Azərbaycan Respublikası adından QƏRAR Sabirabad rayon İş № 3(056)-451/2023 31.03.2023 SABİRABAD RAYON MƏHKƏMƏSİ Hakim Allahverdiyev Səlim Məhərrəm oğlunun sədrliyi, Məsləhətçi (məhkəmə iclasının katibi) oğlunun katibliyi, İnzibati xəta haqqında protokolu tərtib etmiş şəxs Sabirabad rayon Polis şöbəsinin sahə rəisi, polis mayoru X1 və barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakları ilə xx.xx.1994-cü ildə Saatlı rayonunda anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, ailəli, Saatlı rayonu Sultanabad kəndində kəndində qeydiyyatda olmaqla həmin kənddə yaşayan Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsi ilə inzibati xəta törətməsinə dair Sabirabad rayon Polis şöbəsindən daxil olmuş inzibati xəta haqqında materiala Sabirabad Rayon Məhkəməsinin inzibati binasında binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: Sabirabad rayon Polis şöbəsindən daxil olmuş inzibati xəta haqqında materiala görə, Şəxs xx.xx.2023-cü il tarixdə Sabirabad rayonu Qalaqayın kəndində YPX inspektorlarının qanuni tələblərinə qəsdən tabeçilik etməmiş və bununla da Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. Barəsində inzibati xəta üzrə icraat aparılan şəxs Şəxs məhkəmə iclasında vermiş olduğu izahatında göstərdi ki, xx.xx.2023-cü il tarixdə atasına məxsus avtomobil ilə ailəsi ilə birlikdə yaşadığı Saatlı rayonu Soltanabad kəndindən Sabirabad rayonuna gələn zaman Sabirabad rayonu Qalaqayın kəndində yol patrul xidməti avtomobilinin onunla üzbəüz gəldiyini sonradan güzgüdən arxaya baxan zaman YPX avtomobilinin onun arxasınca döndüyünü görmüş, o, Qalaqayın kəndinə girərək avtomobilini tanımadığı şəxsin həyətinə salmışdır. Polis əməkdaşları arxasınca gələrək ona yaxınlaşmışlar. Bu zaman aralarında sözlə mübahisə yaranmış, o, polis əməkdaşlarının avtomobilin cərimə meydançasına aparılmalı olması barədə qanuni tələblərinə əməl etməmiş və köməyə gələn PPX əməkdaşlarının köməkliyi ilə onu polis şöbəsinə gətirmişlər. Hazırda o, səhvini başa düşür, polis əməkdaşlarından üzr istəyir və bir də belə səhvlərə yol verməyəcəyinə söz verir. İlk dəfədir ki, inzibati xəta törədir, ailəlidir və himayəsində 2 nəfər azyaşlı uşaqları vardır. Özü zob xəstəliyindən əziyyət çəkir. Gərginləşməsinin bir səbəbi də həmin vaxt ağrılarının olması olmuşdur. Ona görə də o, məhkəmədən barəsində yüngül tənbeh tədbiri tətbiq edilməsini xahiş edir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Zərərçəkmiş şəxs və X2 bildirdilər ki, xx.xx.2023-cü il tarixdə Sabirabad rayonu Qalaqayın kəndi ərazisində xidmətdə olan zaman VAZ 21-154 markalı ** BE *** dövlət qeydiyyat nişanlı avtomobilə sərnişindaşıma qaydalarını pozduğu üçün saxla işarəsi vermişlər. Lakin qeyd olunan avtomobilin sürücüsü saxla işarəsinə əməl etməyərək avtomobili idarə edərək tanımadığı həyətdə saxlamış və avtomobildən düşərək onlarla aqressiv şəkildə danışmağa başlamışdır. Bundan sonra onlar sürücüdən sənədləri tələb etdikdə sürücü onların bu tələbinə də əməl etməyərək avtomobilə əyləşib oradan uzaqlaşmaq istəmiş, onlar əraziyə PPX əməkdaşlarını cəlb edərək sürücünü Polis Şöbəsinə gətirmişlər. Məhkəmə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs və şahidlərin izahatını dinləyib, məhkəmə iclasında tədqiq edilmiş sübutlara qiymət verərək belə nəticəyə gəlir ki, Şəxs xx.xx.2023-cü il tarixdə Sabirabad rayonu Qalaqayın kəndi ərazisində ona saxla işarəsi verən YPXB-nin əməkdaşlarının qanuni tələblərinə qəsdən tabeçilik etməmişdir. Ona görə də onun əməli düzgün tövsif edilmişdir. Belə ki, Azərbaycan Respublikasının İXM-nin 535.1-ci maddəsinə görə polis işçisi və ya hərbi qulluqçu ictimai qaydanın mühafizə vəzifələrini icra edərkən, onların qanuni tələblərinə qəsdən tabe olmamağa görə-fiziki şəxslər iki yüz manat məbləğində cərimə edilir və ya işin halları və pozuntu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət hesab edilmədikdə bir ayadək müddətə inzibati həbs tətbiq olunur. Həmin Məcəllənin 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyəti, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Məhkəmə barəsində iş üzrə icraat aparılan şəxs Şəxs ilk dəfə inzibati xəta törətməsini, əməlindən peşman olmasını, polis əməkdaşından üzrxahlıq etməsini, himayəsində iki azyaşlı uşağının olmasını Azərbaycan Respublikasının İXM-nin 32-ci maddəsinə əsasən cəzanı yüngülləşdirən hallar kimi nəzərə alır. Barəsində iş üzrə icraat aparılan şəxs Şəxs əməlində Azərbaycan Respublikasının İXM-nin 33-cü maddəsində nəzərdə tutulmuş məsuliyyəti ağırlaşdıran hallar müəyyən edilmədi. İnzibati tənbehin məqsədlərindən bəhs edən İXM-nin 21-ci maddəsinə əsasən inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Həmin Məcəllənin 9.1-ci maddəsinə görə inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli, yəni inzibati xətanın xarakterinə, onun törədilməsi hallarına uyğun, qanuni və əsaslı olmalıdır. Məhkəmə İXM-nin 31.2-ci maddəsinin tələbini nəzər alaraq, barəsində iş üzrə icraat aparılan şəxs Şəxs qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə onun tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi ilə maddənin sanksiyasında nəzərdə tutulmuş alternativ tənbeh (cərimə) tənbehi tətbiq edilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 40,43, 48-51, 114, 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsi ilə təqsirli bilinib 200 (iki yüz) manat miqdarında cərimə olunsun. Qərarın icrası Saatlı rayon İcra və Probasiya Şöbəsinə həvalə edilsin. Qərardan təqdim edildiyi vaxtdan 10 gün müddətinə Sabirabad Rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər.
Məhkəmə qərarları › İş №3(056)-451/2023
Sabirabad Rayon Məhkəməsi Qərar — İş №3(056)-451/2023
31.03.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver