edir. xx.xx.2023-cü il tarixdə saat 05 radələrində tanışları vasitəsilə Fuad adlı şəxslə görüşmüş, onunla birgə həmin su hövzəsinə daxil olmuşlar. Orada bir qədər ov etməyə çalışsa da, Fuad sadəcə iki ədəd çöl ördəyi vurmuşdur. Onunla gedərkən mərhum babasından miras qalan qeydiyyatsız saxladığı 1 ədəd Rusiya istehsalı, İJ 58 markalı, 12 çaplı, qoşalülə, lülə və qundaq nömrəsi olmayan ov silahını da özü ilə götürmüşdür ki, bəlkə bir günlük qida ehtiyacını qarşılaya bildi. Ov olmadığından oradan geri qayıdarkən polis əməkdaşları onları görüb saxlamış, müvafiq sənədləşmə işləri aparmışlar. Onun ov etməyə dair heç bir müvafiq icazə sənədləri yoxdur. Hazırda əməlindən peşmandır. İlk dəfədir ki, inzibati xəta törədir. Ailəsinin maddi durumu ağırdır. Ailənin tələbatlarını ödəyə bilmədiyi üçün bələdçiliklə məşğul olur, kiməsə bələdçi lazım olanda 10 manata işləyir. Bəzən də ona pul vəzəinə ov quşlarından biri bəxşiş verilir. Göstərdiklərinə əsasən məhkəmədən barəsində yüngül tənbeh tədbiri tətbiq edilməsini xahiş edir. Məhkəmə iclasında tədqiq edilmiş sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam qiymət verərək belə nəticəyə gəlir ki, Şəxs müvafiq icazə sənədi olmadan ov etmişdir. Bununla da, Şəxs Azərbaycan Respublikasının İXM-nin 272.3 və 590.1-ci maddələri ilə nəzərdə tutulmuş inzibati xəta törətmişdir İş üzrə inzibati məsuliyyəti istisna edən və icraatı rədd edən hallar yoxdur. Azərbaycan Respublikasının Konstitisiyasının 129-cu maddəsində göstərilir ki, məhkəmənin qəbul etdiyi qərarlar dövlətin adından çıxarılır və məcburidir. Məhkəmənin qərarının icra olunmaması qanunla müəyyən edilmiş məsuliyyətə səbəb olur. Azərbaycan Respublikasının İXM-nin 272.3-cü maddəsinə əsasən, ov qaydalarının kobud şəkildə pozulmasına (lazımi icazə olmadan və ya qadağan edilmiş yerlərdə, yaxud qadağan olunmuş müddətlərdə, qadağan edilmiş alətlərlə və ya üsullarla ov edilməsinə), habelə digər ov qaydalarının müntəzəm pozulmasına görə- inzibati xətanın törədilməsində alət və ya inzibati xətanın bilavasitə obyekti olmuş predmetlər müsadirə edilməklə və ya müsadirə edilməməklə, min manatdan iki min manatadək məbləğdə cərimə edilir, yaxud altı aydan iki ilədək müddətə ov hüququ məhdudlaşdırılır. Həmin Məcəllənin 590.2-ci maddəsinə əsasən, müvafiq icra hakimiyyəti orqanından xüsusi icazə almamış şəxslər tərəfindən mülki silahın və ya onun üçün döyüş sursatının əldə edilməsi, saxlanılması, daşınması başqa şəxslərə verilməsi və ya satılması qaydalarının pozulmasına görə-silah və döyüş sursatı müsadirə edilməklə səksən manatdan yüz manatadək məbləğdə cərimə edilir. Həmin Məcəllənin 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakretizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Məhkəmə barəsində iş üzrə icraat aparılan şəxs Şəxs əməlindən səmimi peşiman olmasını İXM-nin 32-ci maddəsində əsasən inzibati xətaya görə məsuliyyəti yüngülləşdirən hal hesab edir. Məhkəmə Həmin Məcəllənin 33-cü maddəsində göstərilən ağırlaşdıran halları müəyyən etmədi. Azərbaycan Respublikasının İXM-nin 34.3-cü maddəsinə görə şəxsin eyni vaxtda öz hərəkətləri (hərəkətsizliyi) ilə törətdiyi bir neçə inzibati xətaya dair işlərə baxılması eyni orqanın səlahiyyətinə aiddirsə, həmin şəxs daha ciddi xətaya görə müəyyən edilmiş sanksiya çərçivəsində tənbeh edilir. Bu halda törədilmiş xətalardan hər hansı birinə görə nəzərdə tutulmuş əlavə tənbehlərdən biri əsas tənbehə əlavə edilə bilər. Ona görə də məhkəmə hesab edir ki, İXM-in 272.3 və 590.1-ci maddələrində nəzərdə tutulmuş inzibati xəta törətmiş Şəxs daha ciddi xətaya görə İXM-nin 272.3-cü maddəsinin sanksiyası çərçivəsində tənbeh edilməlidir. İnzibati tənbehin məqsədlərindən bəhs edən İXM-nin 21-ci maddəsinə əsasən inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Məhkəmə Şəxs barəsində inzibati tənbeh tədbiq edərkən, İXM-nin 31.2-ci maddəsinə müvafiq olaraq xətanın xarakterini, törədilmə şəraitini, inzibati xəta törədən şəxsin şəxsiyyətini, onun təqsirinin dərəcəsini, maddi durumunu və ailə vəziyyətini nəzərə almaqla, barəsində ona istinad olan maddənin sanksiyasında nəzərdə tutulmuş minumum həddə ov hüququnun məhdudlaşdırılması tənbehinin tətbiq edilməsini məqsədəmüvafiq hesab edir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 31, 40, 43, 48-51, 114, 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə R A R A A L D İ: Şəxs xx.xx.2023-cü il tarixli, MN ******* №-li protokol əsasında İnzibati Xətalar Məcəlləsinin 272.3 və 590.1-ci maddələri ilə nəzərdə tutulmuş inzibati xəta törətməsində təqsirli bilinsin və həmin Məcəllənin 272.3-cü maddəsinə əsasən 1 ədəd Rusiya istehsalı, İJ 58 markalı, 12 çaplı, qoşalülə, lülə və qundaq nömrəsi olmayan ov tüfəngi müsadirə edilməməldə altı ay müddətə ov hüququ məhdudlaşdırılsın. Qərarın icrası Sabirabad Rayon Polis Şöbəsinə həvalə edilsin. Qərardan onun təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Sabirabad Rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apelyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər.
Məhkəmə qərarları › İş №3(056)-40/2023
Sabirabad Rayon Məhkəməsi Qərar — İş №3(056)-40/2023
02.02.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver