Azərbaycan Respublikası adından QƏRAR Sabirabad rayon İş № 3(056)-516/2025 06.03.2025 SABİRABAD RAYON MƏHKƏMƏSİ X2 Bağırovun sədrliyi, Anar Neymət oğlu Qafarovun katibliyi ilə, protokolu tərtib etmiş şəxs - Sabirabad rayon X6 Təhlükəsizlik Bölməsinin sahə rəisi X1 və barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakı ilə, xx.xx.1984-cü il tarixdə Balakən rayon Hənifə kəndində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, evli, işləməyən, Balakən rayon Hənifə kəndində qeydiyyatda olmaqla yaşayan Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 523.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətaları törətməsinə dair Sabirabad Rayon Polis Şöbəsindən daxil olmuş inzibati xəta haqqında xx.xx.2025-ci il tarixli MN 2295058№-li Protokola və inzibati xəta haqqında iş üzrə toplanmış materiala Sabirabad Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİM: Sabirabad rayon X6 Təhlükəsizlik Bölməsinin sahə rəisi X4 tərəfindən tərtib edilmiş xx.xx.2025-ci il tarixli MN 2295058№-li inzibati xəta haqqında Protokola və inzibati xəta haqqında iş üzrə toplanmış materiala görə Şəxs xx.xx.2025-ci il tarixdə saat 09:25-də Sabirabad şəhəri H.Əliyev prospektində avaraçılıq və dilənçiliklə məşğul olmuşdur. Bu əməlinə görə onun barəsində İnzibati Xətalar Məcəlləsinin (bundan sonra İXM-nın) 523.1-ci maddəsində nəzərdə tutlmuş inzibati xətanın törətməsinə dair Protokol tərtib edilərək baxılması üçün məhkəməyə göndərilmişdir. Məhkəmə iclasında iştirak etmiş barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Şəxs ona istinad olunan İXM-nın 523.1-ci maddəsində nəzərdə tutlmuş inzibati xəta əməlini etiraf edib, əməlindən peşmançılıq hissi keçirdiyini və bir daha bu cür hallara yol verməyəcəyini bildirərək, ona yüngül tənbeh tətbiq edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə araşdırılması zamanı müəyyən olunmuşdur ki, barəsində iş üzrə inzibati icraat aparılan şəxs Şəxs xx.xx.2025-ci il tarixdə saat 09:25-də Sabirabad şəhəri H.Əliyev prospektində bir nəfər şəxsin küçədə avaraçılıq və dilənçiliklə məşğul olmuşdur. İXM-nin 523.1-ci maddəsinə əsasən Avaralıqla məşğul olmağa görə -vətəndaşlar xəbərdarlıq edilir və ya işin hallarına görə, xətanı törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət sayılmadıqda on günədək müddətə inzibati həbs tətbiq edilir, əcnəbilər və vətəndaşlığı olmayan şəxslər xəbərdarlıq edilir və ya iyirmi manatdan iyirmi beş manatadək məbləğdə cərimə edilməklə və ya edilməməklə Azərbaycan Respublikasının hüdudlarından kənara inzibati qaydada çıxarılır. Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Şəxs, inzibati xəta haqqında iş üzrə toplanmış materialı nəzrdən keçirib hesab edirəm ki, Şəxs İXM-nın 523.1-ci maddəsi ilə nəzərdə tutulan inzibati xəta əməlini törətməsi onun özünün etirafedici izahatı ilə yanaşı, barəsində tərtib olunmuş xx.xx.2025-ci il tarixli MN 2295058№-li protokolla və inzibati xəta haqqında iş üzrə digər materiallarla tam sübuta yetirilmişdir. Qeyd edilən əməlin inzibati xəta olmasını aradan qaldıran hallar, həmçinin Şəxs inzibati xəta məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Onun əməli düzgün olaraq İXM-nın 523.1-ci maddəsi ilə tövsif edilmişdir. Odur ki, İnzibati Xətalar Məcəlləsinin tələblərinə müvafiq olaraq təqsirli Şəxs barəsində inzibati tənbeh vermə haqqında qərar qəbul edilməli və ona təqsirli bilindiyi İXM-nın 523.1-ci maddəsi ilə müəyyən edilmiş sanksiya həddində ədalətli tənbeh tətbiq edilməlidir. İnzibati tənbehin məqsədlərindən bəhs edən İXM-nın 21-ci maddəsinə əsasən inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs inzibati tənbeh tətbiq edərkən onun şəxsiyyətini, xətanın xarakterini və təqsirinin dərəcəsini nəzərə alaraq hesab edirəm ki, hazırkı iş üzrə İXM-nın 523.1-ci maddəsi ilə inzibati xəta əməlini törətmiş Şəxsya həmin maddənin sanksiyasında nəzərdə tutulmuş xəbərdarlıq növündə inzibati tənbeh verilməsi ilə inzibati tənbehin məqsədlərinə nail oluna bilər. Göstərilənlərə əsasən və İnzibati Xətalar Məcəlləsinin 31, 40, 43, 48-51, 114, 128-130-cu maddəsi ni rəhbər tutaraq QƏRARA ALDİM: Sabirabad rayon Polis Şöbəsindən daxil olmuş xx.xx.2025-ci il tarixli MN 2295058№-li inzibati xəta haqqında Protokola əsasən Şəxs İnzibati Xətalar Məcəlləsinin 523.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xəta törətməsində təqsirli bilinsin və ona xəbərdarlıq edilsin. Qərarın icrası Sabirabad rayon Polis Şöbəsinə həvalə edilsin. Qərardan, surəti təqdim edildiyi və ya alındığı gündən on gün müddətində Sabirabad Rayon Məhkəməsi vasitəsilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayət və ya protest verilə bilər. Barəsində iş üzrə inzibait icraat aparılan şəxs Şəxs: Özümü təqsirli bilmirəm. SƏDRLİK EDƏN MƏHKƏMƏNİN MÜŞAVİRƏ OTAĞİNA GEDİR. SƏDRLİK EDƏN MÜŞAVİRƏ OTAĞİNDAN QAYİDİR. Sədrlik edən Qərarı elan edərək, qərarın məzmununu, şikayət vermə müddətini və qaydasını izah edir, Sədrlik edən məhkəmə iclasını bağlı elan edir. İclas: 18:00-da qurtardı Sədrlik edən: Katib: İş№ 3(056)-737/2023 İnzibati xəta haqqinda işin baxilmağa hazırlanmasi haqqinda QƏRARDAD xx.xx.2024-cü il Sabirabad şəhəri Mən, Sabirabad Rayon Məhkəmsinin hakimi Bağırov Nurəddin Abuzər oğlu, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin -523.1-ci maddəsi ndə nəzərdə tutulmuş inzibati xəta əməlin i törətməsinə dair Sabirabad rayon Polis Şöbəsindən daxil olmuş materiala baxaraq MÜƏYYƏN ETDİ: Sabirabad rayon X6 Təhlükəsizlik Bölməsinin sahə rəisi, polis leytenantı X5 tərəfindən tərtib edilmiş xx.xx.2025-ci il tarixli MN 2295058№-li inzibati xəta haqqında Protokola və inzibati xəta haqqında iş üzrə toplanmış materiala görə Sabirabad şəhəri, sakini Şəxs xx.xx.2024-cü il tarixdə saat 15:30 radələrində bir nəfər şəxs küçədə hərkət edən zaman telfon ilə danışaarkən nalayiq ifadələr işlətmiş və bununla da ictimai qaydanı pozmuşdur. Bu əməlinə görə onun barəsində İnzibati Xətalar Məcəlləsinin (bundan sonra İXM-nın) 523.1-ci maddəsində nəzərdə tutlmuş inzibati xətanın törətməsinə dair xx.xx.2025-ci il tarixli MN 2295058№-li inzibati xəta haqqında Protokol tərtib edilərək baxılması üçün məhkəməyə göndərilmişdir. İş üzrə toplanmış materialları araşdıraraq hesab edirəm ki, işə baxılması hakimin səlahiyyətinə aiddir, protokol və materiallar səlahiyyətli olan şəxslər tərəfindən düzgün tərtib olunmuşdur və natamam deyildir, işə baxılması üçün kifayət qədər sübutlar vardır. İşə baxılmasının təxirə salınması, iş üzrə zəruri olan əlavə materialların tələb edilməsi və ekspertizanın təyin edilməsi üçün əsas yoxdur, həmçinin vəsatət və etirazlar daxil olmamışdır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 104 və 105-ci maddəsi ndə nəzərdə tutulmuş iş üzrə icraatın dayandırılmasına və xitam verilməsinə əsas olan hallar mövcud deyildir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 106-109-cu maddəsi ni rəhbər tutaraq QƏRARA ALDİM: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin -523.1-ci maddəsi ndə nəzərdə tutulmuş inzibati xəta əməlləri törətməsinə dair işin məhkəmə baxışı Sabirabad Rayon Məhkəməsinin binasına 24 aprel 2024-cü il tarixə saat 17:40-a təyin edilsin. İşdə iştirak etmək üçün Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 61-67, 69-72-ci maddəsi ndə göstərilən şəxslər çağırılsın. Hakim: Nurəddin Bağırov
Məhkəmə qərarları › İş №3(056)-516/2025
Sabirabad Rayon Məhkəməsi Qərar — İş №3(056)-516/2025
06.03.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver