Azərbaycan Respublikası adından QƏRAR Sabirabad rayon İş № 3(056)-401/2023 06.03.2023 SABİRABAD RAYON MƏHKƏMƏSİ Məhkəmənin hakimi Allahverdiyev Səlim Məhərrəm oğlunun sədrliyi, Məsləhətçi (məhkəmə iclasının katibi) Quliyev Mətin Azər oğlunun katibliyi, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan fiziki şəxs Şəxs, İnzibati xəta haqqında protokolu tərtib etmiş şəxs Sabirabad Rayon İcra və Probasiya Şöbəsinin icra məmuru X1 iştirakları ilə, xx.xx.1991-ci ildə Sabirabad rayonunun Ulacalı kəndində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, ali təhsilli, subay, işləməyən, məhkumluğu olmayan, Sabirabad rayonu Ulacalı kəndində qeydiyyatda olan və yaşayan Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə Sabirabad rayon İcra və Probasiya şöbəsindən daxil olmuş inzibati xəta haqqında materiala baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: Sabirabad Rayon İcra və Probasiya Şöbəsinin icra məmuru X1 tərtib etdiyi inzibati xəta haqqında protokola görə Bağırov X5 Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli 2(056)-53/2020 saylı, xx.xx.2019-cu il tarixli 2(056)-802/2019 saylı və xx.xx.2020-ci il tarixli, 2(056)-881/2020 saylı icra vərəqəsi üzrə tələbi üzrsüz səbəbdən icra etməyərək icra məmurunun qanuni tələbini yerinə yetirməmişdir. Sabirabad Rayon İcra və Probasiya Şöbəsinin icra məmuru X3 təqdimatı müdafiə edərək bildirdi ki, Sabirabad Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli 2(056)-53/2020 saylı icra vərəqəsinə əsasən xx.xx.2019-cu il tarixdən başlayaraq xx.xx.2015-ci il təvəllüdlü X4 yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay 170 manat sabit pul məbləğində alimentin borclu Şəxs tutularaq tələbkar X2 xeyrinə ödənilməsi qərara alınmışdır. Bundan əlavə Sabirabad Rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli 2(056)- 802/2019 saylı icra vərəqəsinə əsasən cavabdeh Şəxs cəmi 3898,33 manat kredit borcu və 30 manat ödənilmiş dövlət rüsumunun tutularaq iddiaçı "xxxx" ASC-nin xeyrinə verilməsi qət edilmişdir. Bundan əlavə Sabirabad Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli 2(056)-881/2020 saylı icra vərəqəsinə əsasən cəmi 728 manat pul vəsaitinin Şəxs tutulub "xxxx" MMC-nin xeyrinə ödənilməsi əmr edilmişdir. İcra sənədləri üzrə icra tədbirlərinin həyata keçirilməsinə dair borclu Şəxs edilmiş təkliflərə baxmayaraq, heç bir üzrlü səbəb gətirmədən icra məmurunun qanuni tələbini, yəni məhkəmə qərarının tam icrası ilə bağlı tələbini yerinə yetirmir. Onun bu günə Sabirabad Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli 2(056)-53/2020 saylı icra sənədi üzrə 400 manat, xx.xx.2019-cu il tarixli 2(056)-802/2019 saylı icra sənədi üzrə 3928 manat və xx.xx.2020-ci il tarixli, 2(056)- 881/2020 saylı icra vərəqəsi üzrə 728 manat ödənilməmiş borcu vardır. Beləliklə, Şəxs icra sənədinin icrasını vaxtında və tam təmin etmək barədə icra məmurunun qanuni tələbinə əməl etməmişdir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs məhkəmə iclası zamanı izahat verərək bildirdi ki, Sabirabad Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli 2(056)-53/2020 saylı icra vərəqəsinə əsasən xx.xx.2019-cu il tarixdən başlayaraq, xx.xx.2015-ci il təvəllüdlü X4 yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay 170 manat sabit pul məbləğində alimentin ondan tutularaq tələbkar X2 xeyrinə ödənilməsi qərara alınmışdır. Bundan əlavə Sabirabad Rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli 2(056)-802/2019 saylı icra vərəqəsinə əsasən ondan cəmi 3898,33 manat kredit borcu və 30 manat ödənilmiş dövlət rüsumunun tutularaq iddiaçı "xxxx" ASC-nin xeyrinə verilməsi qət edilmişdir. Bundan əlavə Sabirabad Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli 2(056)-881/2020 saylı icra vərəqəsinə əsasən cəmi 728 manat pul vəsaitinin ondan tutulub "xxxx" MMC-nin xeyrinə ödənilməsi əmr edilmişdir. Özü hazırda ekspeditor işləyir və aylıq qazancı 1000-1300 manat təşkil edir. Qısa müddətdir ki, özünə iş tapmışdır. İş tapandan sonra tələbkara aliment borcuna görə 300 manta ödəmişdir. Onun üzərində cəmi 160 manat aliment borcu qalmışdır. Kredit borclarını isə hissə-hissə ödəməklə tam bağlayacaqdır. Barəsində həbslə bağlı inzibati tənbeh tədbiri tətbiq edilərsə o işdən çıxarılacaqdır və icra sənədləri üzrə ödəniş edə bilməyəcəkdir. Odur ki, məhkəmədən ona köməklik göstərilməsini xahiş edir. Məhkəmə izahatları dinləyib, inzibati xəta haqqında xx.xx.2023-cü il tarixli, MN № ******* saylı protokolu və ona əlavə edilmiş sənədləri araşdıraraq hesab edir ki, Şəxs əməlində Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsinin tərkibi vardır və o, həmin maddə ilə təqsirli bilinərək barəsində inzibati tənbeh tətbiq edilməlidir. Azərbaycan Respublikasının İXM-nin 528.1-ci maddəsinə görə məhkəmə və ya digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurunun qanuni tələblərinin yerinə yetirilməməsinə və ya icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə borclunu müəyyən hərəkətləri etməyə və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə məcbur edən icra sənədinin üzrsüz səbəbdən icra edilməməsinə görə-fiziki şəxslər beş yüz manatdan min manatadək məbləğdə cərimə edilir və ya işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bir ayadək müddətə inzibati həbs tətbiq olunur. Həmin Məcəllənin 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakretizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Məhkəmə barəsində iş üzrə icraat aparılan şəxs Şəxs ilk dəfə inzibati xəta törətməsini Azərbaycan Respublikasının İXM-nin 32-ci maddəsinə əsasən inzibati xətaya görə məsuliyyəti yüngülləşdirən hal kimi nəzərə alır. Şəxs əməlində Azərbaycan Respublikasının İXM-nin 33-cü maddəsində nəzərdə tutulmuş inzibati xətaya görə məsuliyyəti ağırlaşdıran hallar müəyyən edilmədi. İnzibati tənbehin məqsədlərindən bəhs edən İXM-nin 21-ci maddəsinə əsasən inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Həmin Məcəllənin 9.1-ci maddəsinə görə inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli, yəni inzibati xətanın xarakterinə, onun törədilməsi hallarına uyğun, qanuni və əsaslı olmalıdır. Məhkəmə Şəxs barəsində inzibati tənbeh tədbiq edərkən, İXM-in 31.2-ci maddəsinə müvafiq olaraq xətanın xarakterini, törədilmə şəraitini, inzibati xəta törədən şəxsin şəxsiyyətini, onun təqsirinin dərəcəsini, həmçinin yaranmış aliment borcunun miqdarını və borclunun kifayət qədər məbləğ təşkil edən əmək fəaliyyəti ilə məşğul olmasını nəzərə almaqla, barəsində ona istinad olan maddənin sanksiyasında nəzərdə tutulmuş inzibati qaydada həbs tənbeh tədbiri tətbiq edilməsini məqsədəmüvafiq hesab etmir. Çünki şəxs barəsində inzibati qaydada həbs tənbeh tədbiri tətbiq edilərsə, o, iş yerini itirmək təhlükəsi ilə üzləşə və mövcud icra sənədləri üzrə ödənişlərin həyata keçirilməsində problemlər yarana bilər. Cərimə məbləğinin həddinin müəyyən edilməsinə gəldikdə isə məhkəmə, yenə də şəxsin öhdəliklərinin həcmini nəzərə alınmaqla cərimənin maddənin sanksiyası daxilində müəyyənləşdirilmiş minumum həddə tətbiq edilməsini məqsədəmüvafiq hesab edir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 40,43, 48-51, 114, 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə R A R A A L D İ: Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə təqsirli bilinib 500 (beş yüz) manat miqdarında cərimə edilsin. Qərardan təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətinə Sabirabad rayon məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər.
Məhkəmə qərarları › İş №3(056)-401/2023
Sabirabad Rayon Məhkəməsi Qərar — İş №3(056)-401/2023
06.03.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver