Azərbaycan Respublikası adından QƏRAR Sabirabad rayon İş № 3(056)-426/2024 02.04.2024 SABİRABAD RAYON MƏHKƏMƏSİ Hakim Allahverdiyev Səlim Məhərrəm oğlunun sədrliyi, Məsləhətçi (məhkəmə iclasının katibi) Quliyev Mətin Azər oğlunun katibliyi, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakı ilə, xx.xx.2001-ci ildə Sabirabad rayonunda anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, Sabirabad rayonunun Yolçubəyli kəndində qeydiyyatda olan və yaşayan Şəxs barəsində Azərbaycan Respublikasının İXM-nin 333-1.1-ci maddəsi ilə Sabirabad rayon Polis Şöbəsindən daxil olmuş inzibati xəta haqqında protokola və protokol əsasında toplanmış materiala Sabirabad Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Sabirabad rayon Polis Şöbəsindən daxil olmuş inzibati xəta haqqında materiala görə, Şəxs xx.xx.2024-cü ildə saat 16:00 radələrində etibarnamə əsasında idarə etdiyi «Mercedes Benz 180 minik» markalı ** ZR *** dövlət nömrə nişanlı avtomobili ilə hərəkətdə olarkən saxlanılmış, yoxlama nəticəsində sürücünün narkotik vasitənin təsiri altında avtomobili idarə etməsi müəyyən edilmişdir. Bununla da o, Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 333-1.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs izahat verərək bildirdi ki, o, narkotik vasitə olan marixuananı polis əməkdaşları tərəfindən saxlanılmasından 7-8 gün əvvəl qəbul etmiş, polis əməkdaşları tərəfindən saxlaılıb sənədləri yoxlanılarkən hərəkətlərində şübhəlilik hiss edib onu yoxlamadan keçirmişlər və narkotik vasitədən istifadə etmiş olması faktı öz təsdiqini tapmışdır. Hazırda əməlindən peşmandır. İlk dəfədir ki, inzibati xəta törədir. Atası vəfat etmiş, anası ilə birgə yaşayır. Məhkəmədən barəsində cərimə tənbehi tətbiq edilməsini xahiş edir. Belə ki, o, taksi fəaliyyəti ilə məşğul olur. Həmçinin Bakı şəhərində yaşayan nənəsi ağır xəstədir. Buna görə tez-tez anasını Bakı şəhərinə aparmalı olur. Bir daha bu cür hallara yol verməyəcək, narkotik qəbul etməyəcəkdir. Ona görə də o, məhkəmədən göstərdiyi xüsusatların nəzərə alınmasını xahiş edir. Protokola əlavə edilmiş: Narkotik vaitə qəbulu ilə əlaqədar keçirilmiş yoxlamaya dair arayışdan görünür ki, Şəxs THC pozitiv aşkar edilmişdir. Azərbaycan Respublikasının İXM-nin 333-1.1-ci maddəsinə əsasən, nəqliyyat vasitəsini idarə etmək hüququ olan şəxs tərəfindən nəqliyyat vasitəsini alkoqoldan, narkotik vasitələrdən, psixotrop maddələrdən və ya güclü təsir göstərən digər maddələrdən istifadə olunması nəticəsində sərxoş vəziyyətdə idarə edilməsinə görə-altı yüz manat məbləğində cərimə edilir və ya nəqliyyat vasitəsini idarə etmək hüququ altı aydan bir ilədək müddətə məhdudlaşdırılır. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs Azərbaycan Respublikasının İXM-in 333-1.1-ci maddəsi ilə nəzərdə tutulan inzibati xətanı törətməsi xx.xx.2024-cü il tarixli İXP ******* nömrəli protokolla, şəxsin pzününü etirafedici izahatı ilə və inzibati işin digər materialları ilə tam sübuta yetirilir. İş üzrə inzibati məsuliyyəti istisna edən və icraatı rədd edən hallar yoxdur. Şəxs əməlində Azərbaycan Respublikasının İXM-nin 32-ci maddəsində nəzərdə tutulan məsuliyyəti yüngülləşdirən və həmin Məcəllənin 33-cü maddəsində nəzərdə tutulmuş inzibati xətaya görə məsuliyyəti ağırlaşdıran hallar müəyyən edilmədi. Azərbaycan Respublikasının İXM-in 31.2-ci maddəsinə əsasən, fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyəti, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. İnzibati tənbehin məqsədlərindən bəhs edən Azərbaycan Respublikasının İXM-nin 21-ci maddəsinə əsasən, inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Azərbaycan Respublikasının İXM-nin 9.1-ci maddəsinə görə inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli, yəni inzibati xətanın xarakterinə, onun törədilməsi hallarına uyğun, qanuni və əsaslı olmalıdır. Məhkəmə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs qarşı inzibati tənbeh tətbiq edərkən xətanın xarakterini, təqsirinin dərəcəsini, şəxsiyyətini və Azərbaycan Respublikasının İXM-nin 21-ci maddəsində nəzərdə tutulmuş inzibati tənbeh tədbirinin məqsədini, xətanın cəmiyyət üçün ziyanverici və qınaq obyekti olan vasitədən istifadə olunmaqla (narkotik vasitədən) törədilməsini nəzərə alaraq hesab edir ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsə Azərbaycan Respublikasının İXM-in 333.-1.1-ci maddəsinin sanksiyasında müəyyən edilmiş sürücülük hüququnun məhdudlaşdırılması növündə tənbeh tədbiri deyil, cərimə tənbeh tədbiri tətbiq edilməlidir. Belə ki, inzibati tənbehin əsas məqsədlərindən biri həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaqdan ibarətdir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 31, 40,43, 48-51, 114, 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARAALDİ: Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 333-1.1-ci maddəsi ilə təqsirli bilinərək, 600 (altı yüz) manat miqdarında cərimə edilsin. Qərarın icrası Sabirabad rayon Polis Şöbəsinə həvalə edilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Sabirabad Rayon Məhkəməsi vasitəsilə Şirvan Apellyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər.
Məhkəmə qərarları › İş №3(056)-426/2024
Sabirabad Rayon Məhkəməsi Qərar — İş №3(056)-426/2024
02.04.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver