Məhkəmə qərarları › İş №3(056)-504/2025

Sabirabad Rayon Məhkəməsi Qərar — İş №3(056)-504/2025

22.07.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Sabirabad rayon İş № 3(056)-504/2025 22.07.2025 SABİRABAD RAYON MƏHKƏMƏSİ Hakim Cəfərov Cavid Zahid oğlunun sədrliyi, Məhkəmə iclasının katibi Əliyev Ələkbər Əlisahib oğlunun katibliyi, X1 iştirakı ilə, X3 Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi Baş X8 İdarəsinin Xİİ Tağım YPXnin inzibati tənbeh vermə haqqında xx.xx.2025-ci il tarixli, TP ******* nömrəli qərarın ləğv edilməsinə dair şikayət ərizəsinə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: X5 Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi Baş X8 İdarəsinin Xİİ Tağım YPXnin inzibati tənbeh vermə haqqında xx.xx.2025-ci il tarixli, TP ******* nömrəli qərarın ləğv edilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək qərarın ləğv olunmasını məhkəmədən xahiş etmişdir. Şikayət ərizəsi onunla əsaslandırılmışdır ki, 28 fevral 2025-ci il tarixində Sabirabad rayon ərazisində yerləşən (Şirvan istiqamətində yerəşən) Stasionar posttunda dayandırılaraq istifadə etdiyi X7 markalı **-ML-*** dövlət nömrə qeydiyyat nişanlı nəqliyyat vasitəsinə İXM 327.2-ci maddəsi ilə (1.1, 1.3 və 1.11 üfüqi nişanlanma xətlərinin tələblərinə riayət etməyərək sola və ya geriyə dönməyə, yaxud maneəni kənardan keçməyə görə) təqsirli bilinərək 100 (yüz) azn məbləğində cərimə edilmişdir. Təqsirli bilindiyi maddənin tələblərindəki hansı bəndi pozduğunu soruşduqda Sabirabad rayon Şəhriyar kənd ərazisində yerləşən yola nəzarət kamerasında texniki vasitəsi ilə aşkar edilmiş yol hərəkəti əleyhinə inzibati xətanı törətdiyi bildirildi. Qarşı tərəf İXM-nin 81.3. Xüsusi texniki vasitələrin göstəriciləri inzibati xəta haqqında iş üzrə protokolda (inzibati xəta haqqında iş üzrə qərarda) qeyd edilməli olduğu halda heç bir subut olan elektron şəxsi kabinetinə foto video və ya digər maddi subutlar yerləşdirilməmişdir. Həmin maddənin tələblərini pozsaydı belə onu saxlayıb inzibati protokol tərtib etməkləri İXM-nin 122.5-ci maddəsinə əsasən (Foto və ya video qeydiyyat funksiyalarına malik xüsusi texniki vasitələrin köməyi ilə aşkar edilmiş inzibati xətalara görə nəqliyyat vasitəsini dayandıraraq, törədilmiş belə xətalar haqqında inzibati xəta haqqında protokol tərtib etmək və ya inzibati tənbeh tətbiq etmə haqqında qərar çıxarmaq qadağandır.) yolverilməzdir. Bütün foto və ya video qeydiyyat funksiyalarına malik xüsusi texniki vasitələr müvafiq icra hakimiyyəti orqanının mərkəzi informasiya sisteminə inteqrasiya olunaraq, həmin texniki vasitələrin köməyi ilə aşkar edilmiş inzibati xətalar haqqında yalnız bu Məcəllənin 122.1-ci maddəsində nəzərdə tutulmuş qaydada elektron qərar çıxarılır. Bu ona tətbiq edilən hüquq normasının ilkin pozulduğu hal. İkincisi isə Azərbaycan Respublikası Yol Hərəkəti haqqında Qanunun tələblərinə uyğun olaraq qeyd edilən cərimə əsasızdır. Yol nişanları 7 nişan qrupundan ibarətdir: xəbərdarlıq, üstünlük, qadağan, məcburi hərəkət istiqaməti, məlumatverici-göstərici, servis, əlavə məlumat. İnzibati xətanın olduğu ərazidə həmin qanunun 61-ci maddəsinə əsasən Yol nişanlarının sutkanın hər bir vaxtı fərqləndirilməsi və oxunması üçün, onlar daxili və xarici işıqlandırılma və ya işıqqaytarıcı səth ilə (nəqliyyat vasitələrinin işıq cihazlarının işığını əks etdirən xırda şüşə kürəciklərinin əsasında xüsusi nazik pərdə) təchiz edilirlər. İnzibati xətanın olduğu yerdə 3.20 ötmə qadağandır yol nişanı quraşdırılmamışdır. Buna istinadən hələdə yolun biraz əvvəlində yerləşən ötmənin qadağan edən yol nişanının təsir dairəsinin bitdiyi 3.21 nömrə nişanının təsir dairəsindədir. Buna istinadən həmin qanunun 61-ci maddənin tələblərinə uyğun olaraq Vl-İ. Eyni yol sahəsində quraşdırılmış yol nişanlarının tələbləri, habelə müvəqqəti yol nişanları və müvəqqəti nişanlama xətləri istisna olmaqla yol nişanları ilə digər texniki vasitələrin tələbləri arasında ziddiyyət və ya uyğunsuzluq yolverilməzdir. Aşkar olunmuş hər hansı ziddiyyət və ya uyğunsuzluq təxirəsalınmadan aradan qaldırılmalıdır. Müvəqqəti yol nişanlarının tələbləri ilə daimi yol nişanlarının, nişanlama xətlərinin və digər texniki vasitələrin tələbləri arasında ziddiyyət və ya uyğunsuzluq olarsa, müvəqqəti yol nişanlarına üstünlük verilməlidir. Müvəqqəti yol nişanları ilə müvəqqəti nişanlanma xətləri arasında ziddiyyət və ya uyğunsuzluq yolverilməzdir. Əlavə olaraqda bildirim ki, inzibati xətanın olduğu ərazidə həmin qanunun 69-cu maddəsinə əsasən Yol nişanlarının sutkanın hər bir vaxtı fərqləndirilməsi və oxunması üçün, onlar daxili və xarici işıqlandırılma və ya işıqqaytarıcı səth ilə (nəqliyyat vasitələrinin işıq cihazlarının işığını əks etdirən xırda şüşə kürəciklərinin əsasında xüsusi nazik pərdə) təchiz edilirlər. Yuxanda qeyd edilən maddənin tələblərinə əsasən sözügedən istiqamətdə yolun nişanlanması 1.1 və ya 1.3 olduğu qəti sürətdə anlaşılmır. Məhkəmə iclasında X2 izahatında göstərdi ki, xx.xx.2025-ci il tarixində Sabirabad rayonu ərazisində yerləşən (Şirvan istiqamətində yerləşən) Stasionar postda dayandırılaraq istifadə etdiyi **-ML-*** dövlət nömrə qeydiyyat nişanlı “X7” markalı avtomobilinə İXM-in 327.2-ci maddəsi ilə təqsirli bilinib 100 (yüz) manat dəyərində barəsində cərimə tərtib olunmuşdur. Təqsirli bilindiyi maddənin tələblərindəki hansı bəndi pozduğunu soruşduğunda Sabirabad rayonu Şəhriyar kənd ərazisində yerləşən yola nəzarət kamerasında texniki vasitə ilə aşkar edilmiş yol hərəkəti əleyhinə inzibati xəta törətdiyini bildirdi. Qeyd edir ki, İnzibati Xətalar Məcəlləsinin 81.3-cü maddəsinin tələblərinə uyğun olaraq xüsusi texniki vasitələrin göstəriciləri inzibati xəta haqqında iş üzrə protokolda (inzibati xəta haqqında iş üzrə qərarda) qeyd edilməli olduğu halda heç bir sübut olan elektron şəxsi kabinetinə foto, video və ya digər maddi sübutlar yerləşdirilməmişdir. İlk öncə o, tətbiq edilən inzibati xətanın düzgün sənədləşdirilmədiyini bildirmək istəyir. Çünki o, həmin maddənin tələblərini pozmuş olsa idi belə onu saxlayıb inzibati protokol tərtib etməkləri İnzibati Xətalar Məcəlləsinin 122.5-ci maddəsinə əsasən yolverilməzdir. Bütün foto və ya video qeydiyyat funksiyalarına malik xüsusi texniki vasitələr müvafiq icra hakimiyyəti orqanının mərkəzi informasiya sisteminə inteqrasiya olunaraq, həmin texniki vasitələrin köməyi ilə aşkar edilmiş inzibati xətalar haqqında yalnız bu Məcəllənin 122.1-ci maddəsində nəzərdə tutulmuş qaydada elektron qərar çıxarılır. İkincisi isə, Azərbaycan Respublikası “Yol hərəkəti haqqında” Qanunun tələblərinə uyğun olaraq qeyd edilən cərimənin yazılması əsassızdır. İnzibati xətanın olduğu ərazidə həmin Qanunun 61-ci maddəsinə əsasən yol nişanlarının sutkanın hər bir vaxtı fərləndirilməsi və oxunması üçün, onlar daxili və xarici işıqlandırılma və ya işıqqaytarıcı səth ilə (nəqliyyat vasitələrinin işıq cihazlarının işığını əks etdirən xırda şüşə kürəciklərinin əsasında xüsusi nazik pərdə) təchiz edilirlər. İnzibati xətanın olduğu yerdə 3.20 ötmə qadağandır yol nişanı quraşdırılmamışdır. Buna istinadən hələ də yolun bi az əvvəlində yerləşən ötməni qadağan edən yol nişanının təsir dairəsinin bitdiyi 3.21 nömrə nişanının təsir dairəsindədir. Buna istinadən həmin Qanunun 61-ci maddəsinin Vİ-İ-ci bəndinə əsasən, eyni yol sahəsində quraşdırılmış yol nişanlarının tələbləri, habelə müvəqqəti yol nişanları və müvəqqəti nişanlama xətləri istisna olmaqla yol nişanları ilə digər texniki vasitələrin tələbləri arasında ziddiyyət və ya uyğunsuzluq yolverilməzdir. Aşkar olunmuş hər hansı ziddiyyət və ya uyğunsuzluq təxirəsalınmadan aradan qaldırılmalıdır. Müvəqqəti yol nişanlarının tələbləri ilə daimi yol nişanlarının, nişanlama xətlərinin və digər texniki vasitələrin tələbləri arasında ziddiyyət və ya uyğunsuzluq olarsa, müvəqqəti yol nişanlarına üstünlük verilməlidir. Müvəqqəti yol nişanları ilə müvəqqəti nişanlanma xətləri arasında ziddiyyət və ya uyğunsuzluq yolverilməzdir. Əlaəv olaraq bildirir ki, inzibati xətanın olduğu ərazidə həmin Qanunun 69-cu maddəsinə əsasən. Yol nişanlarının sutkanın hər bir vaxtı fərləndirilməsi və oxunması üçün, onlar daxili və xarici işıqlandırılma və ya işıqqaytarıcı səth ilə (nəqliyyat vasitələrinin işıq cihazlarının işığını əks etdirən xırda şüşə kürəciklərinin əsasında xüsusi nazik pərdə) təchiz edilirlər. Yuxarıda qeyd edilən maddənin tələblərinə əsasən sözügedən istiqamətdə yolun nişanlanması 1.1 və ya 1.3 olduğu qəti surətdə anlaşılmır. Yenə eyni qaydada 69-cu maddəsinin İİ-İ hissəsinə əsasən, eyni yol sahəsində tətbiq edilmiş nişanlanma xəttlərinin tələbləri, habelə müvəqqəti yol nişanları və müvəqqəti nişanlanma xətləri istisna olmaqla, nişanlama xəttləri ilə digər texniki vasitələrin tələbləri arasında ziddiyyət və ya uyğunsuzluq yolverilməzdir. Aşkar olunmuş hər hansı ziddiyyət və ya uyğunsuzluq təxirəsalınmadan aradan qaldırılmalıdır. Müvəqqəti niaşnlama xəttləri ilə digər nişanlama xəttlərinin tələbləri arasında ziddiyyət və ya uyğunsuzluq olarsa, müvəqqəti nişanlama xəttlərinə üstünlük verilməlidir. Qeyd olunanlara əsaslanaraq o, barəsində olan inzibati tənbeh vermə haqqında qərarın ləğv olunmasını xahiş edir. Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi Baş X8 İdarəsinin Xİİ Tağım YPX məhkəmə iclaslarının yeri və vaxtı barədə lazımı qaydada xəbərdar olunmasına baxmayaraq, inzibati xətanın törədildiyi video görüntünü məhkəmənin əməkdaşına “Whatsapp” tətbiqi vasitəsi ilə göndərməklə kifayətlənərək, nümayəndəsinin məhkəmə iclasında iştirakını təmin etməmişdir. Məhkəmə işə Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi Baş X8 İdarəsinin Xİİ Tağım YPX-nin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi Baş X8 İdarəsinin Xİİ Tağım YPX tərəfindən qəbul edilmiş xx.xx.2025-ci il tarixli, TP ******* nömrəli inzibati tənbeh vermə qərara əsasən X5 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.2-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətdiyinə görə 100 manat cərimə edilmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 38.6-cı maddəsinə əsasən bu Məcəllənin 122.1-ci maddəsində nəzərdə tutulmuş inzibati tənbeh vermə haqqında elektron qərar və onun əlavəsi (foto və ya video materiallar) inzibati xətanın törədildiyi gündən bir gün müddətində hər bir nəqliyyat vasitəsinin istifadəçisi üçün internet informasiya resursunda yaradılan elektron kabinetdə yerləşdirilmədikdə, şəxs inzibati məsuliyyətə cəlb oluna bilməz 122.1-ci maddəsinə əsasən bu Məcəllənin 327.1 - 327.5, 328, 329.1, 329.2, 330, 339.1-1, 346.3, 346-1.1, 346-1.5, 353.2 və 469.3-cü maddələrində nəzərdə tutulmuş xətalar foto və ya video qeydiyyat funksiyalarına malik xüsusi texniki vasitələrin köməyi ilə aşkar edildikdə, xüsusi texniki vasitələrin məlumatları müvafiq icra hakimiyyəti orqanının mərkəzi informasiya sisteminin proqram təminatı əsasında real vaxt rejimində elektron formada birbaşa həmin mərkəzi informasiya sisteminə ötürülür, inzibati xətanı törətmiş şəxsin iştirakı olmadan real vaxt rejimində, “Elektron imza və elektron sənəd haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilmiş qaydada elektron sənəd şəklində inzibati tənbeh vermə haqqında elektron qərar çıxarılır və həmin mərkəzi informasiya sisteminin müvafiq səlahiyyətli əməkdaşının elektron imzası ilə təsdiqlənir. Təsdiq edilmiş həmin qərar real vaxt rejimində, xüsusi texniki vasitələrin məlumatları əlavə edilməklə, elektron qaydada müvafiq icra hakimiyyəti orqanının informasiya sisteminə göndərilir. 327.2-ci maddəsinə əsasən svetoforun və ya nizamlayıcının qadağanedici işarəsi verilərkən hərəkətin davam etdirilməsinə, 3.1 “Giriş qadağandır” yol nişanının tələblərinin və ya sərnişin daşıma, əks istiqamətli hərəkət zolağına çıxmaqla ötmə və ya manevr etmə, yolayrıcını keçmə qaydalarının pozulmasına, ümumi istifadədə olan nəqliyyat vasitələrinin, yaxud adamlar daşınan yük avtomobillərinin sərnişinlərlə yanacaqdoldurma məntəqəsinə daxil olmasına, 1.1, 1.3 və 1.11 üfüqi nişanlanma xətlərinin tələblərinə riayət etməyərək sola və ya geriyə dönməyə, yaxud maneəni kənardan keçməyə görə-yüz manat məbləğində cərimə edilir. Yuxarıda sadalanan normalarının tələblərindən görünür ki, şəxsin inzibati məsuliyyətə cəlb edilməsi üçün sübutların məcmusu tələb olunur və heç bir sübutun, o cümlədən sübutlardan biri olan inzibati xəta haqqında protokolun və qərarın qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Eyni zamanda qeyd olunan normaların tələblərindən görünür ki, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 122.1-ci maddəsində nəzərdə tutulmuş inzibati tənbeh vermə haqqında elektron qərar və onun əlavəsi (foto və ya video materiallar) inzibati xətanın törədildiyi gündən bir gün müddətində hər bir nəqliyyat vasitəsinin istifadəçisi üçün internet informasiya resursunda yaradılan elektron kabinetdə yerləşdirilmədikdə, şəxs inzibati məsuliyyətə cəlb oluna bilməz. Məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, X2 barəsində xx.xx.2025-ci il tarixdə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.2-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətdiyinə görə Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi Baş X8 İdarəsinin Xİİ Tağım YPX tərəfindən olaraq 28 fevral 2025-ci il tarixli, TP ******* saylı inzibati tənbeh vermə haqqında qərar qəbul edilmişdir. Həmin qərarın əlavəsi (foto və ya video materiallar) qəbul edildikdən sonra nəqliyyat vasitəsinin istifadəçisi üçün internet informasiya resursunda yaradılan elektron kabinetə yerləşdirilməmişdir. Şikayətə əlavə edilmiş sənədlərdən və həmçinin Daxili İşlər Nazirliyi Baş X8 İdarəsinin Xİİ Tağım YPX-nin nümayəndəsinin “Whatsapp” tətbiqi vasitəsi ilə göndərdiyi video görüntüdən də müəyyən edilir ki, X3 İXM-nin 327.2-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsi müvafiq icra hakimiyyəti orqanının mərkəzi informasiya sisteminə inteqrasiya olunmuş, foto və ya video qeydiyyat funksiyalarına malik xüsusi texniki vasitələrlə aşkar edilməmiş, İXM-nin 122-ci maddəsində nəzərdə tutulmuş qaydalara zidd olaraq təhlükəsiz şəhər kameralarına video nəzarət üçün quraşdırılmış monitorlardan istifadə edilməklə tərtib edilmiş və qanunsuz olaraq cərimə yazılmışdır. Həmçinin, məhkəmə qeyd etməyi zəruri hesab edir ki, X3 məhkəməyə təqdim etdiyi CD diskdə əksini tapan çəkilişdən də görünür ki, yerdə üfiqi nişanlanma xətti ilə yol kənarında quraşdırılmış yol nişanı arasında ziddiyyət mövcuddur. “Yol Hərəkəti haqqında” Qanunun 61-ci maddəsinin Vİ-İ-ci bəndinə əsasən, eyni yol sahəsində quraşdırılmış yol nişanlarının tələbləri, habelə müvəqqəti yol nişanları və müvəqqəti nişanlama xətləri istisna olmaqla yol nişanları ilə digər texniki vasitələrin tələbləri arasında ziddiyyət və ya uyğunsuzluq yolverilməzdir. Aşkar olunmuş hər hansı ziddiyyət və ya uyğunsuzluq təxirəsalınmadan aradan qaldırılmalıdır. Müvəqqəti yol nişanlarının tələbləri ilə daimi yol nişanlarının, nişanlama xətlərinin və digər texniki vasitələrin tələbləri arasında ziddiyyət və ya uyğunsuzluq olarsa, müvəqqəti yol nişanlarına üstünlük verilməlidir. Müvəqqəti yol nişanları ilə müvəqqəti nişanlanma xətləri arasında ziddiyyət və ya uyğunsuzluq yolverilməzdir. Qeyd edilən normanın tələbləri nəzərə alındıqda məhkəmə hesab edir ki, yol nişanları arasında ziddiyyətin mövcudluğu vətəndaşın inzibati xəta törətməsi kimi nəzərə alına və onun barəsində tənbeh tədbiri tətbiq edilə bilməz. Məhkəmə qeyd edir ki, X2 1.1, 1.3 və 1.11 üfüqi nişanlanma xətlərinin tələblərin riayət etməyərək maneəni kəndardan keçməsi əsas gətirilərək İXM-nin 327.2-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsi xx.xx.2025-ci il tarixli inzibati tənbeh vermə haqqında qərar qəbul edilmiş və həmin qərarın əlavəsi (foto və ya video materiallar) elektron kabinetə yerləşdirilməmişdir. Göründüyü kimi qərar nəqliyyat vasitəsinin istifadəçisi üçün internet informasiya resursunda yaradılan elektron kabinetə yerləşdirilməmişdir. Belə olan halda məhkəmə hesab edir ki, X2 barəsində 28 fevral 2025ci il tarixli, TP ******* saylı inzibati tənbeh vermə haqqında qərar ləğv edilməli və iş üzrə icraata xitam verilməlidir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 8-ci maddəsinə görə inzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. İnzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində şübhələr onun xeyrinə həll olunur; 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir; 84.1-ci maddəsinə görə inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir; 53.2-ci maddəsinə əsasən hər hansı şəxs barəsində başlanılmış inzibati xətalar haqqında işlər üzrə icraata onun inzibati xəta törədilməsinə aidiyyəti olmadıqda və ya təqsirliliyi sübuta yetirilmədikdə, o cümlədən təqsirliliyin sübuta yetirilməsində qanuna zidd olaraq əldə olunmuş sübutlardan istifadə edildikdə xitam verilir; 105.1-ci maddəsinə görə həmin Məcəllənin 53-cü maddəsində nəzərdə tutulmuş hallardan hər hansı biri olduqda, icraatında inzibati xəta haqqında iş olan hakim və ya səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xəta haqqında işin icraatına xitam verilməsi haqqında qərar qəbul edir; 135.1.5-1-ci maddəsinə əsasən bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulmuş halların müəyyən olunması inzibati xəta haqqında iş üzrə qərarın ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsasdır; 134.1.3-cü maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılaraq bu Məcəllənin 135.1.5-1-ci maddəsində nəzərdə tutulduğu hallarda qərarı ləğv edərək inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərar qəbul edilir. Qeyd olunanlara görə məhkəmə hesab edir ki, şikayət təmin edilməli, Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi Baş X8 İdarəsinin Xİİ Tağım YPX tərəfindən qəbul edilmiş xx.xx.2025-ci il tarixli, TP ******* nömrəli inzibati tənbeh vermə qərar ləğv edilməli, inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Yuxarıda göstərilənlərə və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 128- 137-ci maddələrini rəhbər tutaraq qərara aldı: Şikayət təmin edilsin. X2 barəsində Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi Baş X8 İdarəsinin Xİİ Tağım YPX tərəfindən qəbul edilmiş xx.xx.2025-ci il tarixli, TP ******* nömrəli inzibati tənbeh vermə haqqında qərar ləğv edilsin, inzibati xəta haqqında iş üzrə icraata xitam verilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində işə baxan Sabirabad Rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Hakim: Cavid Cəfərov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar