Məhkəmə qərarları › İş №3(056)-537/2024

Sabirabad Rayon Məhkəməsi Qərar — İş №3(056)-537/2024

07.04.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Sabirabad rayon İş № 3(056)-537/2024 07.04.2024 SABİRABAD RAYON MƏHKƏMƏSİ Məhkəmənin hakimi Allahverdiyev Səlim Məhərrəm oğlunun sədrliyi, X2 oğlunun katibliyi, Sabirabad RPŞ-nin İTB-nin polis sahə rəisi polis baş leytenantı X1, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan fiziki şəxs Şəxs iştirakları ilə, xx xxxxxxxx 1997-ci ildə Şamaxı rayonunda anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, subay, Şamaxı rayonunun 1-ci çaylı kəndində qeydiyyatda olan və yaşayan Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 510 və 535.1-ci maddələri ilə inzibati xəta törətməsinə dair Sabirabad rayon Polis Şöbəsindən daxil olmuş inzibati xəta haqqında materiala Sabirabad Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Sabirabad rayon X4 Təhlükəsizlik Bölməsinin sahə rəisi, polis baş leytenantı X3 tərəfindən məhkəməyə təqdim edilmiş inzibati xəta haqqında protokola görə, Şəxs xx.xx.2024-cü il tarixdə Sabirabad rayon Polis Şöbəsinin inzibati binasında nalayiq ifadələr işlədərək polisin qanuni tələblərinə tabe olmamış, bununla da o, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510 və 535.1-ci maddələrində nəzərdə tutulmuş inzibati xətaları törətmişdir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs məhkəmə iclasında vermiş olduğu izahatında ona istinad olunan əməl üzrə özünü təqsirli bilməyərək göstərdi ki, xx.xx.2024-cü il tarixdə idarə Sabirabad RPŞ-də olarkən qoyun oğurluğu ilə bağlı sualar verilmiş, o, onlara bazarda heyvan allışı-satışı ilə məşğul olduğunu, yaxın münasibətləri olmasa da, tanıdığı Ağaməmməd Cəfərovdan 1700 manat dəyərində 8 baş xırdabuynuzlu qoyunların aldığını, lakin həmin qoyunların oğurluq olduğunu bilmədiyini bildirmişdir. Belə ki, Ağaməmməd Cəfərov təcili pula ehtiyacı olduğu üçün 8 baş qoyunu satmaq istədiyini bildirmiş, lakin onun dediyi qiymətlə razılaşmamış, çöldə sahədə olarkən isə ona zəng edib qoyunları satmağa razılaşmış, o, üzərində olan 950 manat pulu Ağaməmmədə əlbəəl vermiş, qalan pulu isə kartdan çıxarıb vermişdir. Polis şöbəsində o, ucadan nalayiq ifadələr işlətməmiş və polis əməkdaşlarının hər hansı bir qanuni tələbini pozmamışdır. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid izahatında göstərdi ki, o, Sabirabad RPŞ-nin CAB-nin əməliyyatçı vəzifəsində işləyir. 01 aprel 2024-cü il tarixdə Kəbirə Burzayevaya məxsus 9 baş xırdabuynuzlu heyvanların oğlurlanması ilə əlaqədar şübhəli olan Şamaxı rayonunun Çaylı kənd sakini Asim Tadıqovun yeri müəyyən olunaraq Sabirabad RPİ-yə gətirilmişdir. Xidməti otaqda Şəxsla hadisə ilə bağlı söhbət apararkən heç bir səbəb olmadan o, aqressiv şəkildə usa səslə oğurluq edənin və qoyunları oğurlananın ünvanına nalayiq ifadələr işlətmiş, onu intizama dəvət etsə də, hərəkətlərini davam etdirmişdir. O da sonuncu barəsində tədbir görülməsi üçün rəhbərliyə raportla müraciət etmişdir. Şəxs ona oğurluqla bsağlı sual veriləndə suallardan yayınmaq üçün ucadan nalayiq ifadələr işlədib suallardan və hadisənin məğzindən yayınmağa niyyətlənmişdi. Hazırda da o, əməlini etiraf etməməklə qeyri-səmimi davranır və yenə də hadisə ilə bağlı sorğu-suallardan yayınmağa niyyətlənmişdir. Məhkəmə izahatı dinləyib, tədqiq edilmiş sübutları qiymətləndirməklə belə nəticəyə gəlir ki, Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 510 və 535.1-ci maddələrində nəzərdə tutulmuş inzibati xətaları törətmişdir. Azərbaycan Respublikasının İXM-nin 510-cu maddəsi ictimai qaydanı pozan, lakin fiziki şəxslər üzərində zor tətbiq olunması ilə və ya belə zorun tətbiq edilməsi hədəsi ilə, yaxud özgənin əmlakının məhv edilməsi və ya zədələnməsi ilə müşayiət edilməyən hərəkətlərə görə, həmin Məcəllənin 535.1-ci maddəsi isə polis işçisi və ya hərbi qulluqçu ictimai qaydanın mühafizə vəzifələrini icra edərkən, onların qanuni tələblərinə qəsdən tabe olmamağa görə inzibati məsulliyyət nəzərdə tutur. Azərbaycan Respublikasının İXM-nin 510-cu maddəsinə əsasən, xırda xuliqanlıq, yəni ictimai qaydanı pozan, lakin fiziki şəxslər üzərində zor tətbiq olunması ilə və ya belə zorun tətbiq edilməsi hədəsi ilə, yaxud özgənin əmlakının məhv edilməsi və ya zədələnməsi ilə müşayiət edilməyən hərəkətlərə görə-əlli manatdan yüz manatadək məbləğdə cərimə edilir, işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət sayılmadıqda, on beş günədək müddətə inzibati həbs tətbiq olunur. Həmin Məcəllənin 535.1-ci maddəsinə əsasən, polis işçisi və ya hərbi qulluqçu ictimai qaydanın mühafizə vəzifələrini icra edərkən, onların tələblərinə qəsdən tabe olmamağa görə, fiziki şəxslər iki yüz manat məbləğində cərimə edilir və ya işin halları və pozuntu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət hesab edilmədikdə bir ayadək inzibati həbs tətbiq olunur. Həmin Məcəllənin 34.3-cü maddəsinə əsasən, şəxsin eyni vaxtda öz hərəkətləri (hərəkətsizliyi) ilə törətdiyi bir neçə inzibati xətaya dair işlərə baxılması eyni orqanın səlahiyyətinə aiddirsə, həmin şəxs daha ciddi xətaya görə müəyyən edilmiş sanksiya çərçivəsində tənbeh edilir. Bu halda törədilmiş xətalardan hər hansı birinə görə nəzərdə tutulmuş əlavə tənbehlərdən biri əsas tənbehə əlavə edilə bilər. Qeyd edilən normanın tələbləri baxımından məhkəmə hesab edir ki, Azərbaycan Respublikasının İXM-in 510 və 535.1-ci maddələrində nəzərdə tutulmuş inzibati xətaları törətmiş Şəxs daha ciddi xətaya görə, yəni Azərbaycan Respublikasının İXM-nin 535.1-ci maddəsinin sanksiyası çərçivəsində tənbeh edilməlidir. Azərbaycan Respublikasının İXM-nin 31.4-cü maddəsinə əsasən, bu Məcəllənin Xüsusi hissəsində inzibati xətanın törədilməsinə görə müəyyən edilən inzibati tənbehin yalnız yuxarı həddi müəyyən edildikdə, tətbiq edilən inzibati tənbeh onun yuxarı həddinin dörddə birindən az ola bilməz. Məhkəmə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs ilk dəfə inzibati xəta törətməsini, və yaşını Azərbaycan Respublikasının İXM-nin 32-ci maddəsinə əsasən inzibati xətaya görə məsuliyyəti yüngülləşdirən hallar kimi nəzərə alır. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs əməlində həmin Məcəllənin 33-cü maddəsində nəzərdə tutulmuş inzibati xətaya görə məsuliyyəti ağırlaşdıran hallar müəyyən edilmədi. İnzibati tənbehin məqsədlərindən bəhs edən İXM-nin 21-ci maddəsinə əsasən inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Məhkəmə İXM-nin 31.2-ci maddəsinin tələblərini nəzərə alıb, inzibati xəta törətmiş Şəxs inzibati tənbeh tətbiq edərkən onun törətdiyi xətanın xarakterini, şəxsiyyətini, təqsirinin dərəcəsini nəzərə alaraq, onu qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə onun tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi ilə barəsində maddənin sanksiyasında nəzərdə tutulmuş alternativ tənbeh (cərimə) tətbiq etməyi yetərli saymır. Çünki şəxsin törətmiş olduğu inzibati xətalar baş vermiş oğurluq hadisəsi ilə əlaqədar araşdırmanın gedişatı zamanı həqiqətin müəyyən edilməsi üçün verilən suallardan yayınmaq məqsədi ilə süni şəkildə yaradılmış (şəxs tərəfindən) xətalardır. Ona görə də məhkəmə onun barəsində təqsirli bilindiyi maddələrin sanksiyasında nəzərdə tutulmuş inzibati həbs növündə tənbeh tətbiq edilməsini məqsədəmüvafiq hesab edir. Bundan əlavə o da qeyd edilməlidir ki, məhkəmə araşdırması zamanı müəyyən olundu ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs 06 aprel 2024-cü il tarixdə saat 12:30 radələrində tutulmuş, bu barədə həmin tarixdə tutma protokolu tərtib edilmiş, o, Sabirabad RPŞ-də saxlanılmışdır. Ona görə də, məhkəmə hesab edir ki, həbsetmə müddətinin əvvəli xx.xx.2024-cü il tarixdən saat 12:30-dan hesablanmalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 31, 40, 43, 48-51, 114, 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510 və 535.1-ci maddələri ilə təqsirli bilinərək Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 34.3-cü maddəsinə əsasən barəsində 15 (on beş) gün müddətinə inzibati qaydada həbs tənbeh tədbiri tətbiq edilsin. İnzibati həbsetmə müddətinin əvvəli 06 aprel 2024-cü il tarixdən saat 12:30-dan hesablansın. Qərarın icrası Sabirabad rayon Polis Şöbəsinə həvalə edilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində işə baxan Sabirabad Rayon Məhkəməsi vasitəsilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar