Azərbaycan Respublikası adından QƏRAR Sabirabad rayon İş № 3(056)-579/2025 18.03.2025 SABİRABAD RAYON MƏHKƏMƏSİ X1 Bağırovun sədrliyi, Anar Neymət oğlu Qafarovun katibliyi ilə, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs - Şəxs iştirakı ilə, xx.xx.1971-ci il tarixdə Saatlı rayonunda anadan olmuş, evli, Azərbaycan Respublikası vətəndaşı, Saatlə rayon Gomuşcu kəndində qeydiyyatda olmaqla yaşayan Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 332.2-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xəta əməli törətməsinə dair Sabirabad Rayon Polis Şöbəsindən daxil olmuş inzibati xəta haqqında xx.xx.2025-ci il tarixli İXP6975851№-li Protokola və inzibati xəta haqqında iş üzrə toplanmış materiala məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: Sabirabad rayon Polis Şöbəsindən daxil olmuş xx.xx.2025-ci il tarixli İXP6975851№-li inzibati xəta haqqında Protokola və inzibati xəta haqqında iş üzrə toplanmış materiala görə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs - Şəxs xx.xx.2024-cü il tarixdə saat 18:55 radələrində alkoqoldan istifadə nəticəsində sərxoş vəziyyətində idarə etdiyi “VAZ 21063” minik markalı **-BA-*** dövlət qeydiyyat nişanlı avtomobilini idarə etmiş o, bu xətanı il ərzində təkrar törətdiyi üçün barəsində inzibati Xətalar Məcəlləsinin 333.2-ci maddəsi ilə inzibati xəta haqqında protokol tərtib edilmişdir. Məhkəmə iclasında iştirak etmiş barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Şəxs ona istinad olunan İXM-nın 333.2-ci maddəsində nəzərdə tutlmuş inzibati xəta əməlini törətməsini etiraf edib, əməlindən peşmançılıq hissi keçirdiyini və bir daha bu cür hallara yol verməyəcəyini bildirərək, ona yüngül tənbeh növünün tətbiq edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə araşdırılması zamanı müəyyən olunmuşdur ki, barəsində inzibati icraat aparılan Şəxs nəqliyyat vasitəsini idarə etmə hüququ ilə xx.xx.2024-cü il tarixdə saat 18:55 radələrində alkoqoldan istifadə nəticəsində sərxoş vəziyyətində idarə etdiyi “VAZ 21063” minik markalı **- BA-*** dövlət qeydiyyat nişanlı avtomobilini idarə etmiş o, bu xətanı il ərzində təkrar törətmişdir. İXM-nın 333.2-ci maddəsinə əsasən Bu Məcəllənin 333.1-ci maddəsində nəzərdə tutulmuş xətanın inzibati tənbeh almış şəxs tərəfindən inzibati tənbeh vermə haqqında qərar qüvvəyə mindiyi gündən bir il ərzində təkrar törədilməsinə görə-nəqliyyat vasitələrini idarə etmək hüququ iki il müddətinə məhdudlaşdırılmaqla, beş yüz manat məbləğində cərimə edilir və ya nəqliyyat vasitəsini idarə etmək hüququ iki il müddətinə məhdudlaşdırılmaqla işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, on beş günədək müddətə inzibati həbs tətbiq olunur Barəsində İXM-nın 333.2-ci maddəsi ilə inzibati xəta haqqında icraat aparılan şəxs Şəxs dinləyib, inzibati xəta haqqında iş üzrə toplanmış materialı araşdırıb hesab edirəm ki, Şəxs İXMnın 333.2-ci maddəsi ilə nəzərdə tutulan inzibati xəta əməlini törətməsi onun özünün etirafedici izahatı ilə yanaşı, barəsində tərtib olunmuş xx.xx.2025-ci il tarixli İXP6975851№-li protokolla və inzibati xəta haqqında iş üzrə digər materiallarla tam sübuta yetirilmişdir. Qeyd edilən əməlin inzibati xəta olmasını aradan qaldıran hallar, həmçinin Şəxs inzibati xəta məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Onun əməli düzgün olaraq İXM-nın 333.2-ci maddəsi ilə tövsif edilmişdir. Odur ki, İnzibati Xətalar Məcəlləsinin tələblərinə müvafiq olaraq təqsirli Şəxs barəsində inzibati tənbeh vermə haqqında qərar qəbul edilməli və ona təqsirli bilindiyi İXM-nın 333.2-ci maddəsi ilə müəyyən edilmiş sanksiya həddində ədalətli tənbeh tətbiq edilməlidir. İnzibati tənbehin məqsədlərindən bəhs edən İXM-nın 21-ci maddəsinə əsasən inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs inzibati tənbeh tətbiq edərkən onun şəxsiyyətini, xətanın xarakterini və təqsirinin dərəcəsini nəzərə alaraq hesab edirəm ki, hazırkı iş üzrə İXM-nın 333.2-ci maddəsi ilə müəyyən olunan inzibati xəta əməli törətmiş Şəxs həmin maddənin sanksiyasında nəzərdə tutulmuş “həbs” növündə tənbehlə deyil, məhz alternativ “nəqliyyat vasitələrini idarə etmə hüququ iki il müddətə məhdudlaşdırılmaqla cərimə” növündə inzibati tənbeh verilməsi ilə, inzibati tənbehin məqsədlərinə nail oluna bilər. Ona görə də, Şəxs təqsirli bilindiyi İXM-nın 333.2-ci maddəsinin sanksiyası həddində nəqliyyat vasitələrini idarə etmə hüququ iki il müddətə məhdudlaşdırılmaqla beş yüz manat məbləğində cərimə növündə inzibati tənbeh tətbiq edilməsi daha məqsədəuyğun olardı. Göstərilənlərə əsasən və İXM-nın 40,43, 48-51, 114, 128-130-cu maddələrini rəhbər tutaraq QƏRARA ALDİ: Sabirabad rayon Polis Şöbəsindən daxil olmuş xx.xx.2025-ci il tarixli İXP6975851№-li inzibati xəta haqqında Protokola əsasən Şəxs İnzibati Xətalar Məcəlləsinin 333.2-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xəta əməlini törətməsində təqsirli bilinsin və onun barəsində nəqliyyat vasitəsini idarə etmə hüququ 02 (iki) il müddətinə məhdudlaşdırmaqla 500 (büş yüz) manat məbləğində cərimə növündə inzibati tənbeh tətbiq edilsin. Qərarın icrası nəqliyyat vasitəsinin idarə etmə hüququnun məhdudlaşdırlması hissəsində DİN-in Baş Dövlət Yol Polisi İdarəsinə, cərimə hissəsində isə Sabirabad rayon İcra və Probasiya Şöbəsinə həvalə edilsin. Qərardan, surəti təqdim edildiyi və ya alındığı gündən on gün müddətində Sabirabad Rayon Məhkəməsi vasitəsilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayət və ya protest verilə bilər.
Məhkəmə qərarları › İş №3(056)-579/2025
Sabirabad Rayon Məhkəməsi Qərar — İş №3(056)-579/2025
18.03.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver