Məhkəmə qərarları › İş №3(056)-573/2025

Sabirabad Rayon Məhkəməsi Qərardad — İş №3(056)-573/2025

09.04.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Sabirabad rayon İş № 3(056)-573/2025 09.04.2025 SABİRABAD RAYON MƏHKƏMƏSİ X1 Bağırovun sədrliyi, Anar Neymət oğlu Qafarovun katibliyi, Babaşov Babaş Cəfər oğlunun xx.xx.2025-ci il tarixli EQ26447884№-li inzibati tənbeh vermə haqqında Elektron Qərardan verdiyi şikayətə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: Babaşov Babaş Cəfər oğlu şikayət ərizəsi ilə məhkəməyə müraciət edərək, barəsində xx.xx.2025-ci il tarixli EQ26447884№-li inzibati tənbeh vermə haqqında Elektron Qərarın ləğv edilməsini və cərimənin silinməsini xahiş etmişdir. Eyni zamanda Babaşov Babaş Cəfər oğlu ərizə ilə məhkəməyə müraciət edərək, şikayət ərizəsinə baxılmadan, geri qaytarılmasını xahiş etmişdir. Babaşov Babaş Cəfər oğlu ərizəsini nəzərə alıb hesab edirəm ki, onun şikayət ərizəsi baxılmadan geri qaytarılmalıdır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 43, 114, 115, 128 və 132-ci maddələrini rəhbər tutaraq QƏRARA ALDİ: Babaşov Babaş Cəfər oğlunun xx.xx.2025-ci il tarixli EQ26447884№-li inzibati tənbeh vermə haqqında Elektron Qərardan verdiyi şikayət ərizəsi baxılmadan geri qaytarılsın. Qərardan təqdim edildiyi və ya alındığı gündən 10 gün müddətinə Sabirabad rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar