Məhkəmə qərarları › İş №3(056)-564/2024

Sabirabad Rayon Məhkəməsi Qərardad — İş №3(056)-564/2024

17.04.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Sabirabad rayon İş № 3(056)-564/2024 17.04.2024 SABİRABAD RAYON MƏHKƏMƏSİ Mən Sabirabad Rayon Məhkəməsinin hakimi Allahverdiyev Səlim Məhərrəm oğlu, Sabirabad Rayon İcra və Probasiya Şöbəsindən daxil olmuş Şəxs barəsində Аzərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 529.2-ci mаddəsi ilə tərtib olunmuş inzibati xəta haqqında protokol üzrə işin baxılmağa hazırlanması zamanı mаteriаlı аrаşdırıb, M ü ə y y ə n e t d i m: Sabirabad Rayon İcra və Probasiya Şöbəsindən daxil olmuş Şəxs barəsində Аzərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 529.2-ci mаddəsi ilə tərtib olunmuş inzibati xəta haqqında protokol və və ona əlavə edilmiş sənədlər baxılması üçün Sabirabad Rayon Məhkəməsinə göndərilmişdir. Təqdim edilmiş sənədləri nəzərdən keçirib hesab edirəm ki, Şəxs barəsində Аzərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 529.2-ci maddəsi ilə tərtib olunmuş inzibati material icraata qəbul edilmədən Sabirabad Sabirabad Rayon İcra və Probasiya Şöbəsinə geri qaytarılmalıdır. Belə ki, Azərbaycan Respublikasının İXM-nin 529.2-ci maddəsinə əsasən, yol hərəkəti qaydaları əleyhinə olan inzibati xətaların və bu Məcəllənin 353.2-ci maddəsində nəzərdə tutulan inzibati xətanın törədilməsinə görə inzibati cərimə istisna olmaqla, inzibati cərimə növündə inzibati tənbeh tətbiq etmə haqqında məhkəmə qərarının qanuni qüvvəyə mindiyi gündən 25 gün müddətində qanunla müəyyən edilmiş əsaslar olmadan icra edilməməsinə görə inzibati məsuliyyət nəzərdə tutulmuşdur. Həmin Məcəllənin 150.9-cu maddəsinə əsasən, fiziki və ya vəzifəli şəxs barəsində inzibati cərimə növündə inzibati tənbeh tətbiq etmə haqqında səlahiyyətli orqanın (vəzifəli şəxsin) məcburi icraya yönəldilmiş qərarı 2 ay müddətində, məhkəmənin məcburi icraya yönəldilmiş qərarı isə 15 gün müddətində icra olunmadıqda, icra məmuru bu Məcəllənin 529.1 və ya 529.2-ci maddələrində nəzərdə tutulmuş inzibati xəta haqqında protokol tərtib edir. Hüquqi şəxslərə münasibətdə isə “İcra haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən məcburi icra tədbirləri davam etdirilir. Həmin Məcəllənin 150.10-cu maddəsinə əsasən, inzibati məsuliyyətə cəlb olunan şəxsin inzibati tənbehə yönəldilə bilən həcmdə əmlakı və ya gəlirləri bu Məcəllənin 150.9-cu maddəsində göstərilən müddətlərdə aşkar edildikdə, bu Məcəllənin 529.1 və ya 529.2-ci maddələrində nəzərdə tutulmuş inzibati xəta haqqında protokol tərtib edilmir və məcburi icra tədbirləri davam etdirilir. Hazırki inzibati protokol və ona əlavə olunmuş sənədlər barəsində inzibati xəta haqqında iş üzrə icraat başlanmış şəxs haqqında “Elektron Məhkəmə” İnformasiya Sistemində olan məlumatlarla qarşılıqlı tədqiq edilərkən müəyyən edildi ki, Şəxs mülkiyyətində torpaq sahəsi vardır. Belə olan halda hesab edirəm ki, Azərbaycan Respublikasının İXM-nin 150.10-cu maddəsinin tələbləri nəzərə alınmaqla Sabirabad Rayon İcra və Probasiya Şöbəsindən daxil olmuş Şəxs barəsində Аzərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 529.2-ci mаddəsi ilə tərtib olunmuş inzibati xəta haqqında material onu tərtib etmiş оrqаnа qaytarılmalıdır. Bundan başqa o da qeyd edilməlidir ki, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 128-ci maddəsi baxımından həmin Məcəllənin 109-cu maddəsinin şərh edilməsinə dair” 03 may 2019-cu il tarixli Qərarının 1-ci bəndinə əsasən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 128-ci maddəsinin tələbləri baxımından həmin Məcəllənin 109-cu maddəsində nəzərdə tutulmuş inzibati xətalar haqqında işin baxılmasına hazırlanması zamanı qəbul edilən qərardadlardan apellyasiya şikayəti vermək hüququ istisna edilir. Göstərilənlərə əsasən və İXM-in 100, 101, 103, 106 və 109-cu mаddələrini rəhbər tutaraq, Q ə r a r a a l d ım: Sabirabad Rayon İcra və Probasiya Şöbəsindən daxil olmuş Şəxs barəsində Аzərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 529.2-ci mаddəsi ilə tərtib olunmuş inzibati xəta haqqında protokol onu tərtib etmiş оrqаnа qaytarılsın. Qərardaddan şikayət verilə bilməz.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar