Məhkəmə qərarları › İş №3(056)-559/2024

Sabirabad Rayon Məhkəməsi Qərardad — İş №3(056)-559/2024

16.04.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Sabirabad rayon İş № 3(056)-559/2024 16.04.2024 SABİRABAD RAYON MƏHKƏMƏSİ Mən Sabirabad Rayon Məhkəməsinin hakimi Allahverdiyev Səlim Məhərrəm oğlu, Sabirabad Rayon İcra və Probasiya Şöbəsindən daxil olmuş Şəxs barəsində Аzərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci mаddəsi ilə tərtib olunmuş inzibati xəta haqqında protokol üzrə işin baxılmağa hazırlanması zamanı mаteriаlı аrаşdırıb, M ü ə y y ə n e t d i m: Sabirabad Rayon İcra və Probasiya Şöbəsindən daxil olmuş Şəxs barəsində Аzərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci mаddəsi ilə tərtib olunmuş inzibati xəta haqqında protokol və və ona əlavə edilmiş sənədlər baxılması üçün Sabirabad Rayon Məhkəməsinə göndərilmişdir. Təqdim edilmiş sənədləri nəzərdən keçirib hesab edirəm ki, Şəxs barəsində Аzərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə tərtib olunmuş inzibati material (protokol və digər sənədlər) icraata qəbul edilmədən Sabirabad Rayon Polis Şöbəsinə geri qaytarılmalıdır. Belə ki, Azərbaycan Respublikasının İXM-nin 334.2-ci maddəsinin sanksiyasında inzibati həbs tənbeh tədbiri nəzərdə tutulmuşdur. Azərbaycan Respublikasının İXM-nin 111.3-cü maddəsinə əsasən, inzibati həbs tənbeh növü nəzərdə tutan inzibati xətalar haqqında işlərə inzibati xəta haqqında protokol daxil olduğu gün, inzibati qaydada tutulan şəxslər barəsində isə onların tutulduğu vaxtdan ən geci 48 saat keçənədək baxılır. Lakin Şəxs məhkəməyə təqdim olunmamışdır. Göründüyü kimi inzibati xəta haqqında qərar tərtib edilərkən Azərbaycan Respublikasının İXM-in yuxarıda göstərilən tələbləri pozulmuşdur ki, bu hallar inzibati işin icraata qəbul edilməsini qeyri-mümkün edir. Belə olan halda hesab edirəm ki, Sabirabad Rayon İcra və Probasiya Şöbəsindən daxil olmuş Şəxs barəsində Аzərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci mаddəsi ilə tərtib olunmuş inzibati xəta haqqında material onu tərtib etmiş оrqаnа qaytarılmalıdır. Bundan başqa o da qeyd edilməlidir ki, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 128-ci maddəsi baxımından həmin Məcəllənin 109-cu maddəsinin şərh edilməsinə dair” 03 may 2019-cu il tarixli Qərarının 1-ci bəndinə əsasən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 128-ci maddəsinin tələbləri baxımından həmin Məcəllənin 109-cu maddəsində nəzərdə tutulmuş inzibati xətalar haqqında işin baxılmasına hazırlanması zamanı qəbul edilən qərardadlardan apellyasiya şikayəti vermək hüququ istisna edilir. Göstərilənlərə əsasən və İXM-in 100, 101, 103, 106 və 109-cu mаddələrini rəhbər tutaraq, Q ə r a r a a l d ım: Sabirabad Rayon İcra və Probasiya Şöbəsindən daxil olmuş Şəxs barəsində Аzərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci mаddəsi ilə tərtib olunmuş inzibati xəta haqqında protokol onu tərtib etmiş оrqаnа qaytarılsın. Qərardaddan şikayət verilə bilməz.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar