Azərbaycan Respublikası adından QƏRAR Sabirabad rayon İş № 3(056)-531/2024 05.04.2024 SABİRABAD RAYON MƏHKƏMƏSİ X2 Allahverdiyevin sədrliyi, Məhkəmə iclasının katibi Quliyev Mətin Azər oğlunun katibliyi, Protokolu tərtib etmiş şəxs, Sabirabad rayon İcra və Probasiya şöbəsinin icra məmuru X1 və barəsində iş üzrə inzibati icraat aparılan şəxs Şəxs iştirakları ilə, xx.xx.1991-ci il tarixdə Sabirabad rayonunda anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, evli, orta təhsilli, işləməyən, Sabirabad rayonunun Şəhriyar kəndində qeydiyyatda olmaqla həmin ünvanda yaşayan Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 529.2-ci maddəsi ilə Sabirabad rayon İcra və Probasiya şöbəsindən daxil olmuş inzibati xəta haqqında materiala baxaraq, məhkəmə MÜƏYYƏNETDİ: Sabirabad Rayon Məhkəməsinə Sabirabad rayon İcra və Probasiya şöbəsindən Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 529.2-ci maddəsi ilə tərtib edilmiş inzibati xəta haqqında protokol daxil olmuşdur. Daxil olmuş protokoldan görünür ki, Nəzərov X3 Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli, 3(056)-396/2021 saylı qərarının icrası ilə əlaqədar icra məmurunun qanuni tələblərini yerinə yetirməyərək icra sənədini üzrsüz səbəbdən icra etməmişdir. Sabirabad rayon icra və Probasiya Şöbəsinin icra məmuru X4 izahat verərək qeyd etmişdir ki, borclu Şəxs barəsində olan xx.xx.2021-ci il tarixli qərar xx.xx.2024-cü il tarixində 17 saylı Cəzaçəkmə müəssisəsindən aiddiyəti üzrə göndərilməkə Sabirabad rayon İcra və Probasiya şöbəsinə daxil olmuş və icra tədbirlərinin həyata keçirilməsi üçün bütün qanuni tədbirlər görülmüşdür. Lakin borclu Şəxs qərar üzrə cərimə borcunu tam ödəməkdən qərəzli olaraq boyun qaçırır. Belə ki, o, təyin edilmiş cərimə borcundan qalıq qalan 2740 manat cəriməni ödəmək istəmir. Borclu maddi imkanı olmadığını bildirir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs məhkəmə iclası zamanı özünü qismən təqsirli bilərək izahatında göstərdi ki, o, Sabirabad rayon Məhkəməsinin müvafiq qərarına əsasən Azərbaycan Respublikasının İXM-nin 232-1-ci maddəsi ilə təqsirli bilinib 3850 manat məbləğində cərimə edilmişdir. Sonra azadlıqdan məhrumetmə cəzasına məhkum edilmiş, cəzasını 17 saylı Cəzaçəkmə müəssisəsində çəkmiş, xx.xx.2023-cü ildə cəzasının çəkilməmiş qalan hissəsindən vaxtından əvvəl azad edilmişdir. Cəza çəkdiyi müddətdə müəssisədə işləməklə əmək haqqından tutulmalar aparılaraq 1110 manat dövlət nəfinə ödənilmişdir. Hazırda o, işsizdir. Azad edildikdən sonra evdə xəstə yatır. Qabırğası sındığı üçün mütəmadi halsız olur və ağır işlərdə işləmək imkanında deyildir. 3 övladı vardır, ailəsinin tələbatını taksi fəaliyyəti ilə məşğul olan atası qarşılayır. Gündəlik siqaret pulunu da atası verir. Cəriməni atasının maşınını yandırdığı üçün ona tətbiq etmişdilər. Hazırda atası da onu bağışlamışdır. Özü vərəm xəstəliyindən əziyyət çəkir. Psixoloji cəhətdən də əziyyət çəkir. İşləmək imkanı olsa idi işləyib həmin pulu dövlət nəfinə ödəyərdi. Lakin bu imkana malik deyildir. Məhkəmə qərarının icrasından qərəzli boyun qaçırmır. Göstərdiklərinə əsasən o, barəsində yüngül inzibati tənbeh tətbiq edilməsini xahiş edir. Protokola əlavə edilmiş: Sabirabad Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli, 3(056)-396/2021 saylı qərarının surətindən görünür ki, Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 232-1-ci maddəsi ilə təqsirli bilinib 3850 manat məbləğində cərimə edilmişdir. Tələbin könüllü icrası barədə icra məmuru tərəfindən xx.xx.2021-ci il tarixli qərarla icraata başlanılmış və borcluya könüllü icra üçün 10 günlük müddət verilmişdir. xx.xx.2022-ci il tarixli icra sənədinin aidiyyatı üzrə göndərilməsi barədə qərardan görünür ki, Sabirabad Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli, 3(056)-396/2021 saylı icra sənədi icra olunması üçün aidiyyatı üzrə 17 saylı Cəzaçəkmə Müəssisəsinə göndərilmişdir. 17 saylı Cəzaçəkmə Müəssisəsinin xx.xx.2023-cü il tarixli məktubundan görünür ki, Şəxs cəzasının çəkilməmiş qalan hissəsindən vaxtından əvvəl azad edilmiş, icra sənədi üzrə onun 2740 manat borcu qalmışdır. Ödənilməmiş qalan hissədə icra sənədi icra olunması üçün Sabirabad rayon İcra və Probasiya şöbəsinə göndərilmiş, məktub İcra şöbəsində xx.xx.2024-cü ildə qeydiyyata alınmışdır. Məhkəmə inzibati xəta haqqında xx.xx.2024-cü il tarixli, MN ******* nömrəli protokolu və ona əlavə edilmiş sənədləri araşdıraraq hesab edir ki, Şəxs əməlində İXM-nin 529.2-ci maddəsinin tərkibi vardır və o, həmin maddə ilə təqsirli bilinərək barəsində inzibati tənbeh tətbiq edilməlidir. Azərbaycan Respublikası İXM-nin 529.2-ci maddəsinə görə yol hərəkəti qaydaları əleyhinə olan inzibati xətaların və bu Məcəllənin 353.2-ci maddəsində nəzərdə tutulan inzibati xətanın törədilməsinə görə inzibati cərimə istisna olmaqla, inzibati cərimə növündə inzibati tənbeh tətbiq etmə haqqında məhkəmə qərarının qanuni qüvvəyə mindiyi gündən 25 gün müddətində qanunla müəyyən edilmiş əsaslar olmadan icra edilməməsinə görə -yüz altmış saatdan iki yüz qırx saatadək ictimai işlər, işin hallarına görə və xətanı törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət sayılmadıqda isə üç ayadək müddətə inzibati həbs tətbiq olunur. Məhkəmə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs ailə, sağlamlıq və əmlak vəziyyətini İXM-nin 32-ci maddəsinə əsasən məsuliyyəti yüngülləşdirən hallar kimi nəzərə alır. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs əməlində İXM-nin 33-cü maddəsində göstərilən məsuliyyəti ağırlaşdıran hallar müəyyən edilmədi. İnzibati tənbehin məqsədlərindən bəhs edən İXM-nin 22-ci maddəsinə əsasən inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati barəsində inzibati icraat aparılan şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Məhkəmə Şəxs barəsində inzibati tənbeh tədbiq edərkən, İXM-in 31.2-ci maddəsinə müvafiq olaraq xətanın xarakterini, törədilmə şəraitini, inzibati barəsində inzibati icraat aparılan şəxsin şəxsiyyətini, onun təqsirinin dərəcəsini, sağlamlıq və ailə vəziyyətini nəzərə almaqla, barəsində təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulmuş hədd daxilində ictimai işlər növündə tənbehinin tətbiq edilməsini məqsədəmüvafiq hesab edir. İctimai işlər növündə tənbeh tədbiri tətbiq edilərkən məhkəmə şəxs barəsində tətbiq edilmiş cərimə tənbehinin ödənilmiş və ödənilməmiş qalan miqdarını nəzərə alır. İXM-nin 9.1-ci maddəsinə görə inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli, yəni inzibati xətanın xarakterinə, onun törədilməsi hallarına uyğun, qanuni və əsaslı olmalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 40,43, 48-51, 114, 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə R A R A A L D İ: Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 529.2-ci maddəsi ilə təqsirli bilinsin və ona 200 (iki yüz) saat ictimai işlər növündə inzibati tənbeh tədbiri təyin edilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində işə baxan Sabirabad Rayon Məhkəməsi vasitəsilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər.
Məhkəmə qərarları › İş №3(056)-531/2024
Sabirabad Rayon Məhkəməsi Qərar — İş №3(056)-531/2024
05.04.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver