Azərbaycan Respublikası adından QƏRAR Sabirabad rayon İş № 3(056)-555/2024 25.04.2024 SABİRABAD RAYON MƏHKƏMƏSİ Mən, Sabirabad Rayon Məhkəməsinin hakimi Nurəddin Abuzər oğlu Bağırov, Anar Neymət oğlu Qafarovun katibliyi ilə, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakı ilə xx.xx.1997-ci il tarixdə Ağcabədi rayonunda anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, Ağcabədi rayonu Rəncbərlər kəndində qeydiyyatda olmaqla yaşayan Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 353.5-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xəta əməli törətməsinə dair DİN-nin Baş Dövlət Yol Polisi İdarəsinin Yol- Patrul Xidməti Alayıdan daxil olmuş inzibati xəta haqqında xx.xx.2024-cü il tarixli İXP5971805№-li Protokola və inzibati xəta haqqında iş üzrə toplanmış materiala məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİM: DİN-in Baş Dövlət Yol Polisi İdarəsinin Yol-Patrul Xidməti Alayıdan daxil olmuş xx.xx.2024cü il tarixli İXP5971805№-li inzibati xəta haqqında Protokola və inzibati xəta haqqında iş üzrə toplanmış materiala görə barəsində inzibati icraat aparılan Şəxs xx.xx.2024-cü il tarixdə saat 10:48 radələrində idarə etdiyi “HOWO ZZ3317 N 3867W yük” markalı, ** BF *** dövlət nömrə nişanlı avtomobilli icazə verilən qabarit, çəki və yüklə birlikdə oxa düşən kütlə parametrlərini aşmaqla yükləyib idarə etmiş, o, bu xətanı il ərzində təkrar törətdiyi üçün barəsində inzibati Xətalar Məcəlləsinin 353.5-ci maddəsi ilə inzibati xəta haqqında protokol tərtib edilmişdir. Məhkəmə iclasında iştirak etmiş barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Şəxs ona istinad olunan İXM-nın 353.5-ci maddəsində nəzərdə tutlmuş inzibati xəta əməlini törətməsini etiraf edib, əməlindən peşmançılıq hissi keçirdiyini və bir daha bu cür hallara yol verməyəcəyini bildirərək, ona yüngül tənbeh növünün tətbiq edilməsini məhkəmədən xahiş etmişdir xx.xx.2024-cü il tarixli İXP5971805№-li inzibati xəta haqqında protokolu və ona əlavə edilmiş sənədləri araşdıraraq hesab edirəm ki, Şəxs əməlində Azərbaycan Respublikası İXMnin 353.5-ci maddəsinin tərkibi vardır və o, həmin maddə ilə təqsirli bilinərək barəsində inzibati tənbeh tətbiq edilməlidir. Belə ki, Azərbaycan Respublikası İXM-nin 353.5-ci maddəsinin əsasən, bu Məcəllənin 353.2-ci maddəsində nəzərdə tutulmuş xətanın il ərzində inzibati tənbeh almış şəxs tərəfindən təkrar törədilməsinə görə - nəqliyyat vasitələrini idarə etmə hüququ altı aydan bir ilədək müddətə məhdudlaşdırılmaqla min iki yüz manat məbləğində cərimə edilir. Həmin Məcəllənin 353.2-ci maddəsinə əsasən, iriqabaritli və ya ağırçəkili nəqliyyat vasitələrinin icazə verilən çəki və yüklə birlikdə oxa düşən kütlə parametrlərini aşmaqla ümumi istifadədə olan avtomobil yollarında idarə edilməsinə görə fiziki şəxslər altı yüz manat məbləğində cərimə edilir. Şəxs əməlində Azərbaycan Respublikasının İXM-nin 32-ci maddəsində nəzərdə tutulan məsuliyyəti yüngülləşdirən və 33-cü maddəsində nəzərdə tutulmuş inzibati xətaya görə məsuliyyəti ağırlaşdıran hallar müəyyən edilmədi. İnzibati tənbehin məqsədlərindən bəhs edən Azərbaycan Respublikasının İXM-nin 21-ci maddəsinə əsasən inzibati tənbeh məsuliyyət tadbiridir və inzibati xəta törətmiş şəxs qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Məhkəmə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxsna qarşı inzibati tənbeh tətbiq edərkən xətanın xarakterini, təqsirinin dərəcəsini, şəxsiyyətini, yuxarıda sadalanan masuliyyətini yüngülləşdirən halları nəzərə alaraq ona İXM-nin 353.5-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş nəqliyyat vasitələrini idarə etmə hüququ altı ay müddətə məhdudlaşdırılmaqla min iki yüz manat məbləğində cərimə növündə inzibati tənbeh tətbiq edilməlidir. Beləliklə, yuxarda göstərilənlərə əsasən və İnzibati Xətalar Məcəlləsinin 40,43, 48-51, 114, 128-130-cu maddələrini rəhbər tutaraq QƏRARA ALDİM: DİN-nin Baş Dövlət Yol Polisi İdarəsinin Yol-Patrul Xidməti Alayıdan daxil olmuş xx.xx.2024-cü il tarixli İXP5971805№-li inzibati xəta haqqında Protokola əsasən Həsənov X1 Xətalar Məcəlləsinin 353.5-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xəta əməlini törətməsində təqsirli bilinsin və onun barəsində nəqliyyat vasitəsini idarə etmə hüququ 6 (altı) ay müddətinə məhdudlaşdırmaqla 1200 (bir min iki yüz) manat məbləğində cərimə növündə inzibati tənbeh tətbiq edilsin. Qərarın icrası nəqliyyat vasitəsinin idarə etmə hüququnun məhdudlaşdırlması hissəsində DİN-in Baş Dövlət Yol Polisi İdarəsinə, cərimə hissəsində isə Ağcabədi rayon İcra Probasiya Şöbəsinə həvalə edilsin. Qərardan, surəti təqdim edildiyi və ya alındığı gündən on gün müddətində Sabirabad Rayon Məhkəməsi vasitəsilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayət və ya protest verilə bilər
Məhkəmə qərarları › İş №3(056)-555/2024
Sabirabad Rayon Məhkəməsi Qərar — İş №3(056)-555/2024
25.04.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver