Azərbaycan Respublikası adından QƏRAR Sabirabad rayon İş № 3(056)-425/2023 31.03.2023 SABİRABAD RAYON MƏHKƏMƏSİ Məhkəmənin hakimi Allahverdiyev Səlim Məhərrəm oğlunun sədrliyi, Məsləhətçi (məhkəmə iclasının katibi) Quliyev Mətin Azər oğlunun katibliyi ilə, xx.xx.1972-ci il tarixdə Sabirabad rayonunun Xəlfəli kəndində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, işləməyən, ailəli, Sabirabad rayonu Xəlfəli kəndində qeydiyyatda olmaqla həmin ünvanda yaşayan Şəxs barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 525-ci maddəsi ilə Sabirabad rayon Polis şöbəsindən daxil olmuş inzibati xəta haqqında materiala baxaraq, məhkəmə Müəyyənetdi: Sabirabad rayon Polis şöbəsindən daxil olmuş inzibati xəta haqqında materiala görə, Şəxs xx.xx.2023-cü il tarixdə Sabirabad rayonu Xəlfəli kənd sakini X2 məxsus evdə pul müqabilində kart vasitəsilə qumar oyunu oynamış və bununla da Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 525-ci maddəsində nəzərdə tutulmuş inziabti xətanı törətmişdir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs izahat verərək bildirdi ki, həqiqətən də göstərilən tarixdə sadəcə əylənmək üçün cinayət işinin başlanmasının rədd edilməsi haqqında adı çəkilən şəxslərlə qumar oyunu oynamışdır. Əməlindən peşmandır. İlk dəfədir ki, inzibati xəta törədir. Söz verir ki, bir daha qumar oynamayaqdır. Maddi vəziyyəti ağırdır. Məhkəmədən barəsində ədalətli qərar qəbul edilməsini xahiş edir. Protokola əlavə edilmiş: Sabirabad RPŞ-nin Təhqiqat Bölməsinin təhqiqatçısı, polis kapitanı Şamxal Həsənov tərəfindən qəbul edilmiş «Cinayət işinin başlanmasının rədd edilməsi haqqında» xx.xx.2023-cü il tarixlli qərardan görünür ki, toplanmış material üzrə cinayət işinin başlanmasının rədd edilməsi, Şəxs, X6, X3, X4 və X1 barəsində Azərbaycan Respublikası İXM-nin 525-ci maddəsinə əsasən inzibati qaydada icraat açılmasının RPŞ-nin İTB-nə tapşırılması qərara alınmışdır. Məhkəmə, inzibati xəta haqqında xx.xx.2023-cü il tarixli, MN1642213 nömrəli protokolu və ona əlavə edilmiş sənədləri araşdıraraq hesab edir ki, Şəxs əməlində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 525-ci maddəsinin tərkibi vardır və o, həmin maddə ilə təqsirli bilinərək barəsində inzibati tənbeh tətbiq edilməlidir. Azərbaycan Respublikasının İXM-nin 525-ci maddəsinə görə qumar oyununda iştirak etmə, yəni qumar oynamağa görə - oyun ləvazimatı, habelə qumara qoyulmuş pul vəsaitləri və ya digər əmlak, qazanılmış uduş, mükafat və ya digər gəlir müsadirə edilməklə üç min manat məbləğdə cərimə edilir. Təqdimat edilmiş materialla əsasən, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs əməlində Azərbaycan Respublikasının İXM-nin 32-ci maddəsində nəzərdə tutulmuş inzibati xətaya görə məsuliyyəti yüngülləşdirən və həmin Məcəllənin 33-cü maddəsində göstərilən ağırlaşdıran hallar müəyyən etmədi. İnzibati tənbehin məqsədlərindən bəhs edən İXM-nin 21-ci maddəsinə əsasən inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 40,43, 48-51, 114, 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə Qərara aldı : Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 525-ci maddəsi ilə təqsirli bilinib oyun ləvazimatı olan 36 ədəd oyun kartı və götürülmüş 12 manat pul vəsaiti müsadirə edilməklə 3000 (üç min) manat cərimə olunsun. Qərarın icrası Sabirabad rayon İcra və Probasiya Şöbəsinə həvalə edilsin. Qərardan təqdim edildiyi vaxtdan 10 gün müddətinə Sabirabad Rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər.
Məhkəmə qərarları › İş №3(056)-425/2023
Sabirabad Rayon Məhkəməsi Qərar — İş №3(056)-425/2023
31.03.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver