Azərbaycan Respublikası adından QƏRAR Sabirabad rayon İş № 3(056)-457/2025 14.02.2025 SABİRABAD RAYON MƏHKƏMƏSİ X3 Bağırovun sədrliyi, Anar Neymət oğlu Qafarovun katibliyi, protokolu tərtib etmiş şəxs - Sabirabad rayon X4 Təhlükəsizlik Bölməsinin sahə rəisi X1, zərərçəkimiş şəxs Zərərçəkmiş şəxs və barəsində inzibati xəta haqqında iş üzrə icraat başlanmış şəxs Şəxs iştirakı ilə, xx.xx.1981-ci il tarixdə anadan olmuş, Sabirabad şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, işləməyən, ünvan 1 ünvanında qeydiyyatda olmaqla yaşayan Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 232-1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xəta törətməsinə dair Sabirabad rayon Polis Şöbəsindən Məhkəməyə daxil olmuş xx.xx.2025-ci il tarixli MN 1961938№-li inzibati xəta haqqında Protokola və əlavə olunmuş sənədlərə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: Şəxs barəsində İnzibati Xətalar Məcəlləsinin 232-1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xəta törətməsinə dair Sabirabad rayon Polis Şöbəsindən Məhkəməyə daxil olmuş xx.xx.2025-ci il tarixli MN 1961938№-li inzibati xəta haqqında protokola və əlavə olunmuş sənədlərə görə barəsində inzibati xəta haqqında iş üzrə icraat başlanmış şəxs Şəxs xx.xx.2025-ci il tarixdə saat 18 radlərində Zərərçəkmiş şəxs məxsus su köynəyi növlü xamutunu sındıraraq Zərərçəkmiş şəxs 4 (dörd) manat ziyan vuraraq, bununla da İnzibati Xətalar Məcəlləsinin (bundan sonra İXM-nin) 232-1-ci maddəsində nəzərdə tutlmuş inzibati xəta törətmişdir. Məhkəmə iclasında iştirak etmiş barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Şəxs ona istinad olunan İXM-nın 232-1-ci maddəsində nəzərdə tutlmuş inzibati xəta əməlini etiraf edib və bir daha bu cür hallara yol verməyəcəyini bildirərək, ona yüngül tənbeh tətbiq edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında inzibati xəta icraatının zərərçəkmiş tərəf qismində dindirilmiş Zərərçəkmiş şəxs xx.xx.2025-ci il tarixdə saat 18 radlərində Eldəniz əmisi Vəlixandan aldığı evin həyətində talvarı ətəyindəki su köynəyinin xamutunu sındırmış və bunlada ona 10 manat maddi ziyan vurmuşdur. 02 fevral 2025-ci tarixli “cinayət işi başlanmasının rədd edilməsi haqqında” qərardan görünür ki, Zərərçəkmiş şəxs 4 manat məbləğində ziyan dəydiyindən cinayət işinin başlanması rədd edilmiş və Şəxs barəsində İnzibati Xətalar Məcəlləsinin 232-1-ci maddəsi ilə inzibati qaydada tədbir görülməsi üçün qərarın surəti Sabirbad RPŞ İTB-yə göndərilməsi qərara alınmışdır. İnzibati xəta haqqında iş üzrə toplanmış materiallara əlavə edilmiş “cinayət işi başlanmasının rədd olunması haqqında” xx.xx.2025-ci il tarixli Qərarda əks olunmuş Dam örtükləri mağazasının müdiri xx.xx.2025-ci il tarixli məktubundan görünür ki, bir ədəd su köynəyinin xamutunun hazırki bazar qiyməti 4 manat müəyyən olunmuşdur. Məhkəmə iclasında tədqiq edilmiş sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam qiymət verərək belə nəticəyə gəlir ki, Şəxs İXM-nin 232-1-ci maddəsində nəzərdə tutlmuş inzibati xəta törətmişdir. İXM-nin 232-1-ci maddəsinə görə özgənin əmlakını qəsdən məhv etməyə və ya zədələməyə görə, bu az miqdarda ziyan vurduqda-inzibati xəta nəticəsində vurulmuş ziyanın bir mislindən iki mislinədək məbləğdə cərimə edilir. Həmin maddənin qeyd hissəsinə əsasən “az miqdar” dedikdə, beş min manatdan yuxarı olmayan məbləğ başa düşülür. Şəxs barəsində başlanmış inzibati xəta haqqında iş üzrə toplanmış materialı araşdırıb hesab edirəm ki, Şəxs İXM-nın 232-1-ci maddəsi ilə nəzərdə tutulan inzibati xəta əməlini törətməsi “cinayət işi başlanmasının rədd olunması haqqında” xx.xx.2025-ci il tarixli Qərarda əks olunmuş işin araşdırılmış halları ilə tam sübuta yetirilmişdir. Odur ki, onun barəsində həmin maddənin sanksiyası həddində ədalətli inzibati tənbeh edilməlidir. Məhkəmə barəsində iş üzrə icraat aparılan şəxs Şəxs əməlində İXM-nin 32-ci maddəsində nəzərdə tutulmuş inzibati xətaya görə məsuliyyəti yüngülləşdirən və həmin Məcəllənin 33-cü maddəsində göstərilən ağırlaşdıran hallar müəyyən etmədi. İnzibati tənbehin məqsədlərindən bəhs edən İXM-nin 21-ci maddəsinə əsasən inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. İXM-nin 9.1-ci maddəsinə görə inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli, yəni inzibati xətanın xarakterinə, onun törədilməsi hallarına uyğun, qanuni və əsaslı olmalıdır. Məhkəmə Şəxs barəsində inzibati tənbeh tədbiq edərkən, İXM-in 31.2-ci maddəsinə müvafiq olaraq xətanın xarakterini, törədilmə şəraitini, inzibati xəta törədən şəxsin şəxsiyyətini, onun təqsirinin dərəcəsini nəzərə almaqla, barəsində təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulmuş həddə cərimə növündə inzbati tənbeh tətbiq edilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 40, 43, 48-51, 114, 128-130-cu maddələrini rəhbər tutaraq QƏRARA ALDİ: Sabirabad rayon Polis Şöbəsindən daxil olmuş xx.xx.2025-ci il tarixli MN 1961938№-li inzibati xəta haqqında protokola əsasən Şəxs İnzibati Xətalar Məcəlləsinin 232-1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xəta törətməkdə təqsirli bilinsin və onun barəsində vurduğu ziyanın iki misli həcmində, yəni 8 (səkkiz) manat məbləğində cərimə növündə inzibati tənbeh tətbiq edilsin. Qərarın icrası Sabirabad rayon İcra və Probasiya Şöbəsinə həvalə edilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində işə baxan Sabirabad Rayon Məhkəməsi vasitəsilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər.
Məhkəmə qərarları › İş №3(056)-457/2025
Sabirabad Rayon Məhkəməsi Qərar — İş №3(056)-457/2025
14.02.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver