Azərbaycan Respublikası adından QƏRAR Sabirabad rayon İş № 3(056)-515/2025 05.03.2025 SABİRABAD RAYON MƏHKƏMƏSİ Hakim Allahverdiyev Səlim Məhərrəm oğlunun sədrliyi, Məsləhətçi (məhkəmə iclasının katibi) Quliyev Mətin Azər oğlunun katibliyi, İnzibati protokol tərtib etmiş şəxs Sabirabad RPŞ-nin X1 polis sahə rəisi X2, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan fiziki şəxs Şəxs, Zərərçəkmiş şəxs iştirakları ilə, xx xxxxxx 2003-cı ildə Tovuz rayonunun Qovlar qəsəbəsində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, subay, fərdi əməklə məşğul olan, Tovuz rayonu, Qovlar şəhəri, N.Nərimanov küçəsi, 81 saylı evdə yaşayan Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsi ilə inzibati xəta törətməsinə dair Sabirabad rayon Polis şöbəsindən daxil olmuş inzibati xəta haqqında materiala Sabirabad Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Sabirabad rayon Polis şöbəsindən daxil olmuş inzibati xəta haqqında materiala görə, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan fiziki şəxs Şəxs xx.xx.2025-ci il tarixdə “Tik-tok” sosial şəbəkəsində Zərərçəkmiş şəxs aldadaraq 100 manat pulunu mənimsəmişdir. Bununla da o, Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs məhkəmə iclası zamanı izahatında göstərdi ki, o, Tovuz rayonunda yaşamaqla fərdi qaydada ofisiant işləyir. Onun Zaza ləqəbli qonşusu vardır. Həmin qonşusu Rusiya Federasiyasında yaşayır. Bir neçə ay əvvəl qonşusu Saşa onunla əlaqə saxlayaraq adına kart hesabları açmasını, həmin kartlara köçəcək vəsaitləri bildirəcəyi hesablara göndərməsini, bunun qarşılığında ona hər ödənişə görə 50 manat pul verəcəyini bildirmiş, o, Zaza ilə razılaşmış və adına 5 ədəd kart hesabı açmışdır. Həmin kartlara indiyə kimi ümumilikdə 100.000 (bir yüz min) manatdan çox vəsait köçmüş, o, həmin vəsaitləri tapşırılan şəxslərə çatdırmışdır. Hazırda zərərçəkənin onu aldadıb pulunu alması barədə tələbinə münasibətdə isə bildirir ki, o, həmin vəsaitin Əvəzə məxsus olmasını bilməmiş, Şasa ona zəng edərək hesabına 100 manat pul köçürüləcəyini bildirmiş və kart hesabı istəmiş, bu dəfə o, ehtiyat edərək tanışı Emilin kart hesabını istəyib həmin hesabı göndərmiş, 100 manat pul Emilin hesabına köçdükdən sonra Emildən həmin vəsaiti anasına məxsus kart hesabına göndərməsini istəmişdir. Həmin pulu da Zazanın bildirdiyi hesaba göndərmişdir. Bir müddət sonra Emil onunla əlaqə saxlayıb polislərin hesabına köçmüş pulla bağlı onu axtardığını bildirmiş, həmin vaxt o, qorxusundan telefonunu format etmişdir ki, polis əməkdaşları onu axtaracağı zaman telefonundan heç bir şey aşkar edilməsin. O, Əvəzə məxsus pulu talamamışdır. Ona görə də o, barəsində ədalətli qərar qəbul edilməsini xahiş edir. Zərərçəkmiş şəxs X3 məhkəmə iclası zamanı izahatında göstərdi ki, o, Sabirabad rayonunda yaşamaqla fərdi qaydada ofisiant işləyir. Maddi imkanı zəif olduğu üçün o, “Tiktok” sosial şəbəkəsində telefon axtarmış, bir səhifə qarşısına çıxmış, orada 100 manata telefon satılmasını görmüş, səhifədə qoyulan nömrə ilə əlaqə saxlamış, lakin zəng çatmamışdır. Bundan sonra o, həmin sosial şəbəkədə yazışaraq telefonu almaq istədiyini bildirmiş, ona kart hesabı göndərilərək telefonun pulunun həmin hesaba göndərilməsi tələb edilmiş, telefonun Naxçıvanda olduğu, bir həfətəyə ona çatdırılacağı bildirilmişdir. O, telefonun başqasına satılacağından ehtiyat edərək, pulu həmin hesaba göndərmişdir. Həmin zamandan bir neçə gün keçəndən sonra o, telefonu ona aldığı səhifə ilə əlaqə saxlamağa çalışsa da, bu mümkün olmamış, bundan sonra polis orqanına şikayət etmişdir. Hazırda o, şikayətçidir. Polis şöbəsində izahatı alınanda da məlum oldu ki, bu şəxs xeyli sayda insanların pullarını mənimsəmişdir. İndi də məsuliyyətdən yayınmaq üçün yalan danışır. Əgər bu puldan xəbəri yox idisə, niyə həmin pul sonradan onun anasının kart hesabına köçürülmüşdür? Ona görə də o, bu şəxsin həbs edilməsini məhkəmədən xahiş edir. Məhkəmə izahatı dinləyib, inzibati xəta haqqında xx.xx.2025-ci il tarixli, MN № ******* saylı protokolu və ona əlavə edilmiş sənədləri araşdıraraq hesab edir ki, Şəxs əməlində Azərbaycan Respublikasının İXM-nin 227-ci maddəsinin tərkibi vardır və o, həmin maddə ilə təqsirli bilinərək barəsində inzibati tənbeh tətbiq edilməlidir. Azərbaycan Respublikasının İXM-nin 227-ci maddəsinə əsasən, xırda talama, yəni oğurlama, mənimsəmə, israfçılıq, qulluq mövqeyindən sui-istifadə və ya dələduzluq yolu ilə özgəsinin əmlakını talamağa görə -yüz altmış saatdan iki yüz qırx saatadək ictimai işlər və ya işin hallarına görə, xətanı törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət sayılmadıqda isə üç ayadək müddətə inzibati həbs tətbiq edilir. İnzibati tənbehin məqsədlərindən bəhs edən İXM-nin 21-ci maddəsinə əsasən, inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. İnzibati tənbehin məqsədlərindən bəhs edən İXM-nin 21-ci maddəsinə əsasən, inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Məhkəmə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs əməlində inzibati xətaya görə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran halları müəyyən etmədi. Məhkəmə hesab edir ki, hazırkı iş üzrə inzibati xəta törətmiş şəxsə törətdiyi inzibati xətanın sanksiyasında nəzərdə tutulmuş alternativ inzibati tənbehlə (ictimai işlər növündə tənbehlə) deyil, yalnız inzibati həbs növündə inzibati tənbeh verilməsi ilə inzibati tənbehin məqsədlərinə nail oluna bilər. Belə ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs özünü törətdiyi əmələ münasibətdə təqsirli bilməməklə yanaşı, qanunsuz hərəkət etməmiş kimi davranmaqdadır, əməlinə tənqidi yanaşmır. Halbuki, əldə edilərək öyrənilmiş rədd materialından da görünür ki, həm hazırki zərərçəkənə məxsus olmuş pul vəsaiti barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin tapşırığı ilə Emil adlı şəxsin kart hesabına, həmin hesabdan da yenə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin tapşırığı ilə onun anasına məxsus kart hesabına köçürülmüş, bu formada bir neçə və müxtəlif məbləğlərdə pul vəsaitlərinin köçürülməsi əməliyyatları həyata keçirilmişdir. Azərbaycan Respublikasının İXM-nin 31.4-cü maddəsinə əsasən, bu Məcəllənin Xüsusi hissəsində inzibati xətanın törədilməsinə görə müəyyən edilən inzibati tənbehin yalnız yuxarı həddi müəyyən edildikdə, tətbiq edilən inzibati tənbeh onun yuxarı həddinin dörddə birindən az ola bilməz. Məhkəmə, inzibati həbs növündə tənbeh tədbiri tətbiq edərkən, həbsetmə müddətini həm Azərbaycan Respublikasının İXM-nin 31.4-cü maddəsinin tələblərinin, həm də işin hallarını nəzərə alınmaqla 1 (bir) ay müddətinə müəyyən edilməsini məqsədəmüvafiq hesab edir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 31, 34, 40, 43, 48-51, 114, 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək 1 (bir) ay müddətinə inzibati qaydada həbs edilsin. İnzibati həbsetmənin əvvəli 05 mart 2025-ci il tarixdən saat 01:10-dan hesablansın. Qərarın icrası Sabirabad rayon Polis Şöbəsinə həvalə edilsin. Qərardan, surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Sabirabad Rayon Məhkəməsi vasitəsilə Şirvan Apellyasiya Məhkəməsinə apelyasiya şikayət və ya protest verilə bilər.
Məhkəmə qərarları › İş №3(056)-515/2025
Sabirabad Rayon Məhkəməsi Qərar — İş №3(056)-515/2025
05.03.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver