Azərbaycan Respublikası adından QƏRAR Sabirabad rayon İş № 3(056)-439/2023 31.03.2023 SABİRABAD RAYON MƏHKƏMƏSİ Məhkəmənin hakimi Allahverdiyev Səlim Məhərrəm oğlunun sədrliyi, Məsləhətçi (məhkəmə iclasının katibi) Quliyev Mətin Azər oğlunun katibliyi, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan fiziki şəxs Şəxs, Sabirabad Rayon İcra və Probasiya Şöbəsinin icra məmuru X1 iştirakı ilə, xx.xx.1978-ci il tarixdə Sabirabad rayonunun Moranlı kəndində doğulmuş, Azərbaycan Respublikası vətəndaşı, evli, "xxxx" MMC-də sürücü işləyən, Sabirabad rayonunun Moranlı kəndində qeydiyyatda olmaqla həmin ünvanda yaşayan Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə inzibati xəta törətməsinə dair Sabirabad rayon İcra şöbəsindən daxil olmuş inzibati xəta haqqında materiala Sabirabad Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Şəxs barəsində tərtib olunmuş inzibati xəta haqqında xx.xx.2023-ci il tarixli protokola və ona əlavə olunmuş sənədlərə əsasən, Sabirabad Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli 2(056)- 1493/2022 saylı icra sənədinin tələbinə əsasən Şəxs 10200 manat məbləğində və ödənilmiş dövlət rüsumunun əvəzində 70 manat olmaqla, cəmi 10270 manat məbləğində pul vəsaitinin tutularaq tələbkar Zərərçəkmiş şəxs verilməsi qərara alınmışdır. Lakin borclu Şəxs icra sənədini üzrlü səbəb olmadan icra etməmiş və bununla da Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. Məhkəmə iclasında inzibati xəta haqqında protokol tərtib etmiş şəxs Sabirabad rayon İcra şöbəsinin icra məmuru X2 izahat verərək bildirmişdir ki, Sabirabad Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli 2(056)-1493/2022 saylı icra sənədinin tələbinə əsasən Şəxs 10200 manat məbləğində və ödənilmiş dövlət rüsumunun əvəzində 70 manat olmaqla, cəmi 10270 manat məbləğində pul vəsaitinin tutularaq tələbkar Zərərçəkmiş şəxs verilməsi qərara alınmışdır. xx.xx.2023-cü il tarixdə icra sənədi üzrə onun tərəfindən icraata başlamaq haqqında qərar qəbul edilmiş, icra sənədində göstərilən tələbin 10 gün müddətində könüllü qaydada icra etmək üçün borcluya icraata başlamaq haqqında qərar və bildiriş göndərilmişdir. Bu günə borclunun ödənilməmiş 10270 manat məbləğində borcu vardır. Bu səbəbdən o, qeyd edilən inzibati xəta haqqında protokol tərtib etmişdir. Hazırda o, borclu barəsində qanunvericiliyin tələblərinə uyğun olaraq tədbir görülməsini məhkəmədən xahiş edir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs özünü təqsirli bilməyərək göstərdi ki, həqiqətən də Sabirabad Rayon Məhkəməsinin müvafiq qətnaməsinə əsasən ondan 10270 manat məbləğində pulun tutularaq tələbkar Zərərçəkmiş şəxs verilməsi qərara alınmışdır. O, borcunu ödəməkdən və məhkəmə qərarının icrasından yayınmaq niyyətində deyildir. Sadəcə olaraq gəliri rəsmi iş yerindən əldə etdiyi əmək haqqından ibarətdir. Belə ki o, "xxxx" MMCdə sürücü işləyir və aylıq əmək haqqı 955 manat təşkil edir. İcra məmuru da bu barədə məlumatlı olduğu üçün onun işlədiyi müəssisəyə əmək haqqından 50% tələbkarın xeyrinə tutulması barədə təklif göndərmişdir. Onun başqa gəlir və əmlakı yoxdur. O, heç bir inzibati xəta pozuntusuna yol verməmişdir. Hətta hazırda İcra şöbəsinə dəvət edilib izahatı alındığı zaman da rəsmi iş yerinin olmasını izahatında bildirmişdir. Hesab edir ki, heç bir inzibati xəta törətmədiyi və əməlində inzibati xəta tərkibi olmadığı üçün barəsində olan inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Ona görə də o, müvafiqqərar qəbul edilməsini xahiş edir. İnzibati protokola əlavə olunmuş: Sabirabad Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli 2(056)-1493/2022 saylı icra sənədinin tələbinə əsasən borclu Şəxs cəmi 10270 manat məbləğində pul vəsaitinin tutularaq tələbkar HZərərçəkmiş şəxs verilməsi qərara alınmışdır. xx.xx.2023-cü il tarixli qərarla icraata başlamaq haqqında qərara əsasən, göstərilən icra sənədi üzrə icraata başlanılmış və borcluya könüllü icra üçün 10 günlük müddət verilmişdir. “Elektron icra” portalından edilmiş xx.xx.2023-cü il tarixli borclunun əmlak vəziyyətinin müəyyən edilməsi ilə bağlı doruğların cavabından görünür ki, Şəxs "xxxx" MMC-də sürücü işləyir və aylıq əmək haqqı 955 manat təşkil edir. xx.xx.2023-cü il tarixli tələbin borclunun əmək haqqına yönəldilməsi barədə təklifdən görünür ki, Sabirabad rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli 2(056)-1493/2022 saylı icra vərəqəsi üzrə tələbin hər ay borclu Şəxs əmək haqqısından 50% tutulub Zərərçəkmiş şəxs hesabına köçürülməsi qərara alınmışdır. Məhkəmə izahatları dinləyib, inzibati xəta haqqında protokolu və ona əlavə olunmuş sənədləri araşdıraraq hesab edir ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan fiziki şəxs Şəxs əməlində inzibati xəta tərkibi olmadığından və inzibati xəta hadisəsi olmadığından inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Belə ki, Azərbaycan Respublikasının İXM-nin 528.1-ci maddəsinin dispozisiyasına görə «Məhkəmə və digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurunun qanuni tələblərinin yerinə yetirilməməsi və icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə borclunu müəyyən hərəkətləri etməyə və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə məcbur edən icra sənədinin üzrsüz səbəbdən icra edilməməsi» bu maddədə nəzərdə tutulmuş inzibati xətanın tərkibini yaradır. Məhkəməyə təqdim olunmuş inzibati xəta haqqında iş üzrə materialdan və materiala əlavə edilmiş sənədlərdən isə belə halın mövcud olması görünmür. Əksinə, müəyyən olunan hal ondan ibarətdir ki, icra sənədi üzrə xx.xx.2023-cü il tarixdə icraata başlamaq haqqında qərar qəbul edilmiş, borcluya tələbin könüllü icrası barədə 10 günlük müddət müəyyən edilməklə qərar və bildiriş ünvanlanmış, xx.xx.2023-cü il tarixində “Elektron icra” portalından icra məmuru tərəfindən sorğu edilmiş, sorğu nəticəsində borclunun yanlız rəsmi iş yerinin və əmək haqqısının olması müəyyən edilmiş, xx.xx.2023-cü il tarixində borclunun iş yeri olan "xxxx" MMC-yə təklif ünvalanaraq borclunun əmək haqqından hər ay 50% məbləğində pulun tutularaq tələbkarın hesabına ödənilməsi tələb edilmiş, bundan sonra tələbkar Zərərçəkmiş şəxs xx.xx.2023-cü il tarixində ərizə ilə Sabirabad Rayon İcra və Probasiya şöbəsinə müraciət edərək, onun xeyrinə tutulmalı olan pulun borclunun əmək haqqına yönəldilməsi qaydasında ödənilməsinin onu qane etmədiyini bildirmiş, xx.xx.2023-cü il tarixində borclu Şəxs icra şöbəsinə dəvət edilərək izahatı alınmış, izahatı alınarkən o, rəsmi iş yeri olmasını, 950 manat əmək haqqı əldə etməsini, bundan başqa hər hansı əmlak və gəlirinin olmadığını, borcunun əmək haqqından tutulmasına etirazı olmadığını, başqa qazanc və ya gəliri olmadığı üçün borcunu tam şəkildə ödəmək imkanı olmadığını bildirmiş, həmin tarixdə də borclu barəsində Azərbaycan Respublikasının İXM-nin 528.1ci maddəsi ilə inzibati xəta haqqında protokol tərtib edilərək məhkəməyə müraciət edilmişdir. Göründüyü kimi, icra məmuru borclunun izahatını alarkən tələbin könüllü icrası barədə bildiriş və qərarı hansı tarixdə borclunun əldə etməsini müəyyənləşdirməmiş, könüllü icra müddətinin tamam olmasını, borclunun yaşayış evində olaraq evində tələbin yönəldilə biləcəyi əmlakının olubolmadığını aydınlaşdırmamış, Azərbaycan Respublikasının İXM-nin 528.1-ci maddəsinin tərkib əlamətinin yaranmasının əsaslarının nədə ifadə olunmasını nə protokolda, nə də məhkəmə iclasında əsaslandırmamış, əksinə, icra məmuru icra sənədinin icraatına daxil olduğu zamandan keçən qısa müddət ərzində borclunun rəsmi iş yerinin olmasını sorğu əsasında müəyyən etmiş və təkliflə borclunun iş yerinə müraciət etmiş, tələbkarın icra şöbəsinə xx.xx.2023-cü il tarixində ünvanladığı yazılı ərizənin məzmununa uyğun davranaraq səhəri günü borclunu icra şöbəsinə dəvət edib izahatını almış, borclu əmək haqqından başqa əmlak və gəlirə malik olmadığını, bu səbəbdən borcunu tam şəkildə bağlaya bilmədiyini, əmək haqqısından tutulma aparılmasına etirazının olmadığını bildirsə də borclu barəsində inzibati xəta haqqında protokol tərtib edərək məhkəməyə müraciət etmişdir. Azərbaycan Respublikasının İXM-nin 12.1-ci maddəsinə əsasən bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıq üzündən törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. Həmin Məcəllənin 8.1, 8.2 və 8.3-cü maddələrinə görə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri bu Məcəllə ilə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu, inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə o, təqsiri olmayan hesab edilir. İnzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. İnzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində olan şübhələr onun xeyrinə həll olunur. Həmin normaların tələbləri baxımdan məhkəmə hesab edir ki, hazırki inzibati xəta haqqında protokolda göstərilən hal üzrə inzibati xəta hadisəsi mövcud deyildir. Azərbaycan Respublikasının İXM-nin 53.1.1 və 53.1.2-ci maddələrinə əsasən inzibati xəta hadisəsi olmadıqda və inzibati xəta tərkibi olmadıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanılmış icraata isə xitam verilir. Həmin Məcəllənin 114.2.1-ci maddəsinə əsasən bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulmuş hallardan hər hansı biri olduqda inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərar qəbul edilir. Beləliklə, yuxarıda göstərilən işin hallarını nəzərə alaraq və sadalanan qanunvericilik müddəalarına əsaslanaraq məhkəmə belə qənaətə gəlir ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan fiziki şəxs Şəxs əməlində inzibati xəta tərkibi olmadığından və inzibati xəta hadisəsi olmadığından hazırki inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Göstərilənlərə əsasən, Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 8, 12, 53, 114, 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə R A R A A L D İ: Şəxs barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə başlanmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilsin. Qərardan onun təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Sabirabad Rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər.
Məhkəmə qərarları › İş №3(056)-439/2023
Sabirabad Rayon Məhkəməsi Qərar — İş №3(056)-439/2023
31.03.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver