Məhkəmə qərarları › İş №3(056)-449/2025

Sabirabad Rayon Məhkəməsi Qərardad — İş №3(056)-449/2025

26.02.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Sabirabad rayon İş № 3(056)-449/2025 26.02.2025 SABİRABAD RAYON MƏHKƏMƏSİ Mən, Sabirabad rayon Məhkəməsinin hakimi Nurəddin Abuzər oğlu Bağırov, Şəxs İnzibati Xətalar Məcəlləsinin 529.3-cü maddəsi ilə nəzərdə tutulmuş inzibati xəta törətməsi barədə Sabirabad rayon Polis Şöbəsindən daxil olmuş İXP6552862№-li inzibati xəta haqqında protokola baxaraq MÜƏYYƏN ETDİM: Şəxs İnzibati Xətalar Məcəlləsinin 529.3-cü maddəsi ilə nəzərdə tutulan inzibati xəta törətməsi barədə DİN-in BDYPİ tərəfindən tərtib edilmiş İXP6552862№-li inzibati xəta haqqında Protokol məhkəməyə təqdim edilmişdir. Təqdim olunmuş İXP6552862№-li inzibati xəta haqqında protokoldan görünür ki, Şəxs «VAZ 2106 minik» markalı **-BC-*** dövlət nömrə nişanlı avtomobili idarə edərkən «Yol hərəkəti haqqında» Qanunun tələblərini pozaraq, yol hərəkəti qaydaları əlehinə olan inzibati xətanın törədilməsinə görə qəbul olunmuş EQ21371973 nömrəli inzibati tənbeh vermə haqqında cərimə qərarının qanuni qüvvəyə mindiyi gündən 3 (üç) ay müddətində cəriməni ödəməmişdir. Bu əməlinə görə Şəxs barəsində İnzibati Xətalar Məcəlləsinin (bundan sonra İXM-nın) 529.3-cü maddəsində nəzərdə tutlmuş inzibati xətanın törətməsinə dair İXP6552862№-li inzibati xəta haqqında Protokol tərtib edilərək inzibati xəta haqqında iş üzrə toplanmış materialla birlikdə baxılması üçün məhkəməyə göndərilmişdir. İnzibati xəta haqqında protokolu və ona əlavə edilmiş sənədləri nəzərdən keçirərək hesab edirəm ki, aşağıda göstərilənlərə əsasən Protokol və ona əlavə edilmiş sənədlər onu göndərmiş orqana geri qaytarılmalıdır. İnzibati Xətalar Məcəlləsinin 109.1 və 109.1.6-cı maddələrinə əsasən, protokol və digər materiallar səlahiyyəti olmayan şəxslər tərəfindən tərtib edildikdə, protokol və digər sənədlər düzgün tərtib olunmadıqda, yaxud təqdim edilmiş materiallar natamam olduqda işə baxılarkən tamamlamaq mümkün olmadıqda - inzibati xətalar haqqında protokolun və ya digər sənədlərin onu tərtib etmiş orqana, vəzifəli şəxsə geri qaytarılması barədə məhkəmə qərardad qəbul edir. İnzibati Xətalar Məcəlləsinin 100.1.1, 106.0.3 və 109.1.6-cı maddələrinə əsaslanaraq hesab edirəm ki, İXP6552862№-li inzibati xəta haqqında Protokolun əsasını təşkil edən EQ21371973 nömrəli inzibati tənbeh vermə haqqında Qərar inzibati xəta materiallarına əlavə edilmədiyi üçün və bununla da təqdim edilmiş materiallar natamam olduğu halda, İXP6552862№-li inzibati xəta haqqında Protokol Sabirabad rayon Polis Şöbəsinə geri qaytarılmalıdır. Göstərilənlərə əsasən və İnzibati Xətalar Məcəlləsinin 100, 106 və 109-cu maddələrini rəhbər tutaraq QƏRARA ALDİM: Şəxs İnzibati Xətalar Məcəlləsinin 529.3-cü maddəsi ilə nəzərdə tutulan inzibati xəta törətməsi barədə İXP6552862№-li inzibati xəta haqqında Protokol və ona əlavə edilmiş sənədlər, İXM-nın 100-cü maddəsinin tələblərinə uyğun olmayan natamam formada məhkəməyə təqdim olunduğu üçün onu göndərmiş Sabirabad rayon Polis Şöbəsinə geri qaytarılsın.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar