Məhkəmə qərarları › İş №3(056)-424/2024

Sabirabad Rayon Məhkəməsi Qərar — İş №3(056)-424/2024

01.04.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Sabirabad rayon İş № 3(056)-424/2024 01.04.2024 SABİRABAD RAYON MƏHKƏMƏSİ Hakim Allahverdiyev Səlim Məhərrəm oğlunun sədrliyi, Məhkəmə iclasının katibi Quliyev Mətin Azər oğlunun katibliyi, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakı ilə xx.xx.1987-ci ildə Şirvan şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, ünvan 1 ünvanda yaşayan Şəxs barəsində Azərbaycan Respublikası İXM-in 334-1.1-ci maddəsi ilə Azərbaycan Respublikası DİN-nin Sabirabad Rayon Polis Şöbəsindən daxil olmuş inzibati xəta haqqında protokola və toplanmış materiala Sabirabad Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə Müəyyən etdi: Sabirabad Rayon Polis Şöbəsindən daxil olmuş inzibati xəta haqqında materiala görə, Şəxs xx.xx.2024-cü ildə saat 10:30 radələrində narkotik vasitələrin təsiri altında «QAZ 31105 120 minik» markalı ** NM *** dövlət nömrə nişanlı avtomobilli nəqliyyat vasitələrini idarə etmək hüququ olmadan idarə etmiş və bununla da Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 334-1.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs izahat verərək bildirdi ki, o, narkotik vasitə olan marixuananı polis əməkdaşları tərəfindən saxlanılmasından 7-8 gün əvvəl qəbul etmiş, polis əməkdaşları tərəfindən saxlaılıb sənədləri yoxlanılarkən hərəkətlərində şübhəlilik hiss edib onu yoxlamadan keçirmişlər və narkotik vasitədən istifadə etmiş olması faktı öz təsdiqini tapmışdır. Hazırda əməlindən peşmandır. İlk dəfədir ki, inzibati xəta törədir. Atası vəfat etmiş, anası ilə birgə yaşayır. Məhkəmədən barəsində cərimə tənbehi tətbiq edilməsini xahiş edir. Belə ki, o, taksi fəaliyyəti ilə məşğul olur. Həmçinin Bakı şəhərində yaşayan nənəsi ağır xəstədir. Buna görə tez-tez anasını Bakı şəhərinə aparmalı olur. Bir daha bu cür hallara yol verməyəcək, narkotik qəbul etməyəcəkdir. Ona görə də o, məhkəmədən göstərdiyi xüsusatların nəzərə alınmasını xahiş edir. İş materiallarına X1 tibbi yoxlama sənədi əlavə edilmiş, həmin sənəddən müəyyən edilmişdir ki, Şəxs narkotik vasitə qəbul etmişdir. Şəxs İXM-in 334-1.1-ci maddəsi ilə nəzərdə tutulan inzibati xətanı törətməsi onun özünün etirafedici izahatı ilə yanaşı, barəsində tərtib olunmuş xx.xx.2024-cü il tarixli İXP ******* nömrəli protokolla, inzibati işin digər materialları ilə tam sübuta yetirilmişdir. İnzibati məsuliyyəti istisna edən və icraatı rədd edən hallar müəyyən edilmədi. Azərbaycan Respublikasının İXM-nin 334-1.1-ci maddəsinə görə Nəqliyyat vasitəsini idarə etmək hüququ olmayan şəxs tərəfindən nəqliyyat vasitəsinin narkotik vasitələrdən, psixotrop maddələrdən və ya güclü təsir edən digər maddələrdən istifadə olunması nəticəsində sərxoş vəziyyətdə idarə edilməsinə görə – səkkiz yüz manat məbləğində cərimə edilir və ya işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla on beş gündən bir ayadək müddətə inzibati həbs tətbiq olunur. Həmin Məcəllənin 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyəti, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Məhkəmə Azərbaycan Respublikasının İXM-nin 32.1.1-ci maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs etirafedici izahatını və əməlindən peşman olmasını inzibati xətaya görə məsuliyyəti yüngülləşdirən hal hesab edir. Şəxs əməlində İXM-nin 33-cü maddəsində göstərilən inzibati xətaya görə məsuliyyəti ağırlaşdıran hallar müəyyən edilmədi. Məhkəmə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs qarşı inzibati tənbeh tətbiq edərkən xətanın xarakterini, təqsirinin dərəcəsini, şəxsiyyətini və yüngülləşdirici halları nəzərə alaraq ona cərimə növündə inzibati tənbeh verilməsini məqsədəmüvafiq hesab edir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 31, 40, 43, 48-51, 114, 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə Q ə r a r a a l d ı: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 334-1.1-ci maddəsi ilə təqsirli bilinib, 800 (səkkiz yüz) manat məbləğində cərimə edilsin. Qərarın icrası Sabirabad rayon İcra və Probasiya şöbəsinə həvalə edilsin. Qərarın surəti, təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Sabirabad Rayon Məhkəməsi vasitəsilə Şirvan Apellyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar