Azərbaycan Respublikası adından QƏRAR Sabirabad rayon İş № 3(056)-533/2025 12.03.2025 SABİRABAD RAYON MƏHKƏMƏSİ Mən, hakim Nurəddin Abuzər oğlu Bağırovun sədrliyi, Rəşad Akif oğlu Rüstəmovun katibliyi protokolu tərtib etmiş şəxs Sabirabad rayon X4 Təhlükəsizlik Bölməsinın sahə rəisi, X1, Zərərçəkmiş şəxs, barəsində inzibati icraat başlanmış şəxs Şəxs iştirakları ilə, xx.xx.1988-ci ildə Sabirabad rayonu Yolçubəyli kəndində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, işsiz, Sabirabad rayonu Yolçubəyli kəndində qeydiyyatda olmaqla yaşayan Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xəta törətməsinə dair Sabirabad Rayon Polis Şöbəsindən daxil olmuş inzibati xəta haqqında xx.xx.2025-ci il tarixli MN 2295078№-li Protokola və protokol ətrafında toplanmış materiala Məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Sabirabad rayon X5 Təhlükəsizlik Bölməsinin sahə rəisi X3 tərəfindən tərtib edilmiş xx.xx.2025-ci il tarixli MN 2295078№-li inzibati xəta haqqında Protokola və inzibati xəta haqqında iş üzrə toplanmış materiala görə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs xx.xx.2024-cü il tarixdə 4,02 qram kütləli, üzərində 3 ədəd rəngsiz şəffaf qaşlar olan, halqa formalı, gümüşü rəngli, qiymətsiz metal ərintisindən hazırlanmış 1 ədəd üzüyü Sabirabad şəhəri H.Əliyev prospektində yerləşən “Aqat” qızıl alqısatqı mağazasına qızıl məmulatı adı ilə 400 manata satmiş, lakin satılmış əşya qızıl olmadığı üçün zərərçəkimiş şəxsə maddi ziyan vurmuşdur. Bu əmələ görə Şəxs barəsində İnzibati Xətalar Məcəlləsinin (bundan sonra İXM-nın) 227-ci maddəsində nəzərdə tutlmuş inzibati xəta törətməsinə dair Protokol tərtib edilərək baxılması üçün məhkəməyə göndərilmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs İXM-nin 227-ci maddəsi ilə ona istinad olunan inzibati xəta törətməsində özünü təqsirli bilib və əməlindən peşimançılıq hissi keçirərək, barəsində başlanmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. Məhkəmə iclasında Zərərçəkmiş şəxs izahtında göstərmişdir ki, xx.xx.2024-cü il tarixdə günorta saatlarında rayonun Yolçubəyli kənd sakini Şəxs bir ədəd Üzərində kartier 750 probu olan üzüyü satmağı təklif etmiş, üzüyə baxıb çəkisini dəqiqləşdirmiş, Alim qızıl olduğunu inandırmış, Alimi əvvəlcədən tanıdığına görə 400 manata razılaşıb həmin qızılı almışdır. Qızıl olub-olmaması şübhəli olduğundan anası 3 gün sonra Bakı şəhərində Moskva Univermağında qızıl mağazasında aparat vasitəsilə yoxlatdırmış, üzüyün qızıl olmadığını Alimə telefonla zəng edib demişdir Sonrakı vaxtlarda dəfələrlə Alimə zəng edib pulu qaytarmasını, verdiyi üzüyü götürməsini bildirsə də, Alim pulu qaytarmaqdan imtina etmiş və telefona cavab verməmişdir. Sabirabad RPŞ-nin TB-nin təhqiqatçısı, polis mayoru Fikrət Bağırovun 15 fevral 2025-ci il tarixli «Cinayət işi başlanmasının rədd edilməsi haqqında» Qərarından görünür ki, Şəxs əməlində İXM-nin 227-ci maddəsinin tərkibi olduğundan barəsində inzibati xəta haqqında iş üzrə tədbir görülməsi üçün qərarın surətinin Sabirabad RPŞ-nin İTB-yə verilməsi, həmçinin qərarın surətinin Zərərçəkmiş şəxsa və digər maraqlı tərəflərə göndərilməklə, qərardan şikayət etmək hüququnun olmasının izah edilməsi, qərarın surətinin prosessual rəhbərliyi həyata keçirən rayon rokurorluğuna göndərilməsi, toplanmış materialların saxlanılması üçün Sabirabad RPŞ-nin arxivinə təhvil verilməsi qərara alınmışdır. Məhkəmə iclasında tədqiq edilmiş sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam qiymət verərək belə nəticəyə gəlirəm ki, Şəxs İXM-nin 227-ci maddəsində nəzərdə tutlmuş inzibati xəta törətməsində təqsirli olması Şəxs etirafedici izahatı, zərərçəkmiş şəxsin izahatı, 15 fevral 2025-ci il tarixli «Cinayət işi başlanmasının rədd edilməsi haqqında» qərarla müəyyən olumuş işin halları və inzibati işin digər materialları ilə tam sübuta yetirilir. Qeyd edilən maddə ilə müəyyən olunmuş əməlin inzibati xəta olmasını aradan qaldıran hallar yoxdur. Onun əməli düzgün olaraq İXM-nin 227-ci maddəsi ilə tövsif edilmişdir. İXM-nin 227-ci maddəsi əsasən Xırda talama, yəni oğurlama, mənimsəmə, israfçılıq, qulluq mövqeyindən sui-istifadə və ya dələduzluq yolu ilə özgəsinin əmlakını talamağa görə yüz altmış saatdan iki yüz qırx saatadək ictimai işlər və ya işin hallarına görə, xətanı törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət sayılmadıqda isə üç ayadək müddətə inzibati həbs tətbiq edilir. İXM-nin 9.1-ci maddəsinə görə inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli, yəni inzibati xətanın xarakterinə, onun törədilməsi hallarına uyğun, qanuni və əsaslı olmalıdır. İXM-nin 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyəti, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. İXM-nin 31.4-cü maddəsinə görə bu Məcəllənin Xüsusi hissəsində inzibati xətanın törədilməsinə görə müəyyən edilən inzibati tənbehin yalnız yuxarı həddi müəyyən edildikdə, tətbiq edilən inzibati tənbeh onun yuxarı həddinin dörddə birindən az ola bilməz. İXM-nin 32.2-ci maddəsinin tələblərini nəzərə alıb, hesab edirəm ki, hazırkı iş üzrə inzibati xəta törətmiş şəxsə törətdiyi inzibati xətanın sanksiyasında nəzərdə tutulmuş alternativ inzibati tənbehlə (ictimai işlər) deyil, məhz inzibati həbs növündə inzibati tənbeh verilməsi ilə inzibati tənbehin məqsədlərinə nail oluna bilər. Barəsində inzibati xəta haqqında iş üzrə icraat başlanmış Şəxs inzibati tənbeh tətbiq edərkən onun şəxsiyyətini, xətanın xarakterini, təqsirinin dərəcəsini zərərın əvəzinin ödənilmədiyini və İXM-nin 31.4-cü maddəsinin tələblərini nəzərə alaraq, Şəxs təqsirli bilindiyi İXM-nin 227-ci maddəsinin sanksiyasının həddi daxilində 23 (iyirimi üç) gün müddətinə “həbs” növündə inzibati tənbeh verilməsini daha məqsədəmüvafiq hesab edirəm. Göstərilənlərə əsasən və İnzibati Xətalar Məcəlləsinin 31, 40, 43, 48-51, 114, 128-130-cu maddələrini rəhbər tutaraq QƏRARA ALDİ: Sabirabad rayon Polis Şöbəsindən daxil olmuş xx.xx.2025-ci il tarixli MN 2295078№-li inzibati xəta haqqında Protokol əsasında Cəfərov X2 Xətalar Məcəlləsinin 227-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xəta əməlini törətməkdə təqsirli bilinsin və onun barəsində 23 (iyirimi üç) gün müddətinə həbs növündə inzibati tənbeh tətbiq edilsin. Həbs müddətinin başlanğıcı 12 mart 2025-ci il tarixdən saat 18:30-dan hesablansın. Qərarın icrası Sabirabad rayon Polis Şöbəsinə həvalə edilsin. Qərardan onun təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Sabirabad Rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər.
Məhkəmə qərarları › İş №3(056)-533/2025
Sabirabad Rayon Məhkəməsi Qərar — İş №3(056)-533/2025
12.03.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver