Məhkəmə qərarları › İş №3(056)-513/2023

Sabirabad Rayon Məhkəməsi Qərar — İş №3(056)-513/2023

01.05.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Sabirabad rayon İş № 3(056)-513/2023 01.05.2023 SABİRABAD RAYON MƏHKƏMƏSİ Mən, Sabirabad Rayon Məhkəməsinin hakimi X5 Əliyev Ələkbər Əlisahib oğlunun katibliyi ilə xx.xx.1988-ci ildə Sabirabad rayonunda anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, Sabirabad rayonu, Kovlar kəndində qeydiyyatda olan və həmin ünvanda yaşayan X7 barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 529.3-cü maddəsi ilə Sabirabad Rayon Polis Şöbəsindən daxil olmuş inzibati xəta haqqında materiala Sabirabad Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, müəyyənetdim: Sabirabad Rayon Məhkəməsinə Sabirabad Rayon Polis X1 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin (bundan sonra İXM-nin) 529.3-ci maddəsi ilə inzibati xəta törətməsinə dair prtokol və protokol ətrafında toplanmış material daxil olmuşdur. Daxil olmuş xx.xx.2023-cü il tarixli İXP ******* nömrəli protokoldan görünür ki, Sabirabad rayonu, Qaraqaşlı kəndində yaşayan X7 xx.xx.2022-ci ildə «Toyota Highlander» minik markalı **-MU-*** dövlət nömrə nişanlı nəqliyyat vasitəsi ilə İXM-nin 469.3-cü maddəsi ilə tərtib edilmiş protokol əsasında qəbul edilmiş 50 manat məbləğində cərimə növündə inzibati tənbeh tətbiq edilməsi haqqında qərarı qanuni qüvvəyə mindiyi gündən 3 (üç) ay müddətində qanunla müəyyən edilmiş əsaslar olmadan icra etməmişdir. Məhkəmə iclasının vaxtı və yeri haqqında lazımı qaydada xəbərdar edilmiş barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs X7 heç bir üzrlü səbəb olmadan məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmiş və ondan işə baxılmasını təxirə salmaq haqqında vəsatət daxil olmamışdır.Məhkəmə İXM-nin 61.3-cü maddəsinə əsaslanaraq hesab edir ki, inzibati xəta törətmiş X3 təqsirli bilindiyi maddənin sanksiyasında inzibati həbs nəzərdə tutulmadığından və onun tərəfindən işə baxılmasını təxirə salmaq haqqında vəsatət daxil olmadığından nzibati materiala barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin iştirakı olmadan baxıla bilər. Məhkəmə inzibati xəta haqqında xx.xx.2023-cü il tarixli İXP ******* nömrəli protokolu və ona əlavə edilmiş sənədləri araşdıraraq və məhkəmə iclasında tədqiq edilmiş sübutlara qiymət verərək belə nəticəyə gəlir ki, X2 əməlində İXM-nin 529.3-cü maddəsinin tərkibi vardır və o, həmin maddə ilə də təqsirli bilinərək barəsində inzibati tənbeh tətbiq edilməlidir. xx.xx.2023-cü il tarixli EQ11666513 saylı qərarın surətindən görünür ki, X7 xx.xx.2022-ci il tarixdə idarə etdiyi «Toyota Highlander» minik markalı **-MU-*** dövlət nömrə nişanlı nəqliyyat vasitəsi ilə İXM-nin 469.3-cü maddəsi ilə 50 manat məbləğində cərimə edilmiş və dəbbə pulu 30 manat hesablanmış, cəmi 80 manat təşkil edir. İXM-in 529.3-cü maddəsinə əsasən yol hərəkəti qaydaları əleyhinə olan inzibati xətaların, yaxud bu Məcəllənin 353.2-ci maddəsində nəzərdə tutulan inzibati xətanın törədilməsinə görə inzibati cərimə növündə inzibati tənbeh tətbiq etmə haqqında qərarın qanuni qüvvəyə mindiyi gündən 3 ay müddətində qanunla müəyyən edilmiş əsaslar olmadan icra edilməməsinə görə -nəqliyyat vasitəsini idarə etmək hüququ altı aydan bir ilədək müddətə məhdudlaşdırılır. İXM-nin 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. İXM-nin 21-ci maddəsinə əsasən inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Məhkəmə X3 əməlində İXM-nin 32 və 33-cü maddələrində nəzərdə tutulmuş inzibati xətaya görə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran halları müəyyən etmədi. Məhkəmə İXM-nin 31.2-ci maddəsinin tələbinə əsasən inzibati xəta törətmiş X4 inzibati tənbeh tətbiq edərkən onun törətdiyi xətanın xarakterini, şəxsiyyətini, təqsirinin dərəcəsini, iş üzrə məsuliyyəti yüngülləşdirən və iş üzrə məsuliyyəti ağırlaşdıran halların olmamasını nəzərə alaraq, barəsində təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulmuş nəqliyyat vasitələrini idarə etmə hüququnun müəyyən müddətə məhdudlaşıdırlması növündə inzibati tənbeh tətbiq edilməsini məqsədə müvafiq hesab edir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 40,43, 48-51, 114, 128-150-ci maddələrini rəhbər tutaraq, q ə r a r a a l d ı m: X7 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 529.3-cü maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinib 6 (altı) ay müddətə nəqliyyat vasitələrini idarə etmə hüququ məhdudlaşdırılsın. Qərardan təqdim edildiyi vaxtdan 10 gün müddətinə Sabirabad Rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar