Məhkəmə qərarları › İş №3(056)-549/2024

Sabirabad Rayon Məhkəməsi Qərar — İş №3(056)-549/2024

15.04.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Sabirabad rayon İş № 3(056)-549/2024 15.04.2024 SABİRABAD RAYON MƏHKƏMƏSİ Mən, Sabirabad Rayon Məhkəməsinin hakimi Nurəddin Abuzər oğlu Bağırov, Anar Neymət oğlu Qafarovun katibliyi ilə, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakı ilə xx.xx.1988-ci il tarixdə Sabirabad rayonuda anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, Sabirabad rayonu Əsgərbəyli kəndində qeydiyyatda olmaqla yaşayan Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 334.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xəta əməli törətməsinə dair Sabirabad rayon Polis Şöbəsindən daxil olmuş inzibati xəta haqqında xx.xx.2024-cü il tarixli İXP6177438№-li Protokola və inzibati xəta haqqında iş üzrə toplanmış materiala məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİM: DİN-nin Yol-Patrul Xidmətinin Xİİ tağım inspektoru X2 tərəfindən tərtib edilmiş xx.xx.2024cü il tarixli İXP6177438№-li inzibati xəta haqqında Protokola və inzibati xəta haqqında iş üzrə toplanmış materiala görə barəsində inzibati icraat aparılan Şəxs xx.xx.2024-cü il tarixdə nəqliyyat vasitəsini idarə etmə hüququ olmadan və alkoqol sərxoşluğu vəziyyətində “VAZ 21013” minik markalı **-BJ-*** qeydiyyat nişanlı avtomobili ilə hərkət etmişdir. Bu əməlinə görə Şəxs barəsində İnzibati Xətalar Məcəlləsinin (bundan sonra İXM-nın) 334.1-ci maddəsində nəzərdə tutlmuş inzibati xəta əməlini törətməsində təqsirləndirilməsinə dair xx.xx.2024-cü il tarixli İXP6177438№-li inzibati xəta haqqında Protokol tərtib edilərək inzibati xəta haqqında iş üzrə toplanmış materialla birlikdə baxılması üçün məhkəməyə göndərilmişdir. Məhkəmə iclasında iştirak etmiş barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Şəxs ona istinad olunan İXM-nın 334.1-ci maddəsində nəzərdə tutlmuş inzibati xəta əməlini törətməsini etiraf edib, əməlindən peşmançılıq hissi keçirdiyini və bir daha bu cür hallara yol verməyəcəyini bildirərək, ona yüngül tənbeh növünün tətbiq edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə araşdırılması zamanı müəyyən olunmuşdur ki, barəsində inzibati icraat aparılan Şəxs xx.xx.2024-cü il tarixdə nəqliyyat vasitəsini idarə etmə hüququ olmadan və alkoqol sərxoşluğu vəziyyətində “VAZ 21013” minik markalı **-BJ-*** qeydiyyat nişanlı avtomobili ilə hərkət etmişdir. İXM-nın 334.1-ci maddəsinə əsasən Nəqliyyat vasitəsini idarə etmək hüququ olmayan şəxs tərəfindən nəqliyyat vasitəsinin alkoqoldan istifadə olunması nəticəsində sərxoş vəziyyətdə idarə edilməsinə görə beş yüz manat məbləğində cərimə edilir və ya işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, on beş günədək müddətə inzibati həbs tətbiq olunur. İXM-nın 334.1-ci maddəsinə əsasən barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Şəxs dinləyib və inzibati xəta haqqında iş üzrə toplanmış materialı araşdırıb hesab edirəm ki, Şəxs İXM-nın 334.1-ci maddəsi ilə nəzərdə tutulan inzibati xəta əməlini törətməsi onun özünün etirafedici izahatı ilə yanaşı, barəsində tərtib olunmuş xx.xx.2024-cü il tarixli İXP6177438№-li protokolla və inzibati xəta haqqında iş üzrə digər materiallarla tam sübuta yetirilmişdir. Qeyd edilən əməlin inzibati xəta olmasını aradan qaldıran hallar, həmçinin Şəxs inzibati xəta məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Onun əməli düzgün olaraq İXM-nın 334.1-ci maddəsi ilə tövsif edilmişdir. Odur ki, İnzibati Xətalar Məcəlləsinin tələblərinə müvafiq olaraq təqsirli Şəxs barəsində inzibati tənbeh vermə haqqında qərar qəbul edilməli və ona təqsirli bilindiyi İXM-nın 334.1-ci maddəsi ilə müəyyən edilmiş sanksiya həddində ədalətli tənbeh tətbiq edilməlidir. İnzibati tənbehin məqsədlərindən bəhs edən İXM-nın 21-ci maddəsinə əsasən inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs inzibati tənbeh tətbiq edərkən onun şəxsiyyətini, xətanın xarakterini və təqsirinin dərəcəsini nəzərə alaraq hesab edirəm ki, hazırkı iş üzrə İXM-nın 334.1-ci maddəsi ilə müəyyən olunan inzibati xəta əməli törətmiş Şəxsa həmin maddənin sanksiyasında nəzərdə tutulmuş alternativ “cərimə” növündə tənbehlə deyil, məhz “həbs” növündə inzibati tənbeh verilməsi ilə, inzibati tənbehin məqsədlərinə nail oluna bilər. Ona görə də, Şəxs təqsirli bilindiyi İXM-nın 334.1-ci maddəsinin sanksiyası həddində 04 (dörd) gün müddətinə həbs növündə inzibati tənbeh tətbiq edilməlidir. Göstərilənlərə əsasən və İnzibati Xətalar Məcəlləsinin 40,43, 48-51, 114, 128-130-cu maddələrini rəhbər tutaraq QƏRARA ALDİM: Sabirabad rayon Polis Şöbəsindən daxil olmuş xx.xx.2024-cü il tarixli İXP6177438№-li inzibati xəta haqqında Protokola əsasən Ağayev X1 Xətalar Məcəlləsinin 334.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xəta əməlini törətməkdə təqsirli bilinsin və onun barəsində 04 (dörd) gün müddətinə həbs növündə inzibati tənbeh tətbiq edilsin.. Həbs müddətinin başlanğıcı Şəxs inzibati qaydada tutulduğu 15 aprel 2024-cü il tarixdən saat 13:35-dən hesablansın. Qərarın icrası Sabirabad rayon Polis Şöbəsinə həvalə edilsin. Qərardan, surəti təqdim edildiyi və ya alındığı gündən on gün müddətində Sabirabad Rayon Məhkəməsi vasitəsilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayət və ya protest verilə bilər

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar