Azərbaycan Respublikası adından QƏRAR Sabirabad rayon İş № 3(056)-468/2025 03.03.2025 SABİRABAD RAYON MƏHKƏMƏSİ X5 Bağırovun sədrliyi, Anar Neymət oğlu Qafarovun katibliyi iştirakı ilə, X3 DİN BDYPİ-nin Mərkəzi Məlumat Xidmətinin rəisi polis polkovnik-leytenantı Elvin Abduləlizadə tərəfindən qəbul olunmuş xx.xx.2025-ci il tarixli EQ 25534342 nömrəli inzibati tənbeh vermə haqqında Elektron Qərardan verdiyi şikayətə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: DİN BDYPİ-nin Mərkəzi Məlumat Xidmətinin rəisi polis polkovnik-leytenantı Elvin Abduləlizadə tərəfindən qəbul olunmuş xx.xx.2025-ci il tarixli EQ 25534342 nömrəli inzibati tənbeh vermə haqqında Elektron Qərara əsasən xx.xx.1970-ci il təvəllüdlü X2 Xətalar Məcəlləsinin 353.2-ci maddəsində ( iriqabaritli və ya ağırçəkili nəqliyyat vasitələrinin icazə verilən çəki və yüklə birlikdə oxa düşən kütlə parametrlərini aşması) nəzərdə tutulmuş inzibati xətanı törətdiyinə görə, onun barəsində 600 manat məbləğində cərimə növündə inzibati tənbeh tətbiq edilməsi qərara alınmışdır. X6 barəsində qəbul olunmuş inzibati tənbeh vermə haqqında xx.xx.2025-ci il tarixli EQ 25534342 nömrəli inzibati tənbeh vermə haqqında Elektron Qərarla razılaşmayıb, həmin qərardan şikayət verərək, qərarın və həmin qərarla tətbiq edilmiş 600 manat cərimə tənbeh növünün ləğv edilməsi, inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi barədə qərar çıxarılmasını xahiş etmişdir. X6 barəsində qəbul olunmuş xx.xx.2025-ci il tarixli EQ 25534342 nömrəli inzibati tənbeh vermə haqqında Elektron Qərardan verdiyi şikayəti belə əsaslandırılmışdır ki, DİN-in BDYPİnin xx.xx.2025-ci il tarixli EQ25534342 saylı inzibati tənbeh vermə haqqında qərarı ilə ona qanunsuz və əsassız olaraq, İnzibati Xətalar Məcəlləsinin 353.2-ci maddəsi ilə 600 manat məbləğində cərimə edilmişdir. Əsas kimi isə xx.xx.2025-ci il tarixli EQ25534342 saylı protokol və inzibati xəta haqqında işin digər materialları götürülmüşdür. Tərtib olunan protokola inzibati xəta haqqında işin digər materiallarına görə xx.xx.2025-ci il tarixdə 21:43-də M-1 65.1 km, Xızı rayonu, Giləzi kəndi Bakı istiqamətində MAN TGX 18.440 Yük markalı 77JN293 dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsini idarə edərkən iri qabaritli və ya ağırçəkili nəqliyyat vasitələrinin icazə verilən çəki və yüklə birlikdə oxa düşən kütlə parametrlərini aşmaqla ümumi istifadədə olan avtomobil yollarında idarə edilməsi nəticəsində İXP-nın 353.2-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətdiyi üçün barəsində 600 manat məbləğində cərimə növündə tənbeh tətbiq edilmişdir. Bildirir ki, yazılmış cərimə əsassızdır. Belə ki ərizəyə əlavə etdiyi sənəddən də görsəndiyi kimi avtomobili yüklədiyi ərazidən 40 ton 820 kq, çəki ilə xx.xx.2025-ci il tarixdə saat 19:52 radələrində ərazidən çıxmışdır. Yükü boşaltdığı əraziyə isə 41 ton 360 kq, çəki ilə xx.xx.2025-ci il tarixində saat 23:39 radələrində çatmışdır. Kamera görüntülərində limit 40 ton qeyd edilmiş, idarə etdiyi avtomobilin yükü isə 42 ton 660 kq kimi qeyd edilmişdir. İdarə etdiyi yük avtomobili hərəkətdə olan zaman saxlanılmamış və yük avtomobillər üçün nəzərdə tutulmuş tərəziyə çıxarılmamışdır. Əsassız olaraq ona belə cərimə tətbiq edilmişdir. Bu səbəbdən hesab edir ki, qərar ləğv edilməli və əsassız olaraq yazılmış cərimə silinməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasının yeri və vaxtı barədə lazımı qaydada məlumatlandırılmasına baxmayaraq, şikayətçi X6 və DİN BDYPİ-nin nümayyəndəsi məhkəmədə iştirak etməmişlər. Məhkəmə İnzibati Xətalar Məcəlləsinin 133.2.4-cü maddəsinə əsaslanaraq, şikayətə həmin şəxslərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Şikayətin dəlillərini araşdırıb və inzibati xəta haqqında işin materiallarını tədqiq edərək məhkəmə hesab edir ki, şikayətçi X3 şikayəti əsassız olduğu üçün təmin edilməməlidir. Belə ki, Y.A.Həsənov barəsində qəbul olunmuş xx.xx.2025-ci il tarixli EQ 25534342 nömrəli inzibati tənbeh vermə haqqında Elektron Qərardan görünür ki, İXM-nın 353.2-ci maddəsi ilə təqsirli bilinərək barəsində 600 manat məbləğində cərimə növündə inzibati tənbeh tətbiq edilməsi üçün əsas kimi Y.A.Həsənovun xx.xx.2025-ci il tarixdə saat 21:43 radələrində idarə etdiyi **-JN-*** dövlət qeydiyyat nişanlı “MAN TGS 18.440 YÜK” markalı nəqliyyat vasitəsi ilə hərəkətdə olarkən Xızı rayonu, Giləzi kəndi, Bakı istiqaməti 65.1-ci km. hissəsində iriqabaritli və ya ağırçəkili nəqliyyat vasitələrinin icazə verilən çəki və yüklə birlikdə oxa düşən kütlə parametrlərini aşmaqla (icazə verilən ümumi kütlə və ya oxa düşən yükün kütləsi üzrə 5 faiz və daha artıq) ümumi istifadədə olan avtomobil yollarında idarə edilməsini pozmuşdur. İnzibati Xətalar Məcəlləsinin 353.2-ci maddəsinin dispozisiyasına görə iriqabaritli və ya ağırçəkili nəqliyyat vasitələrinin icazə verilən çəki və yüklə birlikdə oxa düşən kütlə parametrlərini aşmaqla ümumi istifadədə olan avtomobil yollarında idarə edilməsi həmin maddədə nəzərdə tutulan inzibati xətanın tərkibini yaradır. Göründüyü kimi qeyd edilən İXM-nın 353.2-ci maddəsi ilə iriqabaritli və ya ağırçəkili nəqliyyat vasitələrinin icazə verilən çəki və yüklə birlikdə oxa düşən kütlə parametrlərini aşmaqla ümumi istifadədə olan avtomobil yollarında idarə edilməsinə görə - fiziki şəxslər altı yüz manat məbləğində cərimə edilir. İnzibati Xətalar Məcəlləsinin 6.1-ci maddəsinə əsasən inzibati xətalara görə inzibati tənbeh bu Məcəlləyə uyğun olaraq tətbiq edilir. Həmin Məcəllənin 6.2-cı maddəsinə əsasən inzibati xətalar haqqında işlər üzrə icraatın təmin edilməsi tədbirləri tətbiq edilərkən qanun vericiliyin tələblərinə əməl olunması yuxarı orqanların və vəzifəli şəxslərin idarə nəzarəti ilə, məhkəmə və prokuror nəzarəti ilə və şikayət etmək hüququ ilə təmin edilir. Həmin Məcəllənin 9.1-ci maddəsinə əsasən inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına uyğun, qanuni və əsaslı olmalıdır. Məhkəmə hesab edir ki, Y.A.Həsənov xx.xx.2025-ci il tarixdə saat 21:43 radələrində idarə etdiyi **-JN-*** dövlət qeydiyyat nişanlı “MAN TGS 18.440 YÜK” markalı avtomobilini icazə verilən çəki və yüklə birlikdə oxa düşən kütlə parametrlərini aşmaqla ümumi istifadədə olan avtomobil yollarında idarə etdiyi üçün, DİN BDYPİ-nin Mərkəzi Məlumat Xidmətinin rəisi polis polkovnik-leytenantı Elvin Abduləlizadə haqlı olaraq xx.xx.2025-ci il tarixli EQ 25534342 nömrəli inzibati tənbeh vermə haqqında Elektron Qərar qəbul etmiş və həmin qərar qanuni və əsaslı olduğundan, qərarın ləğv edilməsinə dair şikayət əsassızdır və təmin edilməməlidir. Göstərilənlərə əsaslanaraq və İnzibati Xətalar Məcəlləsinin 128-137-ci maddələrini rəhbər tutaraq QƏRARA ALDİ: DİN BDYPİ-nin Mərkəzi Məlumat Xidmətinin rəisi polis polkovnik-leytenantı Elvin Abduləlizadə tərəfindən qəbul olunmuş xx.xx.2025-ci il tarixli EQ 25534342 nömrəli inzibati tənbeh vermə haqqında Elektron X1 verdiyi şikayət əsassız olduğu üçün təmin edilməsin. Qərar rəsmi qaydada təqdim edildiyi gündən 10 (on) gün müddətində Sabirabad Rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Şirvan Apellyasiya Məhkəməsinə şikayət verilə bilər.
Məhkəmə qərarları › İş №3(056)-468/2025
Sabirabad Rayon Məhkəməsi Qərar — İş №3(056)-468/2025
03.03.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver