Azərbaycan Respublikası adından QƏRAR Sabirabad rayon İş № 3(056)-438/2023 31.03.2023 SABİRABAD RAYON MƏHKƏMƏSİ Hakim Allahverdiyev Səlim Məhərrəm oğlunun sədrliyi, Məsləhətçi (məhkəmə iclasının katibi) Quliyev Mətin Azər oğlunun katibliyi, Prorokolu tərtib etmiş şəxs, Sabiabad rayon Polis şöbəsinin İTB-nin sahə rəisi, polis mayoru X1, barəsində inzibati xəta haqqında iş üzrə inzibati icraat aparılan şəxs Şəxs iştirakları ilə xx.xx.1973-cü il tarixdə Sabirabad rayonunda anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, ünvan 1-da qeydiyyatda olmaqla yaşayan Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 206-cı maddəsi ilə Sabirabad rayon Polis şöbəsindən daxil olmuş inzibati xəta haqqında materiala baxaraq, məhkəmə MÜƏYYƏNETDİ: Sabirabad rayon Polis şöbəsindən daxil olmuş inzibati xəta haqqında materiala görə, Şəxs xx.xx.2022-ci il tarixdə Sabirabad rayon Polis şöbəsinin əməkdaşları tərəfindən saxlanılarkən onun üzərindən 0,042 qram çəkidə narkotik maddə olan heroin aşkar edilmiş və bununla da o, Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 206-cı maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs özünü ona istinad olunan əməl üzrə təqsirli bilərək izahatında göstərdi ki, o, ünvan 1 ünvanında yaşayır. 2-3 il olar ki, narkotik maddələrdən istifadə edir. xx.xx.2022-ci il tarixdə saat 12:30 radələrində Sabirabad şəhəri, 20 Yanvar küçəsində olan zaman bir neçə mülki geyimli şəxslər ona yaxınlaşıb polis əməkdaşları olduqlarını bildirmişlər və onu Sabirabad RPŞ-yə dəvət etmişlər. RPŞ-də olan zaman ona üzərində dövriyyəsi qadağan olunan hər hansı əşya və predmet olmasını, olması halda isə könüllü şəkildə təqdim etməsini bildirmişlər. O, üzərində narkotik vasitə olmasını bildirmiş və könüllü olaraq həmin narkotik vasitəni polis əməkdaşlarına təqdim etmişdir. Sağalmaq istəyir. Lakin maddi imkanı olmadığı üçün müalicə ala bilmir. Hazırda məhkəmədən barəsində inzibati qaydada ən azı 15 gün həbs tənbeh tədbiri tətbiq edilməsini xahiş edir ki, bir müddət narkotik maddələrdən uzaq qala bilsin. Bəlkə bu yol ona narkotik vasitə istifadə etməsini tərgitdirə bilər. Protokola əlavə edilmiş: Sabirabad rayon Polis şöbəsinin İstintaq bölməsinin baş müstəntiqi polis mayoru X2 «sübutların qiymətləndirilməsi haqqında» xx.xx.2023-cü il tarixlli qərarından görünür ki, toplanmış material üzrə Şəxs əməlində Azərbaycan Respublikasının İXM-nin 206-cı maddəsinin tərkib əlamətləri olduğundan barəsində inzibati tənbeh tədbirin görülməsindən ötrü qəbul edilmiş qərarın surətinin Sabirabad RPŞ-nin İTB-nə göndərilməsi qərara alınmışdır. Məhkəmə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin izahatını dinləyib, inzibati xəta haqqında xx.xx.2023-cü il tarixli, MN1642259 nömrəli protokolu və ona əlavə edilmiş sənədləri araşdıraraq hesab edir ki, Şəxs əməlində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 206-cı maddəsinin tərkibi vardır və o həmin maddə ilə təqsirli bilinərək barəsində inzibati tənbeh tətbiq edilməlidir. Azərbaycan Respublikasının İXM-nin 206-cı maddəsinə görə qanunsuz olaraq narkotik vasitələrin, psixotrop maddələrin istehlakına, satış məqsədi olmadan şəxsi istehlak miqdarında hazırlanmasına, əldə edilməsinə, saxlanılmasına, daşınmasına və ya göndərilməsinə görə-üç yüz manatdan dörd yüz manatadək məbləğdə cərimə edilir, işin hallarına görə və xətanı törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət sayılmadıqda isə iki ayadək müddətə inzibati həbs tətbiq edilir. Məhkəmə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs əməlində İXM-nin 32-ci maddəsində nəzərdə tutulmuş inzibati xətaya görə məsuliyyəti yüngülləşdirən və həmin Məcəllənin 33-cü maddəsində göstərilən ağırlaşdıran halları müəyyən etmədi. İnzibati tənbehin məqsədlərindən bəhs edən İXM-nin 21-ci maddəsinə əsasən inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Məhkəmə, inzibati xəta törətmiş Şəxs inzibati tənbeh tətbiq edərkən onun törətdiyi xətanın xarakterini, şəxsiyyətini, təqsirinin dərəcəsini nəzərə alaraq, onu qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə onun tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi ilə maddənin sanksiyasında nəzərdə tutulmuş alternativ tənbeh (cərimə) tətbiq etməyi yetərli saymır və onun barəsində təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulmuş inzibati həbs növündə tənbeh tətbiq edilməsini məqsədəmüvafiq hesab edir. Belə ki, hazırkı iş üzrə inzibati xəta törətmiş şəxs özü də islah edilməsi yolunu barəsində inzibati qaydada həbs tənbeh tədbiri tətbiq edilməsində görür. Azərbaycan Respublikasının İXM-nin 31.4-cü maddəsinə görə Bu Məcəllənin Xüsusi hissəsində inzibati xətanın törədilməsinə görə müəyyən edilən inzibati tənbehin yalnız yuxarı həddi müəyyən edildikdə, tətbiq edilən inzibati tənbeh onun yuxarı həddinin dörddə birindən az ola bilməz. Məhkəmə inzibati həbs tənbeh tədbirinin müddətini müəyyən edərkən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin ilk dəfə inzibati xəta törətməsini, izahatının məzmununu və Azərbaycan Respublikasının İXM-nin 31.4-cü maddəsinin tələblərini nəzərə alır və şəxs barəsində tətbiq edilən inzibati həbs tənbeh tədbirinin müddətinin 15 gün müəyyən edilməsini məqsədəmüvafiq hesab edir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 40,43, 48-51, 114, 128-130-cu maddələrinə rəhbər tutaraq, məhkəmə Q Ə R A R A A L D İ: Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 206-cı maddəsi ilə təqsirli bilinərək barəsində 15 (on beş) gün müddətinə inzibati qaydada həbs tənbeh tədbiri tətbiq edilsin. İnzibati həbsetmə müddətinin əvvəli xx.xx.2023-cü il tarixdən saat 11:00-dan hesablansın. Sabirabad RPŞ-də saxlanılan ekspert tədqiqatları nəticəsində qalıq qalmış narkotik vasitə olan heroinin 0,022 qramı məhv edilsin. Qərarın icrası Sabirabad rayon Polis Şöbəsinə və Sabirabad Rayon İcra və Porbasiya şöbəsinə həvalə edilsin. Qərardan təqdim edildiyi vaxtdan 10 gün müddətində Sabirabad Rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər.
Məhkəmə qərarları › İş №3(056)-438/2023
Sabirabad Rayon Məhkəməsi Qərar — İş №3(056)-438/2023
31.03.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver