Məhkəmə qərarları › İş №3(056)-576/2025

Sabirabad Rayon Məhkəməsi Qərardad — İş №3(056)-576/2025

18.04.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Sabirabad rayon İş № 3(056)-576/2025 18.04.2025 SABİRABAD RAYON MƏHKƏMƏSİ X1 Bağırovun sədrliyi, Anar Neymət oğlu Qafarovun katibliyi, “Sabirabad Rayon Mərkəzi Xəstəxanası” Publik Hüquqi şəxsinin Direktoru Qanuni nümayəndə xx.xx.2025-ci il tarixli MN1809249№-li inzibati tənbeh vermə haqqında Qərardan verdiyi şikayətə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: “Sabirabad Rayon Mərkəzi Xəstəxanası” Publik Hüquqi şəxsinin Direktoru Qanuni nümayəndə şikayət ərizəsi ilə məhkəməyə müraciət edərək, barəsində xx.xx.2025-ci il tarixli MN1809249№-li inzibati tənbeh vermə haqqında Qərarın ləğv edilməsini və cərimənin silinməsini xahiş etmişdir. Eyni zamanda “Sabirabad Rayon Mərkəzi Xəstəxanası” Publik Hüquqi şəxsinin Direktoru Qanuni nümayəndə ərizə ilə məhkəməyə müraciət edərək, şikayət ərizəsinə baxılmadan, geri qaytarılmasını xahiş etmişdir. “Sabirabad Rayon Mərkəzi Xəstəxanası” Publik Hüquqi şəxsinin Direktoru Qanuni nümayəndə ərizəsini nəzərə alıb hesab edirəm ki, onun şikayət ərizəsi baxılmadan geri qaytarılmalıdır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 43, 114, 115, 128 və 132-ci maddələrini rəhbər tutaraq QƏRARA ALDİ: “Sabirabad Rayon Mərkəzi Xəstəxanası” Publik Hüquqi şəxsinin Direktoru Qanuni nümayəndə xx.xx.2025-ci il tarixli MN1809249№-li inzibati tənbeh vermə haqqında Qərardan verdiyi şikayət ərizəsi baxılmadan geri qaytarılsın. Qərardan təqdim edildiyi və ya alındığı gündən 10 gün müddətinə Sabirabad rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar