Azərbaycan Respublikası adından QƏRAR Sabirabad rayon İş № 3(056)-505/2025 19.03.2025 SABİRABAD RAYON MƏHKƏMƏSİ X4 Bağırovun sədrliyi, Anar Neymət oğlu Qafarovun katibliyi iştirakı ilə, X2 DİN BDYPİ-nin İ Tağım YPX inspektoru polis baş serjantı A.S.Abbasov tərəfindən qəbul olunmuş xx.xx.2024-cü il tarixli TP6679122 nömrəli inzibati tənbeh vermə haqqında Qərardan verdiyi şikayətə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: DİN BDYPİ-nin İ Tağım YPX inspektoru polis baş serjantı A.S.Abbasov tərəfindən qəbul olunmuş xx.xx.2024-cü il tarixli TP6679122 nömrəli inzibati tənbeh vermə haqqında Qərara əsasən xx.xx.1997-ci il təvəllüdlü X1 Xətalar Məcəlləsinin 327.1-ci maddəsində (əks istiqamətli hərəkət zolağına çıxmadan ötmə və ya manevr etmə qaydalarının pozulması) nəzərdə tutulmuş inzibati xətanı törətdiyinə görə, onun barəsində 40 manat məbləğində cərimə növündə inzibati tənbeh tətbiq edilməsi qərara alınmışdır. X5 barəsində qəbul olunmuş inzibati tənbeh vermə haqqında xx.xx.2024-cü il tarixli TP6679122 nömrəli inzibati tənbeh vermə haqqında Qərarla razılaşmayıb, həmin qərardan şikayət verərək, qərarın və həmin qərarla tətbiq edilmiş 40 manat cərimə tənbeh növünün və hesablanmış balın ləğv edilməsi, inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi barədə qərar çıxarılmasını xahiş etmişdir. X5 barəsində qəbul olunmuş xx.xx.2024-cü il tarixli TP6679122 nömrəli inzibati tənbeh vermə haqqında Qərardan verdiyi şikayəti belə əsaslandırılmışdır ki, İXM-nın təqsirli bilindiyi 327.1-ci maddəsi ilə onun barəsində qəbul olunmuş xx.xx.2024-cü il tarixli TP6679122 nömrəli inzibati tənbeh vermə haqqında Qərara görə o, xx.xx.2024-cü il tarixdə saat 10:52 radələrində özünə məxsus **-ML-*** dövlət qeydiyyat nişanlı “X8” markalı nəqliyyat vasitəsi ilə hərəkətdə olarkən Bakı-Quba yolunun 23-cü km hissəsində əks istiqamətli hərəkət zolağına çıxmaqla ötmə əməliyyatı aparmışdır. Halbuki ötmə əməliyyatı aparılması o halda olur ki, hərəkət istiqamətində 1.3 və ya 1.1 üfiqi nişanlama xətti olsun. Həmin yol üzrə bu mümkünsüzdür. Çünki yol dəmir hasarla ayrılmış və hərəkət zolağı bir istiqamətlidir, qarşı zolağa çıxma mümkünsüzdür. Qeyd edir ki, İXM-nın təqsirli bilindiyi 327.1-ci maddəsində əks istiqamətli hərəkət zolağı dedikdə “Yol hərəkəti haqqında” Qanunun 69-cu maddəsinin Vİ bəndinin İ hissəsində qeyd edilən 1.1 (əks istiqamətli nəqliyyat axınlarını ayırır və yolların təhlükəli yerlərində hərəkət zolaqlarının sərhədini, yolun hərəkət hissəsinin “giriş qadağandır” edilən sərhədlərini, nəqliyyat vasitələrinin duracaq yerlərinin sərhədlərini və avtomaqistrallara aid edilməyən yolların hərəkət hissəsinin kənarlarını göstərir) üfiqi nişanlanma olduğu halda keçərlidir. Yazılan protokol üzrə inzibati xətanın baş verdiyi yerdə həmin üfiqi nişanlanma xətti mövcud deyil. Hesab edir ki, barəsində qəbul olunmuş xx.xx.2024-cü il tarixli TP6679122 nömrəli inzibati tənbeh vermə haqqında Qərar əsassızdır və ona görə də ləğv edilməlidir. Məhkəmə iclasının yeri və vaxtı barədə lazımı qaydada məlumatlandırılmasına baxmayaraq, şikayətçi X5 və DİN BDYPİ-nin İ Tağım YPX inspektoru polis baş serjantı A.S.Abbasov məhkəmədə iştirak etməmişlər. Həmçinin şikayətçi M.Ə.Bağırov məhkəməyə ərizə göndərərək şikayətinə onun iştirakı olmadan baxılmasını xahiş etmişdir. Məhkəmə İnzibati Xətalar Məcəlləsinin 133.2.4-cü maddəsinə əsaslanaraq, şikayətə həmin şəxslərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Şikayətin dəlillərini araşdırıb və inzibati xəta haqqında işin materiallarını tədqiq edərək hesab edirəm ki, şikayətçi X2 şikayəti əsassız olduğu üçün təmin edilməməlidir. Belə ki, M.Ə.Bağırov barəsində qəbul olunmuş xx.xx.2024-cü il tarixli TP6679122 nömrəli inzibati tənbeh vermə haqqında Qərardan görünür ki, İXM-nın 327.1-ci maddəsi ilə təqsirli bilinərək barəsində 40 manat məbləğində cərimə növündə inzibati tənbeh tətbiq edilməsi üçün əsas kimi M.Ə.Bağırovun xx.xx.2024-cü il tarixdə saat 10:52 radələrində özünə məxsus **-ML-*** dövlət qeydiyyat nişanlı “X8” markalı nəqliyyat vasitəsi ilə hərəkətdə olarkən Bakı- Quba yolunun 23-cü km hissəsində əks istiqamətli hərəkət zolağına çıxmadan manevr etmə qaydalarını pozması olmuşdur. Göründüyü kimi M.Ə.Bağırova istinad olunan inzibati xəta əməli onun nəqliyyat vasitəsi ilə hərəkətdə olarkən əks istiqamətli hərəkət zolağına çıxmadan manevr etmə qaydalarını pozmasından ibarət olmuşdur. Lakin M.Ə.Bağırov yol verdiyi inzibati xəta əməlinin nədə ifadə olunmasını yanlış anlayaraq, şikayət ərizəsində hərəkətdə olarkən Bakı-Quba yolunun 23-cü km hissəsində əks istiqamətli hərəkət zolağına çıxmaması, həmin yolun dəmir hasarla ayrıldığından yolun qeyd edilən hissəsində əks istiqamətli hərəkət zolağına çıxmasının mümkünsüz olması və bununla da yolun həmin hissəsinin birtərəfli istiqamətli yol olması hallarına əsaslanaraq qərarın ləğv edilməsini tələb edir. Halbuki, mübahisələndirilən qərarın qəbul olunması üçün əsas - sürücünün əks istiqamətli hərəkət zolağına çıxması deyil, məhz əks istiqamətli hərəkət zolağına çıxmadan manevr etmə qaydalarını pozması halı olmuşdur. Yəni göründüyü kimi şikayətçi M.Ə.Bağırov, yol verdiyi inzibati xəta əməlinin nədə ifadə olunmasını yanlış anlamışdır. İnzibati Xətalar Məcəlləsinin 327.1-ci maddəsinə əsasən yol nişanlarının və ya yolların hərəkət hissəsinin işarələrinin tələblərinə riayət edilməməsinə, yaxud nəqliyyat vasitəsinin yolların hərəkət hissələrində yerləşdirilməsi, yaxud araməsafəsi, yedəyə alma, yük daşıma, sürmə təlimi keçmə, yaşayış zonasında hərəkət etmə, əks istiqamətli hərəkət zolağına çıxmadan ötmə və ya manevr etmə qaydalarının pozulmasına, səkilərlə və “Yol hərəkəti haqqında” Qanunu ilə nəzərdə tutulmamış hallarda yolun çiyni ilə hərəkət edilməsinə, nəqliyyat vasitələrindən bayıra hər hansı əşyanın atılmasına görə - 40 (qırx) manat məbləğində cərimə növündə inzibati məsuliyyət nəzərdə tutulub. Beləliklə məhkəmə araşdırılması zamanı müəyyən edilmişdir ki, şikayətçi M.Ə.Bağırov xx.xx.2024-cü il tarixdə saat 10:52 radələrində özünə məxsus **-ML-*** dövlət qeydiyyat nişanlı “X8” markalı nəqliyyat vasitəsi ilə hərəkətdə olarkən Bakı-Quba yolunun 23-cü km hissəsində əks istiqamətli hərəkət zolağına çıxmadan manevr etmə qaydalarını pozmaqla, İnzibati Xətalar Məcəlləsinin 327.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xəta əməlini törətmişdir. Məhkəmə aşağıda istinad olunan qanunvericilik normalarına və işin məhkəmədə araşdırılmış hallarına əsaslanaraq hesab edir ki, şikayətçi M.Ə.Bağırovun barəsində qəbul edilmiş mübahisələndirdiyi inzibati tənbeh vermə haqqında Qərardan verdiyi şikayətin dəlilləri (inzibati xəta əməlinin törətməməsi) dəlilləri əsassızdır və həmin dəlillər xx.xx.2024-cü il tarixli TP6679122 nömrəli inzibati tənbeh vermə haqqında Qərarın ləğvi üçün əsas ola bilməz. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir. Həmin Məcəllənin 6.1-ci maddəsinə əsasən inzibati xətalara görə inzibati tənbeh bu Məcəlləyə uyğun olaraq tətbiq edilir. Həmin Məcəllənin 6.2-cı maddəsinə əsasən inzibati xətalar haqqında işlər üzrə icraatın təmin edilməsi tədbirləri tətbiq edilərkən qanun vericiliyin tələblərinə əməl olunması yuxarı orqanların və vəzifəli şəxslərin idarə nəzarəti ilə, məhkəmə və prokuror nəzarəti ilə və şikayət etmək hüququ ilə təmin edilir. Həmin Məcəllənin 9.1-ci maddəsinə əsasən inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına uyğun, qanuni və əsaslı olmalıdır. Məhkəmə hesab edir ki, DİN BDYPİ-nin İ Tağım YPX inspektoru polis baş serjantı A.S.Abbasov tərəfindən qəbul olunmuş xx.xx.2024-cü il tarixli TP6679122 nömrəli inzibati tənbeh vermə haqqında Qərar qanuni və əsaslı olduğundan, həmin qərarın ləğv edilməsinə dair şikayət əsassızdır və təmin edilməməlidir. Göstərilənlərə əsasən və İnzibati Xətalar Məcəlləsinin 40, 43, 48-51, 53, 75, 84, 105, 114, 128-130-cu maddələrini rəhbər tutaraq QƏRARA ALDİ: X2 DİN BDYPİ-nin İ Tağım YPX inspektoru polis baş serjantı A.S.Abbasov tərəfindən qəbul olunmuş xx.xx.2024-cü il tarixli TP6679122 nömrəli inzibati tənbeh vermə haqqında Qərardan verdiyi şikayət əsassız olduğu üçün təmin edilməsin. Qərar rəsmi qaydada təqdim edildiyi gündən 10 (on) gün müddətində Sabirabad Rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Şirvan Apellyasiya Məhkəməsinə şikayət verilə bilər.
Məhkəmə qərarları › İş №3(056)-505/2025
Sabirabad Rayon Məhkəməsi Qərar — İş №3(056)-505/2025
19.03.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver