Məhkəmə qərarları › İş №3(056)-541/2024

Sabirabad Rayon Məhkəməsi Qərar — İş №3(056)-541/2024

18.04.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Sabirabad rayon İş № 3(056)-541/2024 18.04.2024 SABİRABAD RAYON MƏHKƏMƏSİ Mən, Sabirabad Rayon Məhkəməsinin hakimi Nurəddin Abuzər oğlu Bağırov, Anar Neymət oğlu Qafarovun katibliyi ilə, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs - Şəxs iştirakı ilə, xx.xx.1999-cu il tarixdə Füzuli rayonunda anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, Füzuli rayon Mahmudlu-2Kənd kəndində qeydiyyatda olmaqla yaşayan Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.8-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xəta əməli törətməsinə dair Sabirabad rayon Polis Şöbəsindən daxil olmuş inzibati xəta haqqında xx.xx.2024-cü il tarixli İXP6138155№-li Protokola və inzibati xəta haqqında iş üzrə toplanmış materiala məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq. MÜƏYYƏN ETDİM: Sabirabad rayon Polis Şöbəsindən daxil olmuş inzibati xəta haqqında xx.xx.2024-cü il tarixli İXP6138155№-li Protokola və inzibati xəta haqqında iş üzrə toplanmış materiala görə Şəxs 27 fevral 2024-cü il tarixdə Sabirabad rayon Qalağayın kəndi ərazisində idarə etdiyi “MERCEDES BENZ C220 CDİ” minik markalı, ** SF *** dövlət qeydiyyat nişanlı avtomobili ilə Füzuli rayonu istiqamətində hərəkətdə olarkən, idarə etdiyi avtomobili bütöv düz ox xəttində ötmə əməliyyatı apararkən idarəetməni itirərək sol tərəəfə dönmək istəyən X5 oglunun idarə etdiyi «QAZ 24» minik markalı, ** ES *** nömrə nişanlı avtomobillə toqquşaraq yolun kənarında işıq dirəyinə dəymiş, nəticədə «QAZ 24» minik markalı, ** ES *** nömrə nişanlı avtomobilin qabaq sol tərəfi əzilmiş, həmçinin “MERCEDES BENZ C220 CDİ” markalı avtomaşında olan sərnişin X1 qısa müddətə pozulmasına səbəb olan yüngül zərər dəymişdir. Bu əməlinə görə Şəxs barəsində İnzibati Xətalar Məcəlləsinin (bundan sonra İXM-nın) 327.8-ci maddəsində nəzərdə tutlmuş inzibati xəta əməlini törətməkdə təqsirləndirilməsinə dair xx.xx.2024-cü il tarixli İXP6138155№-li inzibati xəta haqqında Protokol tərtib edilərək inzibati xəta haqqında iş üzrə toplanmış materialla birlikdə baxılması üçün məhkəməyə göndərilmişdir. Məhkəmə iclasında iştirak etmiş Şəxs İXM-nın 327.8-ci maddəsində nəzərdə tutlmuş inzibati xəta törətməsini etiraf edib və əməlindən peşimançılıq hissi keçirərək ona yüngül inzibati tənbeh tətbiq edilməsini xahiş etmişdir. Şəxs İXM-nın 327.8-ci maddəsi ilə nəzərdə tutulan inzibati xətanı törətməsi onun özünün etirafedici izahatı ilə yanaşı, barəsində tərtib olunmuş xx.xx.2024-cü il tarixli İXP6138155 nömrəli protokolla və inzibati işin digər materialları ilə tam sübuta yetirilmişdir. İnzibati məsuliyyəti istisna edən və icraatı rədd edən hallar yoxdur. İXM-nın 327.8-ci maddəsinə əsasən bu Məcəllənin 327.1 - 327.6, 328 və 330-cu maddələrində nəzərdə tutulmuş xətalar nəticəsində zərər çəkmiş şəxsin sağlamlığına yüngül bədən xəsarətinin yetirilməsinə görə üç yüz manat məbləğində cərimə edilir və ya nəqliyyat vasitəsini idarə etmək hüququ аltı аydаn bir ilədək müddətə məhdudlaşdırılır. İXM-nın 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyəti, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. İXM-nın 32.1.1-ci maddəsinə əsaslanaraq A.A.Məmmədovun əməlindən peşimançılıq hissi keçirməsini və onun inzibati xətaya görə məsuliyyətini yüngülləşdirən hallar kimi qiymətləndirilir. Şəxs əməlində İXM-nın 33-cü maddəsində göstərilən inzibati xətaya görə məsuliyyəti ağırlaşdıran hallar müəyyən edilmir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs inzibati tənbeh tətbiq edərkən onun şəxsiyyətini və təqsirinin dərəcəsini, həmçinin inzibati xətanın xarakterini nəzərə alaraq hesab edirəm ki, ona İXM-nın 327.8-ci maddəsinin sanksiyası həddində cərimə növündə inzibati tənbeh verilməsi daha məqsədəuyğun olardı. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 31, 40, 43, 48-51, 114, 128-130-cu maddələrini rəhbər tutaraq, QƏRARA ALDİM: Sabirabad rayon Polis Şöbəsindən daxil olmuş xx.xx.2024-cü il tarixli İXP6138155№-li inzibati xəta haqqında Protokola əsasən İbişov X2 Xətalar Məcəlləsinin 327.8-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xəta əməlini törətməkdə təqsirli bilinsin və onun barəsində 300 (üç yüz) manat məbləğində cərimə növündə inzibati tənbeh tətbiq edilsin. Qərarın icrası Saatlı rayon İcra Probasiya Şöbəsinə həvalə edilsin. Qərardan, surəti təqdim edildiyi və ya alındığı gündən on gün müddətində Sabirabad Rayon Məhkəməsi vasitəsilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayət və ya protest verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar