Məhkəmə qərarları › İş №3(056)-411/2023

Sabirabad Rayon Məhkəməsi Qərar — İş №3(056)-411/2023

09.03.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Sabirabad rayon İş № 3(056)-411/2023 09.03.2023 SABİRABAD RAYON MƏHKƏMƏSİ Məhkəmənin hakimi Allahverdiyev Səlim Məhərrəm oğlunun sədrliyi, Məsləhətçi (məhkəmə iclasının katibi) Quliyev Mətin Azər oğlunun katibliyi, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs və Zərərçəkmiş şəxs iştirakları ilə, xx.xx.1990-cı ildə Sabirabad rayonu Suqovuşan kəndində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, ailəli, işləməyən, Sabirabad rayonu Suqovuşan kəndində qeydiyyatda olmaqla həmin ünvanda yaşayan Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsi ilə inzibati xəta törətməsinə dair Sabirabad rayon Polis şöbəsindən daxil olmuş inzibati xəta haqqında materiala Sabirabad Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsi ilə inzibati xəta törətməsinə dair Sabirabad rayon Polis şöbəsindən daxil olmuş inzibati xəta haqqında materiala görə, Şəxs xx.xx.2023-cü il tarixdə Sabirabad rayonu Suqovuşan kəndində Zərərçəkmiş şəxs məxsus dəmir barmaqlıqları oğurlamaqla sonuncuya 100 manat ziyan vurmuş və bununla da Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs məhkəməyə vermiş olduğu izahatında ona elan edilmiş əməl üzrə özünü təqsirli bilərək əməlindən peşman olmasını, zərərçəkmiş şəxsdən üzrə istədiyini, bir daha belə bir hərəkətə yol verməyəcəyini bildirib məhkəmədən onun barəsində yüngül inzibati tənbeh tətbiq edilməsini xahiş etdi. Məhkəmə iclasında iştirak edən Zərərçəkmiş şəxs izahatında göstərdi ki, o, Şirvan şəhərində yaşasa da, uzun müddət Sabirabad rayonunda polis orqanında xidmət etmiş və təqaüdə çıxmışdır. Təqaüdə çıxdıqdan sonra Sabirabad rayonundakı evindən Şirvan şəhərinə köçmüşdür. Suqovuşan kəndində böyük hörmətə malikdir. Onun evinin həyətindən oğurluq edilməsi keçmiş polis əməkdaşı kimi onun şəxsiyyətinə toxunmuşdur. Ona görə də o, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsə qarşı şikayətçidir. Hazırda o, şəxs barəsində sərt tənbeh tədbiri tətbiq edilməsini xahiş edir. İnzibati xəta haqqında materiala əlavə edilmiş: Sabirabad rayon Polis Şöbəsinin İB-nin müstəntiqi, polis kapitanı Emin Əliyev tərəfindən qəbul edilmiş 05 iyul 20xx.xx.2023-cü il tarixli «Cinayət işinin başlanmasının rədd edilməsi haqqında» qərardan görünür ki, toplanmış materialda cinayət tərkibi olmadığından material üzrə cinayət işinin başlanması rədd edilməsi qərara alınmışdır. Həmin qərardan həmçinin görünür ki, talanmış əmlakın ümumi bazar qiyməti 81 manat təşkil edir. Məhkəmə iş üzrə təqdim edilmiş sübutları bir-biri ilə müqayisəli şəkildə təhlil etməklə, hər bir sübutu öz mənbəyinə və mənsubiyyətinə görə qiymətləndirməklə, tədqiq edilmiş sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam qiymət verərək belə nəticəyə gəlir ki, Şəxs Azərbaycan Respublikasının İXMnin 227-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. Azərbaycan Respublikasının İXM-nin 227-ci maddəsinə əsasən, xırda talama, yəni oğurlama, mənimsəmə, israfçılıq, qulluq mövqeyindən sui-istifadə və ya dələduzluq yolu ilə özgəsinin əmlakını talamağa görə -yüz altmış saatdan iki yüz qırx saatadək ictimai işlər və ya işin hallarına görə, xətanı törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət sayılmadıqda isə üç ayadək müddətə inzibati həbs tətbiq edilir. Şəxs qeyd olunan inzibati xətanı törətməsində təqsirli olması özünün etirafedici izahatı ilə yanaşı inzibati işin digər materialları ilə tam sübuta yetirilir. Odur ki, onun barəsində həmin maddənin sanksiyası həddində inzibati tənbeh tətbiq edilməlidir. Məhkəmə barəsində iş üzrə icraat aparılan şəxs Şəxs etirafedici izahatını və əməlindən peşman olmasını Azərbaycan Respublikasının İXM-nin 32.1.1-ci maddəsinə əsasən inzibati xətaya görə məsuliyyəti yüngülləşdirən hal kimi nəzərə alır. Şəxs əməlində Azərbaycan Respublikasının İXM-nin 33-cü maddəsində nəzərdə tutulmuş inzibati xətaya görə məsuliyyəti ağırlaşdıran hallar müəyyən edilmədi. İnzibati tənbehin məqsədlərindən bəhs edən İXM-nin 21-ci maddəsinə əsasən inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Məhkəmə İXM-in 32.2-ci maddəsinin tələblərini nəzərə alıb, inzibati xəta törətmiş Şəxs inzibati tənbeh tətbiq edərkən onun törətdiyi xətanın xarakterini, şəxsiyyətini, təqsirinin dərəcəsini, zərərçəkmiş şəxsin şikayətçi olmasını, dəymiş ziyanın ödənilməməsini nəzərə alaraq, onu qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə onun tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi ilə maddənin sanksiyasında nəzərdə tutulmuş alternativ tənbeh (ictimai işlər) tədbirini tətbiq etməyi yetərli saymır və onun barəsində təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulmuş inzibati həbs növündə tənbeh tətbiq edilməsini məqsədəmüvafiq hesab edir. Belə ki, hazırkı iş üzrə inzibati xəta törətmiş şəxsin məhkəmə iclası zamanı izahat verərkən törətmiş olduğu hadisəyə laqeyd yanaşması, peşmançılıq hissi keçirdiyini bildirmiş olsa da, bu duyğularda olmasının danışıq və hadisəyə münasibəti ilə ziddiyyət təşkil etməsi məhkəmədə belə təəssürat yaradır ki, şəxsə törətdiyi inzibati xətanın sanksiyasında nəzərdə tutulmuş alternativ inzibati tənbehlə (ictimai işlər növündə tənbehlə) deyil, yalnız inzibati həbs növündə tənbeh tətbiq edilməsi ilə inzibati tənbehin məqsədlərinə nail oluna bilər. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 40,43, 48-51, 114, 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsi ilə təqsirli bilinib barəsində 23 (iyirmi üç) gün müddətinə inzibati həbs tənbeh tədbiri tətbiq edilsin. İnzibati həbsetmənin əvvəli xx.xx.2023-cü il tarixdən, saat 18:05-dən hesablansın. Qərarın icrası Sabirabad rayon Polis şöbəsinə həvalə edilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində işə baxan Sabirabad Rayon Məhkəməsi vasitəsilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar