Azərbaycan Respublikası adından QƏRAR Sabirabad rayon İş № 3(056)-483/2025 18.04.2025 SABİRABAD RAYON MƏHKƏMƏSİ Hakim Allahverdiyev Səlim Məhərrəm oğlu X3 oğlunun katibliyi, Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi 3 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin nümayəndəsi X2, Azərbaycan Dövlət Su X1 Su Meliorasiya Xidməti Publik Hüquqi şəxs X8 Sistemlərinin İstismarı İdarəsinin nümayəndəsi X5, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakı ilə, xx.xx.1972-ci il tarixdə Sabirabad şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, fərdi sahibkar, Sabirabad şəhəri, İ.Qayıbov küçəsi döngə 1, ev 3də qeydiyyatda olmaqla yaşayan Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 262.2.3-cü maddəsi ilə nəzərdə tutulmuş inzibati xəta əməlini törətməsinə dair Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi 3 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsindən daxil olmuş inzibati xəta haqqında xx.xx.2024-cü il tarixli MN2094635 №-li Protokola və inzibati xəta haqqında iş üzrə toplanmış materiala Sabirabad Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi 3 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin baş məsələhətçi müfəttişi X6 tərəfindən tərtib edilmiş xx.xx.2024-cü il tarixli MN 2094635№-li inzibati xəta haqqında Protokola və inzibati xəta haqqında iş üzrə toplanmış materiala görə Sabirabad şəhəri, H.Əliyev prospektində fəaliyyət göstərən «X14»nin fəaliyyəti zamanı formalaşan maye tullantıların ətraf mühitə axıdılması ilə Su Məcəlləsinin 103-cü maddəsinin tələbləri pozulmuşdur. Bu əmələ görə onun barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin (bundan sonra İXM-nın) 262.2.3-cü maddəsində nəzərdə tutlmuş inzibati xəta törətməsinə dair xx.xx.2024-cü il tarixli MN 2094635№-li inzibati xəta haqqında Protokol tərtib edilərək baxılması üçün məhkəməyə göndərilmişdir. Məhkəmə iclasında iştirak etmiş barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs ona istinad olunan İXM-nın 262.2.3-cü maddəsində nəzərdə tutlmuş inzibati xəta əməlində özünü təqsirli bilməyərək, izahatında bildirmişdir ki, ünvan 1 ünvanında yaşayan X4 adından Ekologiya Nazirliyinə daxil olmuş xx.xx.2024-cü il tarixli “H.Əliyev prospektində fəaliyyət göstərən «X14»nin fəaliyyəti zamanı hamam və digər çirkab suların üfunəti ətrafı bürüyür, bu infeksiya xəstəliklərə şərait yaradır” məzmunlu şikayəti ilə bağlı qeyd edir ki, ətrafa axıdılan suyun sızaraq yerin üst qatına çıxması, nəticədə çirkab su yığıntısına çevrilməsinə görə «X14» deyil, "xxxx" ASC-nin “Milli Su Təchizatı və Kanalizasiya Xidmətləri Layihəsi” müəssisəsi məsuliyyət daşıyır. Belə ki, kanalizasiya sistemi adını çəkdiyi qurum tərəfindən təmin olunur. Həmin kanalizasıya xətti yalnız «X15»ə deyil, həmin ətrafda yaşayan çoxsaylı qonşu yaşayış evlərinə xidmət edir. Hansı səbəbdən və necə müəyyən edilmişdir ki axan kanalizasiya çirkab suları yalnız onlara məxsusdur. Bu ümumilikdə kanalizasiya sisteminin problemidir. Onlar da digər istifadəçilər kimi ümumi qapalı kanalizasiya sisteminə qoşulmuşlar, xidmət müqavilələri vardır və həmin müqavilə üzrə aylıq ödənişləri həyata keçirirlər. Açıq məkana kanalizasıya suyu buraxmırlar. Belə olan halda o, məsuliyyət daşımır. Hesab edir ki, onun əməlində inzibati xəta tərkibi olmadığı üçün barəsində aparılan inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Məhkəmə iclası zamanı mütəxəssis qismində izahat verən Azərbaycan Dövlət Su X1 Su Meliorasiya Xidməti Publik Hüquqi şəxs X8 Sistemlərinin İstismarı İdarəsinin nümayəndəsi X9 göstərmişdir ki, «X14» çirkab su xəttini Sabirabad şəhəri H.Əliyev prospekti, dalan 3 ünvanında keçən əhalinin ümumi istifadəsində olan 100 mm-lik çirkab su xəttinə birləşdirmişdir. Həmin xətt ümumi istifadə olan xəttdir. Orada olan hadisəni hər hansı şəxsin üzərinə atmaq olmaz. Ona görə də baxış keçirilərkən çirkab sularının ətraf mühitəı axmasının təqsirkarı olaraq «X14» müəyyən edilməmişdir. Məhkəmə iclası zamanıAzərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi 3 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin nümayəndəsi X7 izahat verərək inzibati xəta hadisəsinin «X14» hər hansı hərəkətində baş vermədiyi mütəxəssisin rəyi və izahatından görünür. Bundan əlavə xəttin onların balansında olmasını da qeyd edir. Belə olan halda hazırda inzibati xətanı törədən şəxsin dəyişdiyini nəzərə alıb iş üzrə icraata xitam verilməsini xahiş edir. Beləliklə, məhkəmə araşdırılması zamanı müəyyən olunmuşdur ki, ətrafa saçılan kanalizasiya suyunun və üfunətin «X14»dən qaynaqlanmasına dair sübutlar məhkəməyə təqdim olunmamış, əksinə əldə edilmiş mütəxəssi rəyi ilə bu fakt inkar olunmuşdur. Məhkəmə izahatları dinləyib və inzibati xəta haqqında iş üzrə toplanmış materialı araşdıraraq hesab edir ki, hazırkı iş üzrə barəsində inzibati xəta haqqında icraat aparılan «X14»nin vəzifəli şəxsi Şəxs ətraf mühiti çirkləndirməsinə yönəlmiş hərəkətləri sübuta yetmədiyindən və onun əməlində inzibati xəta tərkibi mövcud olmadığından iş üzrə icraata xitam verilməlidir. Belə ki, inzibati xətanın tərkibi hüquqla müəyyən edilmiş inzibati xətanın obyektivdən, obyektiv cəhətindən, subyektindən və subyektiv cəhətindən ibarət elementlər məcmusudur. İnzibati xətanın obyektiv cəhəti tördilən (törədilmiş) inzibati xətanın xarici görünüşü və ya inzibati hüquq normaları ilə nəzərdə tutulan və inzibati xətanın xarici görünüşünü xarakterizə edən elementlər sistemidir. Bu elementlərin hər hansı birinin olmaması inzibati xətanın mövcudluğunu istisna edir. Şəxs istinad olunan İXM-nin 262.2.3-cü maddələrində nəzərdə tutulan inzibati xəta subyektiv cəhətdən düzünə qəsdlə, obyektiv cəhətdən fəal hərəkətlərdə olunmalıdır. Lakin hazırkı iş üzrə «X14»nin vəzifəli şəxsi Şəxs tərəfindən xx.xx.2024-cü il tarixdə içməli məişət, texniki və tullantı sularının kənara (çöllərə, küçələrə, rabitə və enerji kommunikasiya şəbəkələrinə) təyinatsız axıdılmasına yol verməsi halı müəyyən edilməmişdir. Məhkəmə iş üzrə təqdim olunmuş subutları bir-biri ilə müqayisəli şəkildə təhlil etməklə hər bir sübutu öz mənbəyinə və mənsubiyyətinə görə qiymətləndirməklə, barəsində inzibati icraat aparılan şəxsin izahatını işin faktiki hallarına uyğun gəldiyinə görə mötəbər hesab edir. İXM-nin 12.1-ci maddəsinə əsasən bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıq üzündən törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. İXM-nin 8.1, 8.2 və 8.3-cü maddələrinə görə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri bu Məcəllə ilə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu, inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə o, təqsiri olmayan hesab edilir. İnzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. İnzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində olan şübhələr onun xeyrinə həll olunur. İXM-nın 114.2.1-ci maddəsinə əsasən bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulmuş hallardan hər hansı biri olduqda inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi barədə qərar qəbul edilir. İXM-nin 53.2-ci maddəsinə əsasən şəxsin barəsində başlanmış inzibati xətalar haqqında işlər üzrə icraata, həmçinin onun inzibati xəta törətməsinə aidiyyəti olmadıqda və ya təqsirliliyi sübuta yetmədikdə başlanılmış icraata xitam verilir. Odur ki, məhkəmə hesab edir ki, Şəxs əməlində İXM-nın 262.2.3-cü maddəsi ilə nəzərdə tutulmuş inzibati xəta tərkibinin olması müəyyən edilmədiyindən həmin maddə ilə o, inzibati məsuliyyətdən azad olunmalı və qeyd olunan maddə ilə onun təqsirləndirilməsinə dair inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Göstərilənlərə əsasən və İnzibati Xətalar Məcəlləsinin 31, 40, 43, 48-51, 53, 114, 128-130cu maddələrini rəhbər tutaraq QƏRARA ALDİM: Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi 3 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsindən daxil olmuş xx.xx.2024-cü il tarixli MN2094635№-li inzibati xəta haqqında Protokola əsasən Şəxs Azərbaycan Respublikası İXM-nın 262.2.3-cü maddəsi ilə nəzərdə tutulmuş inzibati xəta törətməsi sübuta yetmədiyindən və onun əməlində həmin maddənin tərkibi olmadığından həmin maddə ilə o, inzibati məsuliyyətdən azad olunsun və qeyd olunan maddə ilə onun təqsirləndirilməsinə dair aparılan inzibati xəta haqqında iş üzrə icraata xitam verilsin. Qərardan, surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Sabirabad Rayon Məhkəməsi vasitəsilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayət və ya protest verilə bilər.
Məhkəmə qərarları › İş №3(056)-483/2025
Sabirabad Rayon Məhkəməsi Qərar — İş №3(056)-483/2025
18.04.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver