Azərbaycan Respublikası adından QƏRAR Sabirabad rayon İş № 3(056)-499/2025 11.04.2025 SABİRABAD RAYON MƏHKƏMƏSİ Hakimi Nurəddin Abuzər oğlu Bağırovun sədrliyi, Anar Neymət oğlu Qafarovun katibliyi, xx.xx.2024-cü il tarixli TP 6765861№-li “inzibati tənbeh vermə haqqında” qərarın əsasını təşkil edən İXP6567796№-li inzibati xəta haqqında Protokolu tərtib etmiş Cəbrayıl RPŞ-nin DYPB-nın yol patrul xidməti inspektoru, polis baş serjantı X1, barəsində inzibati tənbeh tətbiq edilmiş X2 və onun qanuni nümayəndəsi Nümayəndə iştirakı ilə, X3 barəsində qəbul olunmuş “inzibati tənbeh vermə haqqında” xx.xx.2024-cü il tarixli TP 6765861№-li qərardan, onun qanuni nümayəndəsi Nümayəndə verdiyi şikayətə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: Cəbrayıl RPŞ-nin DYPB-nın yol patrul xidməti inspektoru, polis baş serjantı X1 tərtib etdiyi İXP6567796№-li “inzibati xəta haqqında” Protokola və həmin protokol əsasında qəbul olunmuş xx.xx.2024-cü il tarixli TP 6765861№-li “inzibati tənbeh vermə haqqında” qərara görə, X3 xx.xx.2024-cü il tarixdə “VAZ - 21013” minik markalı 54BE504 dövlət qeydiyyat nişanlı avtomobili Biləsuvar rayonu 3 saylı qəsəbə ərazisində idarə edərkən İnzibati Xətalar Məcəlləsinin 329.3, 332.1, 332.3, 339.1-1, 342.2.3, 342.5 və 342.2.3-cü maddələri ilə nəzərdə tutulmuş inzibati xətalara yol verdiyi üçün, barəsində həmin maddələrdən daha ciddi xətaya görə, yəni İXM-nın 332.3-cü maddəsi (nəqliyyat vasitəsini idarə etmək hüququ olmadan idarə edilməsinə görə inzibati tənbeh almış şəxs tərəfindən inzibati tənbeh vermə haqqında qərar qüvvəyə mindiyi gündən bir il ərzində təkrar törədilməsinə görə) ilə 400 manat cərimə növündə inzibati tənbeh tətbiq edilmişdir. Nümayəndə yetkinlik yaşına çatmayan X2 qanuni nümayəndə olaraq, oğlu barəsində qəbul olunmuş xx.xx.2024-cü il tarixli TP 6765861№-li “inzibati tənbeh vermə haqqında” qərarla razılaşmayıb, həmin qərardan şikayət verərək, qərarın ləğv edilməsini xahiş etmişdir. Şikayət ərizəsi belə əsaslandırılmışdır ki, o (Nümayəndə) ünvan 1 ünvanda qeydyyatda olsa da, Sabirabad şəhəri, ünvan 2lkiyyətində olan “VAZ-21013” markalı **-BE-*** dövlət qeydiyyat nişanlı avtomobil vardır. İnzibati xəta törədən şəxs onun övladı - xx.xx.2007-ci il təvəllüdlü X4r. Belə ki, ailədə xəstə olduğuna görə və özü evdə olmadığı hallarda, evdə xəstə olan şəxslərin xəstəxanaya çatdırılması və ya onların müalicəsi üçün resept üzrə dərmanların alıb gətirilməsi zərurəti olduqda avtomobili Sadiq idarə edir. Sadiq avtomobili həmişə idarə etmir. Hətta bunu bütün dövlət qurumları polis əməkdaşları, rayon xəstəxana işçiləri bilirlər ki, onun ünvanında ağır xəstə olduğu üçün sonuncunun da xəstəliyinin riskli olduğu və dəfələrlə ağırlaşma hallarında Təcili Yardım avtomobilinin tez-tez onun ünvanında olması faktı mövcuddur. Bu ünvanla ona və oğluna güzəşt etmişlər. xx.xx.2024-cü il tarixdə özü evdə olmadığı və Bakı şəhərində olduğu üçün telefonla əlaqə saxlayıb oğluna, evdəki xəstənin səhhəti daha da pisləşdiriyi üçün təcili Yardım avtomobilinin gəlib gec çatması ehtimalı olduğundan, oğlu Sadiqə VAZ-21013 markalı, **-BE-*** dövlət qeydiyyat nişanlı avtomobilin mühərrikin işə salıb ağır xəstənin dərmanını alması üçün aptekə dərhal getməsini tapşırmış və Sadiq də dərmanı alıb qayıtmışdır. Sonra isə bilmişdir ki, Sadiq avtomobillə Biləsuvara getmiş və orada onu Yol Polis əməkdaşları saxlamışlar. Həmin vaxt gedən zaman avtomobildə dostları olmuşdur. Dostlarından birinin sürücülük hüquqi olduğu üçün, avtomobili sürücülük hüququ olan həmin şəxs idarə etmişdir. Yol polisi əməkdaşları saxla işarəsi zamanı avtomobili saxlamışlar və avtomobilin sənədlərinin təqdim edilməsini tələb etdikdə, həmin şəxs onun oğlunu göstərərək avtomobilin sahibinin olmasını bildirmiş və oğlu Sadiq isə avtomobilin atasına məxsus olmasını demişdir. YPX-nın əməkdaşları isə oğlu Sadiqə qarşı aqressiv davranaraq, bütün məsuliyyəti oğlu Sadiqin üzərinə qoymuş, avtomobili isə duracağa yerləşdirmişlər. Hətta özləri də bunu ona etiraf etmişlər. Həmin günü o, Bakıdan ora gec çatdığı üçün avtomobil orada cərimə meydançasında qalmış, o isə oğlum Sadiq və onunla birlikdə gələn dostları ilə rayona qayıtmışdır. Təkrarən bildirmək istəyir ki, avtomobili sürücülük hüququ olan şəxs idarə etmişdir. YPX-nın özbaşına vəzifə səlahiyyətlərindən istifadə edərək öz bildikləri kimi bütün məsuliyyəti oğlum Sadiqin üzərinə yığmışlar. Bildirir ki, mənafeyini təmsil etdiyi şəxs xx.xx.2007-ci il təvəllüdlü X6 İXM-nın 329.3, 332.1, 332.3, 339.1-1, 342.2.3, 342.5 və 342.2.3-cü maddələri ilə təqsirli bilinərək 400 manat cərimə olunması barədə 21 sentyabr 2024-cü il tarixli TP ******* saylı inzibati tənbeh vermə haqqında qərar qəbul edilmişdir. Məhkəmə iclasında iştirak etmiş barəsində inzibati tənbeh tətbiq edilmiş X2 qanuni nümayəndəsi Nümayəndə, şikayətinə uyğun məzmunda izahat verərək şikayətinin təmin edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak etmiş barəsində inzibati tənbeh tətbiq edilmiş X3 izahatında göstərmişdir ki, xx.xx.2024-cü il tarixdə Biləsuvar rayonu 3 saylı qəsəbə ərazisində DYPB-nın yol patrul xidməti tərəfindən “VAZ - 21013” minik markalı 54BE504 dövlət qeydiyyat nişanlı avtomobilə saxla işarəsi verilərkən, həmin avtomobili onun dostu X7 idarə etmişdir. Lakin buna baxmayaraq inzibati xəta haqqında protokol yanlış olaraq onun barəsində tərtib edilmişdir. Məhkəmə iclasında iştirak etmiş xx.xx.2024-cü il tarixli TP 6765861№-li “inzibati tənbeh vermə haqqında” qərarın əsasını təşkil edən İXP6567796№-li inzibati xəta haqqında Protokolu tərtib etmiş Cəbrayıl RPŞ-nin DYPB-nın yol patrul xidməti inspektoru, polis baş serjantı X5 şikayətə etiraz edərək bildirmişdir ki, şikayətdə göstərilən hallar həqiqətə uyğun deyildir. Belə ki, xx.xx.2024-cü il tarixdə Biləsuvar rayonu 3 saylı qəsəbə ərazisində tərəfimdən “VAZ - 21013” minik markalı 54BE504 dövlət qeydiyyat nişanlı avtomobilə saxla işarəsi verilərkən, həmin avtomobili idarə edən şəxs kimi xx.xx.2007-ci il təvəllüdlü, sürcüluk vəsiqəsi və avtomobilə dair etibranəməsi olmayan X3 müəyyən edilmişdir. Məhkəmə iclasına şahid qismində dəvət olunmuş X7 izahatında göstərmişdir ki, xx.xx.2024cü il tarixdə Biləsuvar rayonu 3 saylı qəsəbə ərazisində DYPB-nın yol patrul xidməti tərəfindən “VAZ - 21013” minik markalı 54BE504 dövlət qeydiyyat nişanlı avtomobilə saxla işarəsi verilərkən, həmin avtomobili o, idarə etmişdir, lakin YPX-nin inspektrou onun sürcülük vəsiqəsinə cərimə balının yazılacağını bildirərkən, o qorxmuş və avtomobili Sadiq tərəfindən idarə edildiyini qeyd etmişdir. Şikayətin dəlillərini araşdırıb və inzibati xəta haqqında işin materiallarını tədqiq edərək hesab edirəm ki, Nümayəndə şikayəti əsassız olduğu üçün təmin edilməməlidir. Şikayətin məzmunundan görünür ki, mübahisələndirilən xx.xx.2024-cü il tarixli TP 6765861№-li “inzibati tənbeh vermə haqqında” qərarın ləğvinin əsası kimi xx.xx.2024-cü il tarixdə “VAZ - 21013” minik markalı 54BE504 dövlət qeydiyyat nişanlı avtomobili şikayətçi tərəfindən deyil, digər şəxs X7 tərəfindən idarə edildiyi üçün, inzibati tənbeh tədbirinin məhz onun barəsində tətbiq edilməli olması hallarına istinad edilmişdir. Şikayətçi xx.xx.2024-cü il tarixdə “VAZ - 21013” minik markalı 54BE504 dövlət qeydiyyat nişanlı avtomobili onun tərəfindən deyil, digər şəxs, yəni X7 tərəfindən idarə edildiyini göstərsə də, lakin istinad etdiyi həmin halı təsdiq edəcək hər hansı sübut təqdim etməmişdir. Eyni zamanda bunun əksi olaraq, yəni həmin avtomoblin məhz X3 tərəfindən idarə edildiyi məhkəmə iclasında işin araşdırılmış halları ilə təsdiq edilmişdir. Məhkəmə hesab edir ki, X3 barəsində qəbul edilmiş xx.xx.2024-cü il tarixli TP 6765861№-li “inzibati tənbeh vermə haqqında” Qərardan verilmiş şikayətin dəlilləri əsassızdır və həmin dəlillər həmin Qərarın ləğvi üçün əsas ola bilməz. İnzibati Xətalar Məcəlləsinin 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir. Həmin Məcəllənin 6.1-ci maddəsinə əsasən inzibati xətalara görə inzibati tənbeh bu Məcəlləyə uyğun olaraq tətbiq edilir. Həmin Məcəllənin 6.2-cı maddəsinə əsasən inzibati xətalar haqqında işlər üzrə icraatın təmin edilməsi tədbirləri tətbiq edilərkən qanunvericiliyin tələblərinə əməl olunması yuxarı orqanların və vəzifəli şəxslərin idarə nəzarəti ilə, məhkəmə və prokuror nəzarəti ilə və şikayət etmək hüququ ilə təmin edilir. Həmin Məcəllənin 9.1-ci maddəsinə əsasən inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına uyğun, qanuni və əsaslı olmalıdır. Məhkəmə hesab edir ki, X3 barəsində qəbul edilmiş xx.xx.2024-cü il tarixli TP 6765861№-li “inzibati tənbeh vermə haqqında” Qərar qanuni və əsaslı olduğundan, həmin qərarın ləğv edilməsinə dair şikayət əsassızdır və təmin edilməməlidir. Göstərilənlərə əsasən və İnzibati Xətalar Məcəlləsinin 40, 43, 48-51, 53, 75, 84, 105, 114, 128-130-cu maddələrini rəhbər tutaraq QƏRARA ALDİ: X2 qanuni nümayəndəsi Nümayəndə “inzibati tənbeh vermə haqqında” xx.xx.2024-cü il tarixli TP 6765861№-li qərardan verdiyi şikayət əsassız olduğu üçün təmin edilməsin. Qərar rəsmi qaydada təqdim edildiyi gündən 10 (on) gün müddətində Sabirabad Rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Şirvan Apellyasiya Məhkəməsinə şikayət verilə bilər.
Məhkəmə qərarları › İş №3(056)-499/2025
Sabirabad Rayon Məhkəməsi Qərar — İş №3(056)-499/2025
11.04.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver