Azərbaycan Respublikası adından QƏRARDAD Sabirabad rayon İş № 3(056)-577/2025 22.04.2025 SABİRABAD RAYON MƏHKƏMƏSİ X3 Allahverdiyevin sədrliyi, X1 oğlunun katibliyi ilə X2 Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Yanında Dövlət Əmək Müfəttişliyi Xidmətinin Mil-Muğan Regional şöbəsinin xx.xx.2025-ci il tarixli inzibati tənbeh vermə haqqında qərarından şikayətinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: X4 Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Yanında Dövlət Əmək Müfəttişliyi Xidmətinin Mil-Muğan Regional şöbəsinin xx.xx.2025-il tarixli inzibati tənbeh vermə haqqında qərarından şikayət ilə məhkəməyə müraciət etmiş, işin məhkəmə iclasında baxılması xx.xx.2025-ci il tarixinə təyin edilmişdir. xx.xx.2025-ci il tarixində şikayətçi X4 məhkəməyə ərizə ilə müraciət edərək, şikayətinə baxılmasını istəmədiyini, şikayətinə əlavə etdiyi sənədlərin özünə qaytarılmasını xahiş etmişdir. Məhkəmə hesab edir ki, şikayət vermə hüququ şikayətçiyə məxsus olduğu kimi, onun şikayətinə baxılmasını tələb etməməsi barədə hüququ da tanınmalı, bu xüsusda onun xahişi nəzərə alınmalı və şikayəti geri qaytarılmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 133 - 137-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: X2 Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Yanında Dövlət Əmək Müfəttişliyi Xidmətinin Mil-Muğan Regional şöbəsinin xx.xx.2025-il tarixli inzibati tənbeh vermə haqqında qərarından şikayəti geri qaytarılsın. Qərardan surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Sabirabad Rayon Məhkəməsi vasitəsilə Şirvan Apelyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər.
Məhkəmə qərarları › İş №3(056)-577/2025
Sabirabad Rayon Məhkəməsi Qərardad — İş №3(056)-577/2025
22.04.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver