Məhkəmə qərarları › İş №3(056)-488/2025

Sabirabad Rayon Məhkəməsi Qərar — İş №3(056)-488/2025

24.02.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Sabirabad rayon İş № 3(056)-488/2025 24.02.2025 SABİRABAD RAYON MƏHKƏMƏSİ Hakim Allahverdiyev Səlim Məhərrəm oğlunun sədrliyi, X2 oğlunun katibliyi, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan fiziki şəxs Şəxs iştirakları ilə, xx.xx.1982-ci ildə Göygöl rayonunda anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, ailəli, taksi fəaliyyəti ilə məşğul olan, Sabirabad şəhəri, Vidadi küçəsi 98 də qeydiyyatda olan, Bakı şəhəri, X14 7, mənzil 65 və yaşayan Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə Sabirabad rayon İcra və Probasiya şöbəsindən daxil olmuş inzibati xəta haqqında materiala baxaraq, məhkəmə M ü ə y y ə n e t d i: Sabirabad Rayon İcra və Probasiya Şöbəsinin icra məmuru X3 tərtib etdiyi inzibati xəta haqqında protokola görə Əliyev X7 Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli 2(001)-6988/2021 saylı icra vərəsi üzrə tələbi üzrsüz səbəbdən icra etməyərək icra məmurunun qanuni tələbini yerinə yetirməmişdir. Sabirabad Rayon İcra və Probasiya Şöbəsinin icra məmuru X8 təqdimatı onunla əsaslandırmışdır ki, Binəqədi Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli 2(001)- 6988/2021 saylı icra vərəqəsinə əsasən, borclu Şəxs xx.xx.2021-ci il tarixdən başlayaraq tərəfindən birgə nikahlarından doğulmuş xx.xx.2021-ci il təvəllüdlü X4 21 oktyabr 2008-ci il təvəllüdlü X6 və 03 yanvar 2015-ci il təvəllüdlü X1 yetkinlik yaşına çatana qədər saxlanmaları üçün hər ay hər uşaq üçün 150 (bir yüz əlli) manat olmaqla, cəmi 450 (dörd yüz əlli) manat sabit pul məbləğində aliment tutularaq X5 ödənilməsi müəyyən edilmişdir. Borclu Şəxs heç bir üzrlü səbəb gətirmədən icra məmurunun qanuni tələbini, yəni məhkəmə qərarının tam icrası ilə bağlı tələbini yerinə yetirmir. Onun bu günə 3800 manat aliment borcu yaranmışdır. Beləliklə, Şəxs icra sənədinin icrasını vaxtında və tam təmin etmək barədə icra məmurunun qanuni tələbinə əməl etməmiş, ona görə də hazırki protokol tərtib edilərək məhkəməyə müraciət edilmişdir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs məhkəmə iclası zamanı izahat verərək bildirdi ki, o, məhkəmə qərarları əsasında ödəməli olduğu alimenti ödəməkdən yayınmaq və icra məmurunun qanuni tələbi yerinə yetirməmək niyyətində deyildir. Belə ki, o, işlədiyi müddətlərdə alimenti ödəmişdir. Özü həqiqi hərbi xidmətdə olan zaman ağır texnikanı ön xəttə daşıyanda belindən zədə almış, hazırda da ilin soyuq aylarında bel ağrısından əziyyət çəkməkdədir. Bel ağrıları tutduğu zaman o, tərpənə bilməməklə yatağa məhkum olur. Ağrılarını yalnız reseptlə verilən dərmanlarla sakitləşdirə bilir. İndi məhkəməyə də çətinliklə yeriyib gələ bilmişdir. Yaranmış borcu da əsasən onun pandemiya dövrünü və yatağa məhkum olduğu dövrü əhatə edir. Özü fərdi qaydada taksi sürücüsü işləməklə hazırki ailəsinin və özünün tələbatlarını qarşılayır, həm də aliment ödəyir. Hazırda soyuq aylar olduğu üçün işləmək imkanında deyildir. Yaranmış borcunu da havalar isindikcə mart ayında başlayaraq may-iyun aylarına qədər işləyib tam ödəyəcəkdir. O. bu barədə icra məmuruna bildirmiş, ona borcunu bağlamaq üçün müddət verilməsini xahiş etmişdir. Bu barədə o, tələbkarla da danışıb razılaşmışdı. Sadəcə olaraq tələbkar onun yenidən faktiki ailə həyatı qurduğunu eşidəndən sonra yaranmış borcun qısa müddətdə ödənilməsində israr etməyə başlamışdır. Halbuki o, ailə qurmağa məcbur olmuşdir. Çünki ağrıları tutub yatağa məhkum olduğu zamanda onun qulluğa ehtiyacı vardır. Onun axtarışa verilməsini bilməmişdir. Bu gün o, rayona anasının il mərasiminə görə gəlmiş, polislər onu oradan İcra və probasiya şöbəsinə aparmışlar. Orada da məhkəməyə getməli olduqları bildirilmiş və bu formada məhkəməyə gəlmişdir. Hazırda ayaq üstə dayanmaqda çətinlik çəkir. Əgər həbs edilərsə onun sağlamlıq vəziyyəti daha da ağırlaşacaqdır. Göstərdiyi xüsusatların nəzərə alınaraq məhkəmədən ona köməkli göstərilməsini xahiş edir. Məhkəmə izahatı dinləyib, inzibati xəta haqqında MN № ******* saylı protokolu və ona əlavə edilmiş sənədləri araşdıraraq hesab edir ki, Şəxs əməlində Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsinin tərkibi vardır və o, həmin maddə ilə təqsirli bilinərək barəsində inzibati tənbeh tətbiq edilməlidir. Azərbaycan Respublikasının İXM-nin 528.1-ci maddəsinə görə məhkəmə və ya digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurunun qanuni tələblərinin yerinə yetirilməməsinə və ya icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə borclunu müəyyən hərəkətləri etməyə və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə məcbur edən icra sənədinin üzrsüz səbəbdən icra edilməməsinə görə-fiziki şəxslər beş yüz manatdan min manatadək məbləğdə cərimə edilir və ya işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bir ayadək müddətə inzibati həbs tətbiq olunur, vəzifəli şəxslər min iki yüz manatdan iki min beş yüz manatadək məbləğdə, hüquqi şəxslər üç min manatdan beş min manatadək məbləğdə cərimə edilir. Həmin Məcəllənin 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakretizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Məhkəmə Şəxs sağlamlıq vəziyyətini İXM-nin 32-ci maddəsinə əsasən məsuliyyəti yüngülləşdirən hal kimi nəzərə alır. Şəxs əməlində İXM-nin 33-cü maddəsində göstərilən məsuliyyəti ağırlaşdıran hallar müəyyən edilmədi. İnzibati tənbehin məqsədlərindən bəhs edən İXM-nin 21-ci maddəsinə əsasən inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Həmin Məcəllənin 9.1-ci maddəsinə görə inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli, yəni inzibati xətanın xarakterinə, onun törədilməsi hallarına uyğun, qanuni və əsaslı olmalıdır. Məhkəmə Şəxs barəsində inzibati tənbeh tədbiq edərkən, Azərbaycan Respublikasının İXM-in 31.2-ci maddəsinə müvafiq olaraq xətanın xarakterini, törədilmə şəraitini, inzibati xəta törədən şəxsin şəxsiyyətini, onun təqsirinin dərəcəsini, işin yuxarıda göstərilən hallarını, xüsusən də ağalmlıq vəziyyətini nəzərə alaraq hesab edir ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsə inzibati həbs növündə tənbeh tədbiri tətbiq edilməsi məqsədəmüvafiq deyildir. Belə ki, əgər o, inzibati qaydada həbs edilərsə yenidən uzun müddət işləmək imkanında məhrum olacaqdır ki, bu fonda alimentin ödənilməməsi davam etməklə yaranmış borc məbləği də artacaqdır. Odur ki, onun barəsində ona istinad olan maddənin sanksiyasında həddində inzibati cərimə tənbeh tədbiri tətbiq edilməlidir. Cərimə məbləğinin həddi isə borcunun əmlak vəziyyəti və aliment ödəmək öhdəliyi daşıması nəzərə alınmaqla minimum həddə müəyyən edilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 40,43, 48-51, 114, 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə R A R A A L D İ: Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə təqsirli bilinib 500 (beş yüz) manat miqdarında cərimə edilsin. Qərardan təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Sabirabad Rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar