Azərbaycan Respublikası adından QƏRAR Sabirabad rayon İş № 3(056)-518/2025 06.03.2025 SABİRABAD RAYON MƏHKƏMƏSİ Hakim Allahverdiyev Səlim Məhərrəm oğlunun sədrliyi, X4 oğlunun katibliyi, İnzibati xəta haqqında prorokolu tərtib etmiş şəxs, Sabirabad RPŞ-nin X1 sahə rəisi, polis mayoru X3, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakları ilə, xx.xx.1989-cu ildə Sabirabad rayonunun Qasımbəyli kəndində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, evli, orta təhsilli, fərdi əməklə məşğul olan, Sabirabad rayonunun Qasımbəyli kəndində qeydiyyatda olmaqla həmin ünvanda yaşayan Şəxs barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 206-cı maddəsi ilə Sabirabad rayon Polis şöbəsindən daxil olmuş inzibati xəta haqqında materiala baxaraq, məhkəmə Müəyyənetdi: Sabirabad rayon Polis şöbəsindən daxil olmuş inzibati xəta haqqında materiala görə, xx.xx.2025-ci il tarixdə Sabirabad RPŞ-də Şəxs üzərində olan əşyaları təqdim edərkən şaalvarının sol yan cibində 1 ədəd sellofan bükümdə təmiz çəkisi 0,78 qram marixuana aşkar edilmişdir. Məhkəmə iclasında iştirak edən inzibati xəta haqqında prorokolu tərtib etmiş şəxs, Sabirabad RPŞ-nin X1 sahə rəisi, polis mayoru X6 izahat verərək bildirdi ki, o, inzibati xəta haqqında protokolu cinayət işinin başlanmasının rədd edilməsi haqqında Sabirabad RPŞnin Təhqiqat bölməsinin təhqiqatçısı polis mayoru Davud Quliyevin qəbul etdiyi xx.xx.2025ci il tarixli cinayət işinin başlanmasının rədd edilməsi haqqında qərarı əsasında tərtib etmişdir. Həmin qərarla Şəxs əməlində cinayət tərkibinin olmaması qərara alınmış, onun barəsində Azərbaycan Respublikasının İXM-nin 206-cı maddəsi ilə inzibati qaydada tədbir görülməsi RPŞ-nin İTB-nə tapşırılmışdır. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs izahat verərək bildirdi ki, rəsmi olaraq heç bir yerdə işləmir. Əvvəllər taksi fəaliyyəti ilə məğul olsa da, hazırda maşınyuma yerində maşın yuyur. xx.xx.2025-ci il tarixdə günorta saatlarında tanışı X2 ona zəng edərək onu Sabirabad rayonuna aparıb gətirməyini istəmiş, o, Mirasimin yaşadığı kənd tərəfə gələrək kənd yolunda Mirasimlə görüşmüşdür. Mirasimlə birlikdə Sabirabad rayonuna gəlmiş və Mirasim burada alış-veriş edərək özünə geyim əşyaları almışdır. Bundan sonra kəndə qayıtmışlar və o, Mirasimi evinə düşürdən zaman ona gediş haqqının 10 manat olduğunu bildirmişdir. Mirasim isə ona pulunun qurtardığını və pul əvəzinə ona bir baş şey(nəşə) verə biləcəyini demiş, o da arabir narkotik vasitə istifadə etdiyindən Mirasimlə razılaşmış və Mirasim ona sellofana bükülmüş formada narkotik vasitəni vermişdir. O, həmin narkotik vasitəni gələcəkdə istifadə etmək üçün cibinə qoymuş, sonra isə hərəkətə davam etmişdir. Gecə saatlarında evə gəldikdə ailə üzvləri tərəfindən narkotik vasitənin aşkar edilməsindən ehtiyyat edib özünə məxsus "Keno" markalı siqaret qutusunun içinə qoymuşdur. xx.xx.2025-ci il tarixdə saat 12:10 radələrində Sabirabad rayonu H.Əliyev prospektində “Qlobus” adlanan yerin yaxınlığında dayanıb sərnişin gözləyərkən sərnişin qismində bir nəfər avtomobilinə əyləşmiş və onu Sabirabad RPŞ-na aparmağını bildirmişdir. O, sərnişini dediyi ünvana çatdırdıqdan sonra ona gediş haqqının 3 manat tutduğunu bildirmiş, sərnişin qismində əyləşmiş şəxs ona 5 manat pul verərək pulu çıxmağını və qalığı ona verməyini demişdir. Həmin vaxtı ona qaytaracaq xırda pulu olmadığı üçün sərnişinə gözləməsini bildirmiş, o da bir neçə dəqiqə gözlədikdən sonra ondan qalıq pulu istəmiş və o, bu zaman əsəblərinə hakim ola bilməyərək "imkanın var canın çıxır artıq pul verməyə” sözünü deyərək ünvansız nalayiq ifadələr işlətmişdir. Daha sonra sərnişin qismində əyləşmiş şəxs xidməti vəsiqəsini ona təqdim edərək RPŞ-nə gətirmişdir. RPŞ-yə çatan zaman bir nəfər polis əməkdaşı üzərində olan əşyaları təqdim etməyini təklif etmişdir. O, üzərində olan əşyaları təqdim etmişdir. Siqaret qutusuna baxış keçirilərkən qutunun içərisində olan sellofan bükümdə nə olması soruşulmuş, o, narkotik vasitə qurudulmuş marixuana olmasını bildirmişdir. Daha sonra onu təhqiqatçının yanına aparmışlar və müdafiəçi ilə təmin olunmuşdur. Müdaifəçinin yanında üzərin baxış keçirilmiş, aşkar edilmiş narkotik vasitə qablaşdırılmışdır. Hazırda o, əməlindən peşmandır. İlk dəfədir ki, inzibati xəta törədir. Ailəli olmaqla, himayəsində iki azyaşlı övladı olmaqla ailəsinə yeganə qazanc gətirən şəxsdir. Övladlarından biri astma xəstəsidir. Göstərdiklərinə əsasən o, məhkəmədən barəsində həbslə bağlı olmayan tənbeh tədbiri tətbiq edilməsini xahiş edir və söz verir ki, bir daha narkotik vasitə qəbul etməyəcəkdir. Sabirabad RPŞ-nin Təhqiqat bölməsinin təhqiqatçısı polis mayoru Mirfərid Həsənli tərəfindən qəbul edilmiş «Cinayət işi başlanmasının rədd edilməsi haqqında» xx.xx.2025-ci il tarixli qərardan görünür ki, Şəxs əməlində cinayət tərkibi olmadığından barəsində toplanmış material üzrə cinayət işi başlanmasının rədd edilməsi, Şəxs barəsində Azərbaycan Respublikasının İXM-nin 206-ci maddəsi ilə inzibati qaydada tədbir görülməsi üçün qəbul edilmiş qərarın surətinin RPŞ-nin İTB-nə göndərilməsi qərara alınmışdır. Məhkəmə izahatları dinləyib, inzibati xəta haqqında xx.xx.2025-ci il tarixli, MN ******* nömrəli protokolu və ona əlavə edilmiş sənədləri araşdıraraq hesab edir ki, Şəxs əməlində Azərbaycan Respublikasının İXM-nin 206-cı maddəsinin tərkibi vardır və o, həmin maddə ilə təqsirli bilinərək barəsində inzibati tənbeh tətbiq edilməlidir. Azərbaycan Respublikasının İXM-nin 206-cı maddəsinə əsasən, qanunsuz olaraq narkotik vasitələrin, psixotrop maddələrin istehlakına, satış məqsədi olmadan şəxsi istehlak miqdarında hazırlanmasına, əldə edilməsinə, saxlanılmasına, daşınmasına və ya göndərilməsinə görə-üç yüz manatdan dörd yüz manatadək məbləğdə cərimə edilir, işin hallarına görə və xətanı törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət sayılmadıqda isə iki ayadək müddətə inzibati həbs tətbiq edilir. İnzibati tənbehin məqsədlərindən bəhs edən Azərbaycan Respublikasının İXM-nın 21ci maddəsinə əsasən inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Həmin Məcəllənin 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakretizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Məhkəmə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs ilk dəfə inzibati xəta törətməsini, əməlindən peşman olmasını, ailə vəziyyətini və ailəsinə yeganə qazanc gətirən şəxs olmasını məsuliyyətini yüngülləşdirən hallar kimi nəzərə alır. Barəsində inzibati xəta haqqında iş üzrə icraat Şəxs əməlində Azərbaycan Respublikasının İXM-nin 32-ci maddəsində nəzərdə tutulmuş məsuliyyəti ağırlaşdıran hallar müəyyən edilmədi. Azərbaycan Respublikasının İXM-nin 9.1-ci maddəsinə görə inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli, yəni inzibati xətanın xarakterinə, onun törədilməsi hallarına uyğun, qanuni və əsaslı olmalıdır. Məhkəmə yuxarıda qeyd olunan halları nəzərə alaraq belə qənaətə gəlir ki, İnzibati Xətalar Məcəlləsinin pozuntusuna yol verilmiş maddənin sanksiyasında nəzərdə tutulmuş inzibati həbs tənbeh tədbirinin barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin ilk dəfə inzibati xəta törətməsi, ailəsinə yeganə qazanc gətirən şəxs olması səbəbi ilə tətbiq edilməsi məqsədəmüvafiq deyildir. Bu əsasla onun barəsində inzibati cərimə növündə tənbeh tədbiri tətbiq edilməli, cərimə tənbehinin həddi isə şəxsin məsuliyyətini daha dərindən dərk edə bilməsi üçün onun bir qədər maddi sıxıntıya məruz qalması məqsədilə maksimum həddə müəyyən edilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 40, 43, 48-51, 114, 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə Qərara aldı: Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 206-ci maddəsi ilə təqsirli bilinib barəsində 400 (dörd yüz) manat məbləğində cərimə tənbeh tədbiri tətbiq edilsin. Qərarın icrası Sabirabad rayon İcra və Probasiya Şöbəsinə həvalə edilsin. Qərardan təqdim edildiyi vaxtdan 10 gün müddətində Sabirabad Rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər.
Məhkəmə qərarları › İş №3(056)-518/2025
Sabirabad Rayon Məhkəməsi Qərar — İş №3(056)-518/2025
06.03.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver