Məhkəmə qərarları › İş №3(056)-551/2024

Sabirabad Rayon Məhkəməsi Qərar — İş №3(056)-551/2024

07.05.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Sabirabad rayon İş № 3(056)-551/2024 07.05.2024 SABİRABAD RAYON MƏHKƏMƏSİ Hakim Allahverdiyev Səlim Məhərrəm oğlunun sədrliyi, Məsləhətçi (məhkəmə iclasının katibi) Quliyev Mətin Azər oğlunun katibliyi, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakı ilə, xx.xx.1977-ci ildə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, iş icraçısı işləyən, ünvan 1 ünvanında qeydiyyatda olan və yaşayan Şəxs barəsində Azərbaycan Respublikasının İXM-nin 198.3-cü maddəsi ilə Sabirabad rayon Prokurorluğundan daxil olmuş materiala Sabirabad Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Sabirabad rayon Prokurorluğundan daxil olmuş materiala görə, Şəxs təmir-tikinti işlərinin aparılmasını MMC ilə arasında bağlan mış xidmət müqaviləsinə əsasən öz öhdəsinə götürmüş və bu məqsədlə xx.xx.2024-cü il tarixdən işçiləri cəlb etməklə təmir-tikinti işlərinə başlamasına baxmayaraq, “Tikinti norma və qaydaları İİİ-4-80. 4-cü fəsil, Tikintidə təhlükəsizlik texnikası qaydalarının 1.10, 1.19, 1.20, 2.26 bəndlərinin və İşlərin təhlükəsiz görülməsini təmin edən vasitələr” Ümumi tələbləri 12.2.012-75 SÜST-ün 4, 23 bəndlərinin tələblərini pozmaqla xx.xx.2024-cü il tarixdə Zərərçəkmiş şəxs üzərində hər hansı xüsusi geyim forması və digər mühafizə vasitələri olmadan iş zamanı alçıpan vurmaq üçün istifadə etdiyi ayaq altının sürüşməsi nəticəsində yıxılaraq az ağır xəsarət almasına səbəb olaraq Azərbaycan Respublikasının İXMnin 198.3-cü maddəsində nəzərdə tutulmuş inzibati xəta əməlini törətmişdir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs izahat verərək bildirdi ki, o, barəsində olan material ilə tanış olmuşdur və özünü təqsirli bilir. Hazırda bu hadisənin baş verməsinin qarşısını almaq üçün vaxtında tədbir görmədiyinə görə çox peşmandır. İlk dəfədir ki, belə bir hadisə baş verir. O, uzun illərdi ki, iş icraçısı kimi işləyir. Həmişə əməyin təhlükəsizliyi qaydalarına riayət etmişdir. Bu hadisə onun diqqətsizliyindən baş vermişdir. Hazırda məhkəmədən barəsində ədalətli qərar qəbul edilməsini xahiş edir. Məhkəmə iclasının vaxtı və yeri barədə qanunvericiliklə müəyyən edilmiş qaydada xəbərdar edilməsinə baxmayaraq, Zərərçəkmiş şəxs və inzibati xəta haqqında materialı məhkəməyə ünvanlamış Sabirabad rayon Prokurorluğunun nümayəndəsi məhkəməyə gəlməmiş və gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə inzibati xəta haqqında materiala işdə iştirak etməyən şəxslərin iştirakı olmadan baxılmasını mümkün hesab edir. Protokola izahatlar, ekspert rəyi, xidmət müqaviləsi və s. sənədlər əlavə edilmiş, məhkəmə qeyd edilən sübutları tədqiq etmişdir. Azərbaycan Respublikasının İXM-nin 198.3-cü maddəsinə əsasən, bu Məcəllənin 198.2-ci maddəsində nəzərdə tutulmuş əməllər zərərçəkmiş şəxsin sağlamlığına az ağır zərər vurulmasına səbəb olduqda min beş yüz manatdan iki min manatadək məbləğdə cərimə edilir. Həmin Məcəllənin 198.2-ci maddəsinə əsasən, texniki təhlükəsizlik və ya əmək mühafizəsinin başqa qaydalarına riayət edilməsi vəzifəsi həvalə edilmiş şəxs tərəfindən bu qaydaların pozulması nəticəsində ehtiyatsızlıqdan insan sağlamlığına yüngül zərərin vurulmasına görə min manatdan min beş yüz manatadək məbləğdə cərimə edilir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs Azərbaycan Respublikasının İXM-in 198.3-cü maddəsi ilə nəzərdə tutulan inzibati xətanı törətməsi şəxsin özünün etirafedici izahatı ilə və inzibati işin digər materialları ilə tam sübuta yetirilir. İş üzrə inzibati məsuliyyəti istisna edən və icraatı rədd edən hallar yoxdur. Məhkəmə Şəxs əməlindən peşman olmasını və ilk dəfə inzibati xəta törətməsini Azərbaycan Respublikasının İXM-nin 32-ci maddəsinə əsasə inzibati xətaya görə məsuliyyəti yüngülləşdirən hal kimi nəzərə alır. Şəxs əməlində həmin Məcəllənin 33-cü maddəsində nəzərdə tutulmuş inzibati xətaya görə məsuliyyəti ağırlaşdıran hallar müəyyən edilmədi. Azərbaycan Respublikasının İXM-in 31.2-ci maddəsinə əsasən, fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyəti, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. İnzibati tənbehin məqsədlərindən bəhs edən Azərbaycan Respublikasının İXM-nin 21-ci maddəsinə əsasən, inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Azərbaycan Respublikasının İXM-nin 9.1-ci maddəsinə görə inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli, yəni inzibati xətanın xarakterinə, onun törədilməsi hallarına uyğun, qanuni və əsaslı olmalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 31, 40,43, 48-51, 114, 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARAALDİ: Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 198.3-cü maddəsi ilə təqsirli bilinərək, 1500 (bir min beş yüz) manat miqdarında cərimə edilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Sabirabad Rayon Məhkəməsi vasitəsilə Şirvan Apellyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar