Azərbaycan Respublikası adından QƏRAR Sabirabad rayon İş № 3(056)-5/2025 09.01.2025 SABİRABAD RAYON MƏHKƏMƏSİ Mən, Səbail Rayon Məhkəməsinin hakimi Nurəddin Abuzər oğlu Bağırov, Anar Neymət oğlu Qafarovun katibliyi, qərarından şikayət olunan Sabirabad RPŞ-nin DYPB-nın yol patrul xidməti inspektoru, polis baş serjantı X2, şikayətçi (bərəsində inzibati tənbeh vermə haqqında qərar qəbul olunmuş) X1 iştirakı ilə, Sabirabad RPŞ-nin DYPB-nın yol patrul xidməti inspektoru, polis baş serjantı X4 tərəfindən qəbul olunmuş xx.xx.2024-cü il tarixli TP6814458№-li inzibati tənbeh vermə haqqında qərardan X1 verdiyi şikayətə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: Sabirabad RPŞ-nin DYPB-nın yol patrul xidməti inspektoru, polis baş serjantı X4 tərəfindən qəbul olunmuş xx.xx.2024-cü il tarixli TP6814458№-li inzibati tənbeh vermə haqqında qərarına görə, X3 tərəfindən sükan idarə mexanizmi nasaz olan və belə nasazlığın aradan qaldırılması mümkün olmayan nəqliyyat vasitəsini istismar etdiyi səbəbindən o, İnzibati Xətalar Məcəlləsinin (bundan sonra İXM-nin) 342.2.1-ci maddəsi ilə nəzərdə tutlmuş inzibati xəta əməli törətdiyindən barəsində həmin maddə ilə 150 manat cərimə növündə inzibati tənbeh tətbiq edilmişdir. X3 barəsində qəbul olunmuş inzibati tənbeh vermə haqqında xx.xx.2024-cü il tarixli TP6814458№-li inzibati tənbeh vermə haqqında Qərarla razılaşmayıb, həmin qərardan şikayət verərək, qərarın ləğv edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak etmiş şikayətçi (bərəsində inzibati tənbeh vermə haqqında qərar qəbul olunmuş) X3 barəsində tətbiq edilmiş inzibati tənbeh vermə haqqında xx.xx.2024-cü il tarixli TP6814458№-li qərarla razılaşmayıb, qərardan şikayət verərək, şikayətini belə əsaslandırmışdır ki, Sabirabad rayon Kürkəndi kənd ərazisində xx.xx.2024-cü il tarixli **-GC- *** nömrəli Vaz 21074 markalı avtomobili ilə hərəkətdə olarkən Yol patrul xidməti əməkdaşları tərəfindən saxlanılmış və əsassız olaraq Yol ərəkəti haqqında Qanunun 85-ci maddəsinin tələblərinin pozulması azmış kimi ona İXP ******* protokolu ilə İXM-nın 342.2.1-ci maddəsı ilə təqsirli bilərək 150 (yüz əlli) AZN məbləğində cərimə yazılıb. Yol hərəkəti haqqında qanunun 85ci maddəsində göstərilən halların heç biri olmadığı kimi saxla, əmri vermiş və nəqliyyat vasitəsinə qanunsuz olaraq baxış keçirmiş həmin qanunun tələblərində "YPX əməkdaşının nəqliyyat vasitəsinin nə zaman salona baxıla bilər" halı mövcuddur. Əlavə olaraq inzibati xəta törədildiyini iddia edən YPX əməkdaşının hansı səlahiyyətlə onun nəqliyyat vasitəsinə qanunsuz daxil olaraq inzibati xətanı necə aşkar etti? Onu da qeyd edir ki, Yol patrul xidmətinin əməkdaşı müvafiq təlimatın 4.3-cü maddəsinə (4.7. ΥΡΧ inspektoru tərəfindən nəqliyyat vasitəsi dayandırılarkən bütün hallarda patrul avtomobilində və ya postda quraşdırılmış videokamera daim işlək vəziyyətdə olmalı, patrul avtomobilində quraşdırılan məsafədən səs ötürən mikrofondan istifadə edilməlidir. Sürücü ilə ünsiyyət və inzibati xətanın sənədləşdirilməsi, habelə YPX inspektorunun digər hərəkətləri avtomobilin içəri hissəsində və ya kənarda kameranın görünüş dairəsində aparılmalıdır.) uyğun olaraq aparmışmıdır. Əlbəttə ki xeyr, çünki qanunsuz saxlamağı azmış kimi onun şəxsı mülkü olan nəqliyyat vasitəmin salonuna daxil olaraq axtarış edərək məhkəmə qərarı olmadan müvafiq amr və ya göstəriş olmadan daxil olmuşdur. İnzibati Xətalar Məcəlləsinin 93 2 Nəqliyyat vasitəsinə baxış nəqliyyat vasitəsi sahibinin və iki hal şahidinin ıştirakı ilə aparılır. Nəqliyyat vasitəmə qanunsuz baxış zamanı heç Yol Patrul Xidmətinin istifadəsinə verilmiş və istifadəsi məcburi olan videoregstr və audio səs yazısından istifadə etmişdir? Həmin maddənin 93.5. Nəqliyyat vasitəsinə baxış haqqında protokol onu tərtib etmiş vəzifəli şəxs, barəsində inzibati xeta haqqında iş üzrə icraat aparılan şəxs və ya nəqliyyat vasitəsinin sahibi, habelə hal şahidləri tərəfindən imzalanır. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs və ya nəqliyyat vasitəsinin sahibi protokolu imzalamaqdan imtina etdikdə, bu barədə protokolda müvafiq qeyd apanlır. Bərəsində inzibati xəta haqqında iş üzrə icraat apanlan şəxsın izahat vermək və protokolun məzmunu barədə öz mülahizələrini təqdim etmək, habelə protokolu imzalamaqdan imtina etməsinin səbəblərini göstərmək hüququ vardır. Onun bu izahatı və mülahizələri protokola əlavə olunur. 93 6. Nəqliyyat vasitəsinə baxış haqqında protokolun surəti barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsə və nəqliyyat vasitəsinin sahibinə verilir. Ona isə heçnə verilməyib. Əlavə olaraq qeyd edir ki, inzibati xəta olarkən nəqliyyat vasitəsində olan dəyişikliklə bağlı heç bir şeyi qəbul etmir və yazılan protokol qanunsuz və YPX əməkdaşının vəzifə səlahiyyətlərində sui istifadədir. Hazırda nəqliyyat vasitəsi cərimə meydançasındadır və heç bir aktlaşdırılma o cümlədən nəqliyyat vasitəsinin daxilində olan şəxsi əşyalarının müvafiq qanunvericilik qaydlarına zidd hərəkətlər edildiyini diqqətə çatdırmaq istəyir. Məhkəmə iclasında iştirak etmiş şikayətçi (barəsində inzibati tənbeh tətbiq edilmiş) X3 şikayətinə uyğun məzmunda izahat verərək əlavə olaraq bildirmişdir ki, istehsalçı zavod tərəfindən avtomobilin texniki göstəriçisi olaraq nəzərdə tutulduğundan, onun tərəfindən idarə etdiyi “Vaz 21074” markalı avtomobilinin sükanının səviyyəsinin aşağı salması hərəkətlərində inzibati xəta tərkibi olmadığından, şikayətinin təmin edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak etmiş Sabirabad RPŞ-nin DYPB-nın yol patrul xidməti inspektoru, polis baş serjantı X4 qəbul etdiyi xx.xx.2024-cü il tarixli TP6814458№-li inzibati tənbeh vermə haqqında qərarını müdafiə edərək bildirmişdir ki, istehsalçı zavod tərəfindən avtomobilin texniki göstəriçisi olaraq nəzərdə tutulmadığından, X3 tərəfindən idarə etdiyi “Vaz 21074” markalı avtomobilinin sükanının səviyyəsinin aşağı salması hərəkətlərində İnzibati Xətalar Məcəlləsinin 342.2.1-ci maddəsi ilə nəzərdə tutlmuş inzibati xəta əməli olduğundan, şikayətin təmin edilməməsini xahiş etmişdir. Məhkəmə iclasına mütəxəssis qismində dəvət olunmuş X5 izahatında göstərmişdir ki, o, 30 ilə yaxın müddətdir ki avtomobillərə texniki təmir xidməti göstərərək usta işləmiş və hazırda avtoservisə rəhbərlik edir. Ona verilən sualları cavablandıraraq qeyd edir ki, “Vaz 21074” markalı avtomobil modeli keçmiş Sovetlər Birliyi və hazırda Rusiya Federasiyası istehsalı olan 45 il müddət əvvəl buraxılışa verilmişdir. Hazırkı müasir avtomobillərindən fərqli olaraq “Vaz 21074” markalı avtomobillərdə sükan bir səviyyədə qalmaqla, sürücünün istəyinə uyğun qaydada aşağı və ya yuxarı səviyyədə dəyişdirilməsi nəzərdə tutulmamışdır. Ona görə də, həmin markalı avtomobillərdə sükanın səviyyəsini dəyişərək aşağı salması halı nəqliyyat vasitələrinin sürücüləri tərəfindən nəqliyyat vasitələrinin texniki vəziyyətinə dair tələblərin pozulması və sükan idarə mexanizminin nasaz olması kimi qiymətləndirilməlidir. Şikayətin dəlillərini araşdırıb və inzibati xəta haqqında işin materiallarını tədqiq edərək hesab edirəm ki, X1 şikayəti əsassız olduğu üçün təmin edilməməlidir. Belə ki, A.Ə.Əkbərov barəsində qəbul olunmuş xx.xx.2024-cü il tarixli TP6814458№-li inzibati tənbeh vermə haqqında Qərardan görünür ki, o, İnzibati Xətalar Məcəlləsinin 342.2.1-ci (nəqliyyat vasitələrinin sürücüləri tərəfindən nəqliyyat vasitələrinin texniki vəziyyətinə dair tələblərin pozulması) maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətdiyinə görə, onun barəsində 150 (bir yüz əlli) manat məbləğində cərimə növündə inzibati tənbeh tətbiq edilməsi qərara alınmışdır. Göründüyü kimi A.Ə.Əkbərova istinad olunan inzibati xəta əməli, onun tərəfindən idarə etdiyi “Vaz 21074” markalı avtomobilinin sükanının səviyyəsini aşağı salması və bununla da nəqliyyat vasitəsinin texniki vəziyyətinə dair tələblərin pozulmasından ibarət olmuşdur. Məhkəmə iclasında iştirak etmiş A.Ə.Əkbərov sahibi olduğu “Vaz 21074” markalı avtomobilinin sükanının səviyyəsinin aşağı salmasını təsdiq etsə də, lakin özünün bu hərəkətini qanuni hesab etmişdir. Belə ki, “Yol hərəkəti haqqında” Qanunun 30-cu maddəsinin İİ bəndinin 3)-cü yarımbəndinə əsasən texniki vəziyyəti dövlət standartlarının, yol hərəkəti qaydalarının tələblərinə uyğun gəlməyən, habelə müəyyənləşdirilmiş qaydada qeydə alınmamış, normativ tələblər pozulmaqla avadanlıq quraşdırılmış və ya avadanlığı dəyişdirilmiş nəqliyyat vasitələrinin istismarına yol verməməlidirlər. Beləliklə məhkəmə araşdırılması zamanı müəyyən edilmişdir ki, şikayətçi A.Ə.Əkbərov ona məxsus “Vaz 21074” markalı **-GC-*** dövlət qeydiyyat nişanlı avtomobilinin sükanının səviyyəsini aşağı salıb, nəqliyyat vasitəsinin texniki vəziyyətinə dair tələblərini pozaraq, bununla da İnzibati Xətalar Məcəlləsinin 342.2.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xəta əməlini törətmişdir. Məhkəmə aşağıda istinad olunan qanunvericilik normalarına və işin məhkəmədə araşdırılmış hallarına əsaslanaraq hesab edir ki, şikayətçi A.Ə.Əkbərov barəsində qəbul edilmiş mübahisələndirdiyi inzibati tənbeh vermə haqqında Qərardan verdiyi şikayətin dəlilləri (inzibati xəta əməlinin törətməməsi) əsassızdır və həmin dəlillər xx.xx.2024-cü il tarixli TP6814458№-li inzibati tənbeh vermə haqqında Qərarın ləğvi üçün əsas ola bilməz. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir. Həmin Məcəllənin 6.1-ci maddəsinə əsasən inzibati xətalara görə inzibati tənbeh bu Məcəlləyə uyğun olaraq tətbiq edilir. Həmin Məcəllənin 6.2-cı maddəsinə əsasən inzibati xətalar haqqında işlər üzrə icraatın təmin edilməsi tədbirləri tətbiq edilərkən qanun vericiliyin tələblərinə əməl olunması yuxarı orqanların və vəzifəli şəxslərin idarə nəzarəti ilə, məhkəmə və prokuror nəzarəti ilə və şikayət etmək hüququ ilə təmin edilir. Həmin Məcəllənin 9.1-ci maddəsinə əsasən inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına uyğun, qanuni və əsaslı olmalıdır. Məhkəmə hesab edir ki, Sabirabad RPŞ-nin DYPB-nın yol patrul xidməti inspektoru, polis baş serjantı X4 tərəfindən qəbul olunmuş xx.xx.2024-cü il tarixli TP6814458№-li inzibati tənbeh vermə haqqında Qərar qanuni və əsaslı olduğundan, həmin qərarın ləğv edilməsinə dair şikayət əsassızdır və təmin edilməməlidir. Göstərilənlərə əsasən və İnzibati Xətalar Məcəlləsinin 40, 43, 48-51, 53, 75, 84, 105, 114, 128-130-cu maddələrini rəhbər tutaraq QƏRARA ALDİ: X1 Sabirabad RPŞ-nin DYPB-nın yol patrul xidməti inspektoru, polis baş serjantı X4 tərəfindən qəbul olunmuş xx.xx.2024-cü il tarixli TP6814458№-li inzibati tənbeh vermə haqqında qərardan verdiyi şikayət əsassız olduğu üçün təmin edilməsin. Qərar rəsmi qaydada təqdim edildiyi gündən 10 (on) gün müddətində Sabirabad Rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Şirvan Apellyasiya Məhkəməsinə şikayət verilə bilər.
Məhkəmə qərarları › İş №3(056)-5/2025
Sabirabad Rayon Məhkəməsi Qərar — İş №3(056)-5/2025
09.01.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver