Azərbaycan Respublikası adından QƏRAR Sabirabad rayon İş № 3(056)-412/2024 09.04.2024 SABİRABAD RAYON MƏHKƏMƏSİ Mən, hakimi Nurəddin Abuzər oğlu Bağırov, Anar Neymət oğlu Qafarovun katibliyi ilə, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakı ilə, xx.xx.1959-cu il tarixdə Şirvan Şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, işləməyən, ünvan 1 ünvanında qeydiyyatda olmaqla yaşayan Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 272.3-cü və 590.1-ci-ci maddələri ilə nəzərdə tutulmuş inzibati xətaları törətməsinə dair Sabirabad Rayon Polis Şöbəsindən daxil olmuş inzibati xəta haqqında xx.xx.2024-cü il tarixli MN 2026391№-li Protokola və inzibati xəta haqqında iş üzrə toplanmış materiala Sabirabad Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİM: Sabirabad RPŞ-nin Qaragüney PB-nin X1 sahə rəisi, polis mayoru Qulu Şahkərəmov tərəfindən tərtib edilmiş xx.xx.2024-cü il tarixli MN 2026391№-li inzibati xəta haqqında Protokola və inzibati xəta haqqında iş üzrə toplanmış materiala görə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Hacıyev X2 Xətalar Məcəlləsinin 272.3-cü və 590.1-ci maddələri ilə təqsirləndirilir ona görə ki, o, xx.xx.2024-cü il tarixdə Sabirabad rayonu Rüstəmli kəndi ərazisində çöl sahəsində müvafiq icra hakimiyyəti orqanından xüsusi icazə almaqla qeydiyyatda olan “Toz 63” markalı, qoşa lülə, 16 çaplı, 194025 nömrəli yivsiz ov silahı saxlanılması və daşıma qaydalarını pozmaqla həmçinin lazımi icazə olmadan bir ədəd çöl dovşanı, üç ədəd qamışlıq fərəsi deyilən çöl quşunu ovlamışdır. Bu əməllərinə görə Şəxs barəsində İnzibati Xətalar Məcəlləsinin (bundan sonra İXM-nın) 272.3-cü və 590.1-ci -ci maddələrində nəzərdə tutlmuş inzibati xətaların törətməsinə dair xx.xx.2024-cü il tarixli MN 2026391№-li inzibati xəta haqqında Protokol tərtib edilərək baxılması üçün məhkəməyə göndərilmişdir. Məhkəmə iclasında iştirak etmiş barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Şəxs ona istinad olunan İXM-nın 272.3-cü və 590.1-ci maddələrində nəzərdə tutlmuş inzibati xəta əməllərini etiraf edib, əməllərindən peşmançılıq hissi keçirdiyini və bir daha bu cür hallara yol verməyəcəyini bildirərək, ona yüngül tənbeh təyin edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə araşdırılması zamanı müəyyən olunmuşdur ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs xx.xx.2024-cü il tarixdə Sabirabad rayonu Rüstəmli kəndi ərazisində çöl sahəsində müvafiq icra hakimiyyəti orqanından xüsusi icazə almaqla qeydiyyatda olan “Toz 63” markalı, qoşa lülə, 16 çaplı, 194025 nömrəli yivsiz ov silahı saxlanılması və daşıma qaydalarını pozmaqla həmçinin lazımi icazə olmadan bir ədəd çöl dovşanı, üç ədəd qamışlıq fərəsi deyilən çöl quşunu ovlamışdır. İXM-nın 272.3-cü maddəsinə əsasən Ov qaydalarının kobud şəkildə pozulmasına (lazımi icazə olmadan və ya qadağan edilmiş yerlərdə, yaxud qadağan olunmuş müddətlərdə, qadağan edilmiş alətlərlə və ya üsullarla ov edilməsinə), habelə digər ov qaydalarının müntəzəm pozulmasına görə inzibati xətanın törədilməsində alət və ya inzibati xətanın bilavasitə obyekti olmuş predmetlər müsadirə edilməklə və ya müsadirə edilməməklə, min manatdan iki min manatadək məbləğdə cərimə edilir, yaxud altı aydan iki ilədək müddətə ov hüququ məhdudlaşdırılır. İXM-nın 590.1-ci maddəsinə əsasən Müvafiq icra hakimiyyəti orqanından xüsusi icazə almış şəxslər tərəfindən mülki silahın və ya onun üçün döyüş sursatının saxlanılması, daşınması və ya satılması qaydalarının pozulmasına görə silah və döyüş sursatı müsadirə edilməklə və ya edilməməklə əlli manatdan yetmiş manatadək məbləğdə cərimə edilir Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Şəxs dinləyib və inzibati xəta haqqında iş üzrə toplanmış materialı araşdırıb hesab edirəm ki, Şəxs İXM-nın 272.3-cü və 590.1-ci maddələri ilə nəzərdə tutulan inzibati xəta əməllərini törətməsi onun özünün etirafedici və izahatı ilə yanaşı, həmçinin onun barəsində tərtib olunmuş xx.xx.2024-cü il tarixli MN 2026391№-li protokolla və inzibati xəta haqqında iş üzrə digər materiallarla tam sübuta yetirilmişdir. Qeyd edilən əməllərin inzibati xəta olmasını aradan qaldıran hallar, həmçinin Şəxs inzibati xəta məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Onun əməli düzgün olaraq İXM-nın 272.3-cü və 590.1-ci maddələri ilə tövsif edilmişdir. Odur ki, İnzibati Xətalar Məcəlləsinin tələblərinə müvafiq olaraq təqsirli S.R.Yusifov barəsində inzibati tənbeh vermə haqqında qərar qəbul edilməli və ona təqsirli bilindiyi İXM-nın 272.3-cü və 590.1-ci maddələrinin daha ciddi xətaya görə, yəni İXM-nın 272.3-cü maddəsi ilə müəyyən edilmiş sanksiya həddində ədalətli tənbeh tətbiq edilməlidir. Belə ki, İXM-nın 34.3-cü maddəsinə görə şəxsin eyni vaxtda öz hərəkətləri (hərəkətsizliyi) ilə törətdiyi bir neçə inzibati xətaya dair işlərə baxılması eyni orqanın səlahiyyətinə aiddirsə, həmin şəxs daha ciddi xətaya görə müəyyən edilmiş sanksiya çərçivəsində tənbeh edilir. Bu halda törədilmiş xətalardan hər hansı birinə görə nəzərdə tutulmuş əlavə tənbehlərdən biri əsas tənbehə əlavə edilə bilər. İnzibati tənbehin məqsədlərindən bəhs edən İXM-nın 21-ci maddəsinə əsasən inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs inzibati tənbeh tətbiq edərkən onun şəxsiyyətini, xətanın xarakterini, təqsirinin dərəcəsini nəzərə alaraq hesab edirəm ki, hazırkı iş üzrə İXM-nın 272.3-cü və 590.1-ci maddələri ilə inzibati xəta əməlləri törətmiş S.R.Yusifov həmin maddələrinin daha ciddi xətaya görə, yəni İXM-nın 272.3-cü maddəsi ilə “Toz 63” markalı, qoşa lülə, 16 çaplı, 194025 nömrəli yivsiz ov silahı musadirə edilməklə onun ov hüququ 6 (altı) ay müddətinə məhdudlaşdırılsı daha məqsədəmüvafiq olardı. Göstərilənlərə əsasən və İnzibati Xətalar Məcəlləsinin 31, 40, 43, 48-51, 114, 128-130-cu maddələrini rəhbər tutaraq QƏRARA ALDİM: Sabirabad rayon Polis Şöbəsindən daxil olmuş xx.xx.2024-cü il tarixli MN 2026391№-li inzibati xəta haqqında Protokola əsasən Hacıyev X2 Xətalar Məcəlləsinin 272.3-cü və 590.1-cimaddələri ilə nəzərdə tutulmuş inzibati xəta əməllərini törətməkdə təqsirli bilinsin və barəsində həmin maddələrin daha ciddi xətaya görə, yəni İXM-nın 272.3-cü maddəsi ilə “Toz 63” markalı 16 kalibrli, qoşa lülə, lülə nömrəsi 194025 ov tüfəngi musadirə edilməklə onun ov hüququ 06 (altı) ay müddətinə məhdudlaşdırılsın. Qərarın icrası Şirvan Şəhər İcra və Probasiya Şöbəsinə həvalə edilsin. Qərardan, surəti təqdim edildiyi və ya alındığı gündən on gün müddətində Sabirabad Rayon Məhkəməsi vasitəsilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayət və ya protest verilə bilər
Məhkəmə qərarları › İş №3(056)-412/2024
Sabirabad Rayon Məhkəməsi Qərar — İş №3(056)-412/2024
09.04.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver