Məhkəmə qərarları › İş №3(056)-462/2025

Sabirabad Rayon Məhkəməsi Qərar — İş №3(056)-462/2025

03.03.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Sabirabad rayon İş № 3(056)-462/2025 03.03.2025 SABİRABAD RAYON MƏHKƏMƏSİ X5 Bağırovun sədrliyi, Anar Neymət oğlu Qafarovun katibliyi, 3 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin nümayəndəsi X3, şikayətçi (barəsində inzibati tənbeh tətbiq edilmiş şəxs) X2 iştirakı ilə, barəsində inzibati tənbeh tətbiq edilmiş şəxs X2 3 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin xx.xx.2025-ci il tarixli MN1786397№-li inzibati tənbeh vermə haqqında Qərarından verdiyi şikayət ərizəsinə dair işə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: Eklogiya və Təbii Sərvətlər Nazirliyinin 3 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsi tərəfindən qəbul olunmuş xx.xx.2025-ci il tarixli MN1786397№-li inzibati tənbeh vermə haqqında qərarına əsasən xx.xx.1962-ci il təvəllüdlü X4 xx.xx.2025-ci il tarixdə Sabirabad rayon Suqovuşan kəndində fərdi yaşayış evinin həyətyanı sahəsində formalaşan sənayə və məişət tullantılarını müəyyən olunmayan yerdə toplayaraq antisanitar vəziyyət yaranmasını əsas gətirib, onun İnzibati Xətalar Məcəlləsinin 266.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətaya yol verdiyi üçün, barəsində 700 manat məbləğində cərimə növündə inzibati tənbeh tətbiq edilməsi qərara alınmışdır. X4, onun barəsində qəbul olunmuş inzibati tənbeh vermə haqqında xx.xx.2025-ci il tarixli MN1786397№-li Qərarla razılaşmayıb, həmin qərardan şikayət verərək, qərarın və həmin qərarla tətbiq edilmiş 700 manat cərimə tənbeh növünün ləğv edilməsi, inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi barədə qərar çıxarılmasını xahiş etmişdir. X4 inzibati tənbeh vermə haqqında xx.xx.2025-ci il tarixli MN1786397№-li Qərardan verdiyi şikayəti belə əsaslandırılmışdır ki, xx.xx.2025-ci il tarixdə yaşadığı kənddə həyətində zibil yığışdığı üçün onları küçədə yandırib basdırmaq istəyən zaman 3 saylı Ekologiya və Təbii Sərvətlar İdarəsinin əməkdaşları görüb burdan zibili yığışdırmağını istəmişdirlər. O zibilləri yığışdırıb bu barədə Sabirabad RİHB-nin Kürkəndi kənd İƏD-si üzrə nümayəndəliyinə məlumat vermiş və cavabında ona verilmiş xx.xx.2025-ci il tarixli 5-70-21/2-77/2025 saylı arayışdan görünür ki, M.T.Əliyev həqiqətən Sabirabad rayon Kürkəndi kənd sakini İƏD-si nümayəndəliyinin Suqovuşan kəndində yaşayır və küçəsinə tökdüyü zibili təmizləmişdir. Hazırda görünür ki, inzibati xəta aradan qaldıılmışdır. Lakin, barəsində tərtib edilmiş 3 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin rəisi və sektor müdiri X6 xx.xx.2025-ci il tarixli MN ******* saylı inzibati xəta haqqında qərara əsasən İnzibatı Xətalar Məcəlləsinin 266.1-ci maddəsi ilə təqsirli bilinərək 700 (yeddi yüz) manat məbləğində cərimə edilmişdir. Şikayətə əlavə etdiyi arayışdan göünür ki, inzibati xəta aradan qaldırmışdır. Buna baxmayaraq barəsində əsassız qərar qəbul edərək onun hüquqlarım açıq-aşkara pozulmuşdur. Ona görə də hazırkı şikayət ərizəsi ilə məhkəməyə müraciət etmək qərarına gəlmişdir. İnzibati Xətalar Məcəlləsinin 266.1-ci maddəsinə əsasən Şəhər və digər yaşayış məntəqələri, meşə-park, kurort, müalicəsağlamlıq, turizm və rekreasiya zonalarının ərazisində, su mənbələrinin və mineral bulaqların sanitar mühafizə zonalarında, çatlı çüxurların və sulu təbəqələrin səthə çıxdığı yerlərdə, yaxud içməli su təchizatı və təsərrüfat-məişət ehtiyaclan üçün istifadə olunan yeraltı su obyektlərinin sututar sahələrində və ya faydalı qazıntı yataqlarının olduğu yerlərin çirklənməsinə, yaxud yeraltı işlərin aparılmasına təhlükə yarandığı hallarda faydalı qazıntı laylarının olduğu və yeraltı ışların aparıldığı yerlərdə tullantıların basdırılmasina görə fiziki şəxslər yeddi yüz manatdan min manatadək məbləğdə, vəzifəli şəxslər üç min manatdan dörd min manatadək məbləğdə, hüquqi şəxslər səkkiz min beş yüz manatdan on min manatadək məbləğdə cərimə edilir. Ona görə də hazırkı şikayət ərizəsı ilə məhkəməyə müraciət etmək qərarına gelmişdir. Məhkəmə iclasında iştirak etmiş X4 inzibati tənbeh vermə haqqında xx.xx.2025-ci il tarixli MN1786397№-li Qərardan verdiyi şikayətini müdafiə edib, şikayət ərizəsinə uyğun məzmunda izahat verərək, əlavə olaraq göstərmişdir ki, Sabirabad rayonu Suqovuşan kəndində küçəyə zibil töksə də, lakin xəbərdarlıq olunduqdan sonra zibili təmizləmişdir. Məhkəmə iclasında iştirak etmiş 3 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin nümayəndəsi X7 şikayət ərizəsinə etiraz edərək, şikayətin təmin edilməməsini xahiş etmişdir. Şikayətin dəlillərini araşdırıb və iş materiallarını tədqiq edərək hesab edirəm ki, X2 şikayəti əsassız olduğundan təmin edilməməlidir. 3 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsi tərəfindən qəbul olunmuş xx.xx.2025-ci il tarixli MN1786397№-li inzibati tənbeh vermə haqqında qərardan görünür ki, X2 İnzibati Xətalar Məcəlləsinin 266.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsinə səbəb, onun xx.xx.2025-ci il tarixdə Sabirabad rayon Suqovuşan kəndi ərazisində özünə məxsus fərdi evində formalaşan tullantıları qalaqlamaqla bununla da yaşayış məntəqələri ərazisinin çirklənməsinə yol vermişdir. İnzibati Xətalar Məcəlləsinin 266.1-ci maddəsinə əsasən şəhər və digər yaşayış məntəqələri, meşə-park, kurort, müalicə-sağlamlıq, turizm və rekreasiya zonalarının ərazisində, su mənbələrinin və mineral bulaqların sanitar mühafizə zonalarında, çatlı süxurların və sulu təbəqələrin səthə çıxdığı yerlərdə, yaxud içməli su təchizatı və təsərrüfatməişət ehtiyacları üçün istifadə olunan yeraltı su obyektlərinin sututar sahələrində və ya faydalı qazıntı yataqlarının olduğu yerlərin çirklənməsinə, yaxud yeraltı işlərin aparılmasına təhlükə yarandığı hallarda faydalı qazıntı laylarının olduğu və yeraltı işlərin aparıldığı yerlərdə tullantıların basdırılmasına görə - fiziki şəxslər yeddi yüz manatdan min manatadək məbləğdə, vəzifəli şəxslər üç min manatdan dörd min manatadək məbləğdə, hüquqi şəxslər səkkiz min beş yüz manatdan on min manatadək məbləğdə cərimə edilir. İnzibati Xətalar Məcəlləsinin 266.1-ci maddəsinin dispozisiyasından göründüyü kimi həmin maddə ilə nəzərdə tutulan digər əməllərlə yanaşı həmçinin yaşayış məntəqələri ərazisində yerlərin çirklənməsi həmin maddədə nəzərdə tutulan inzibati xətanın tərkibini yaradır. Beləliklə M.T.Əliyev şikayətində küçəyə zibil töksə də, lakin xəbərdarlıq olunduqdan sonra zibilin təmizləməsi hallarına əsaslanıb, bununla da onun əməllərində İnzibati Xətalar Məcəlləsinin 266.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta tərkibinin olmadığını bildirmişdir. Məhkəmə hesab edir ki, aşağıda istinad olunan qanunvericilik normalarına və işin məhkəmədə araşdırılmış hallarına əsaslanaraq hesab edir ki, şikayətçi M.T.Əliyevin barəsində qəbul edilmiş mübahisələndirdiyi inzibati tənbeh vermə haqqında Qərardan verdiyi şikayətin dəlilləri, xx.xx.2025-ci il tarixli MN1786397 №-li inzibati tənbeh vermə haqqında Qərarın ləğvi üçün əsas ola bilməz. Belə ki, “Tullantılar haqqında” Qanunun 11-ci maddəsinə əsasən tullantıların yerləşdirilməsi (saxlanılması və ya basdırılması üzrə həyata keçirilən fəaliyyət) müvafiq icra hakimiyyəti orqanlarının icazəsi əsasında və normativ aktlarda müəyyən edilən tələblərə uyğun həyata keçirilir. Həmin Qanunun 12-ci maddəsinə əsasən zərərsizləşdirmək məqsədilə məişət tullantıları tutumlara (urnalara) atılmalıdır. Bu tullantıların tutumlardan (urnalardan) kənar yerlərə atılması və ya basdırılması qadağandır. Şəhərlərin və digər yaşayış məntəqələrinin ərazisi müntəzəm olaraq məişət tullantılarından təmizlənməlidir. İnzibati Xətalar Məcəlləsinin 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir. Həmin Məcəllənin 6.1-ci maddəsinə əsasən inzibati xətalara görə inzibati tənbeh bu Məcəlləyə uyğun olaraq tətbiq edilir. Məhkəmə hesab edir ki, 3 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsi tərəfindən qəbul olunmuş xx.xx.2025-ci il tarixli MN1786397№-li inzibati tənbeh vermə haqqında Qərar qanuni və əsaslı olduğundan, X2 həmin qərarın ləğv edilməsinə dair şikayəti əsassızdır və təmin edilməməlidir. Göstərilənlərə əsasən və İnzibati Xətalar Məcəlləsinin 40, 43, 48-51, 53, 75, 84, 105, 114, 128-130-cu maddələrini rəhbər tutaraq QƏRARA ALDİ: 3 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsi tərəfindən qəbul olunmuş xx.xx.2025-ci il tarixli MN1786397№-li inzibati tənbeh vermə haqqında X1 şikayəti təmin edilməsin. Qərar rəsmi qaydada təqdim edildiyi gündən 10 (on) gün müddətində Sabirabad Rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Şirvan Apellyasiya Məhkəməsinə şikayət verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar