Azərbaycan Respublikası adından QƏRARDAD Sabirabad rayon İş № 3(056)-463/2025 18.02.2025 SABİRABAD RAYON MƏHKƏMƏSİ Mən, Sabirabad rayon Məhkəməsinin hakimi Nurəddin Abuzər oğlu Bağırov, Şəxs İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsi ilə nəzərdə tutulmuş inzibati xəta törətməsi barədə Sabirabad rayon Polis Şöbəsindən daxil olmuş inzibati xəta haqqında protokola baxaraq MÜƏYYƏN ETDİM: Şəxs İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsi ilə nəzərdə tutulan inzibati xəta törətməsi barədə Sabirabad rayon Polis Şöbəsi tərəfindən tərtib edilmiş MN1961965№-li inzibati xəta haqqında Protokol məhkəməyə təqdim edilmişdir. Təqdim olunmuş MN1961965№-li inzibati xəta haqqında Protokola görə Şəxs xx.xx.2025ci il tarixdə saat 18:00-da yaşadığı evdə həyat yoldaşı Zərərçəkmiş şəxs, qızı K.Şəxsa və oğlu H.Şəxs ilə mübahisə edərək uca səslə nalayiq ifadələr işlədərək onları təhqir etmişdir. Bu əməlinə görə Şəxs barəsində İnzibati Xətalar Məcəlləsinin (bundan sonra İXM-nın) 510-cu maddəsində nəzərdə tutlmuş inzibati xətanın törətməsinə dair MN1961965№-li inzibati xəta haqqında Protokol tərtib edilərək inzibati xəta haqqında iş üzrə toplanmış materialla birlikdə baxılması üçün məhkəməyə göndərilmişdir. İnzibati Xətalar Məcəlləsinin 106-cı maddəsinin tələblərinə görə inzibati xəta haqqında işin baxılmağa hazırlanması zamanı hakim həmin maddədə nəzərdə tutulan əsasları, o cümlədən də inzibati xəta haqqında protokolun və işin digər materiallarının bu Məcəllənin tələblərinə müvafiq olaraq tərtib edilməsi (maddə 106.0.3) məsələlərinə də baxır. İnzibati xəta haqqında protokolu və ona əlavə edilmiş sənədləri nəzərdən keçirərək hesab edirəm ki, aşağıda göstərilənlərə əsasən Protokol və ona əlavə edilmiş sənədlər onu göndərmiş orqana geri qaytarılmalıdır. Belə ki, MN1961965№-li inzibati xəta haqqında Protokoldan görünür ki, Protokol tərtib edilərkən zərərçəkmiş şəxslər və onların ünvanı göstərilməmişdir. İnzibati Xətalar Məcəlləsinin 100.1.6-cı maddəsinə əsasən, olduğu halda, şahidlərin və zərər çəkmiş şəxslərin adı, atasının adı, soyadı və onların yaşadığı yerin ünvanı göstərilməlidir. İnzibati Xətalar Məcəlləsinin 109.1 və 109.1.6-cı maddələrinə əsasən, protokol və digər materiallar səlahiyyəti olmayan şəxslər tərəfindən tərtib edildikdə, protokol və digər sənədlər düzgün tərtib olunmadıqda, yaxud təqdim edilmiş materiallar natamam olduqda işə baxılarkən tamamlamaq mümkün olmadıqda - inzibati xətalar haqqında protokolun və ya digər sənədlərin onu tərtib etmiş orqana, vəzifəli şəxsə geri qaytarılması barədə məhkəmə qərardad qəbul edir. İnzibati Xətalar Məcəlləsinin 100.1.6, 106.0.3 və 109.1.6-cı maddələrinə əsaslanaraq hesab edirəm ki, MN1961965№-li inzibati xəta haqqında Protokol tərtib edilərkən, zərər çəkmiş şəxslərin adı, atasının adı, soyadı və onların yaşadığı yerin ünvanı göstərilmədiyi üçün, Protokol onu tərtib etmiş Sabirabad rayon Polis Şöbəsinə geri qaytarılmalıdır. Göstərilənlərə əsasən və İnzibati Xətalar Məcəlləsinin 100, 106 və 109-cu maddələrini rəhbər tutaraq QƏRARA ALDİM: Şəxs İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsi ilə nəzərdə tutulan inzibati xəta törətməsi barədə MN1961965№-li inzibati xəta haqqında Protokol və ona əlavə edilmiş sənədlər, İXM-nın 100-cü maddəsinin tələblərinə uyğun olmayan natamam formada məhkəməyə təqdim olunduğu üçün onu göndərmiş Sabirabad rayon Polis Şöbəsinə geri qaytarılsın.
Məhkəmə qərarları › İş №3(056)-463/2025
Sabirabad Rayon Məhkəməsi Qərardad — İş №3(056)-463/2025
18.02.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver