Məhkəmə qərarları › İş №3(056)-59/2025

Sabirabad Rayon Məhkəməsi Qərar — İş №3(056)-59/2025

08.01.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Sabirabad rayon İş № 3(056)-59/2025 08.01.2025 SABİRABAD RAYON MƏHKƏMƏSİ Mən, hakim Nurəddin Abuzər oğlu Bağırov, Anar Neymət oğlu Qafarovun katibliyi ilə, inzibati xəta haqqında protokolu tərtib etmiş şəxs - Sabirabad RPŞ-nin X1 sahə rəisi X2, zərərçəkimiş şəxs Zərərçəkmiş şəxs və barəsində inzibati xəta haqqında iş üzrə icraat başlanmış şəxs Şəxs iştirakları ilə, xx.xx.1976-cü il tarixdə Astara rayonu Ərçivan kəndində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, evli, orta təhsili, Astara rayonu Ərçivan kəndində qeydiyyatda olmaqla Sabirabad rayonun Həsənli kəndində yaşayan Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xəta əməli törətməsinə dair Sabirabad Rayon Polis Şöbəsindən daxil olmuş inzibati xəta haqqında xx.xx.2025-ci il tarixli MN1961710№-li Protokola və iş üzrə toplanmış materiala məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİM: İnzibati xəta haqqında protokolu tərtib etmiş şəxs - Sabirabad RPŞ-nin X1 sahə rəisi X4 tərəfindən tərtib edilmiş xx.xx.2025-ci il tarixli MN1961710№-li inzibati xəta haqqında Protokola və inzibati xəta haqqında iş üzrə toplanmış materiala görə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs xx.xx.2024-cü il tarixdə saat 20 radələrində şəxsi münasibətlər zəminində həyat yoldaşı Zərərçəkmiş şəxs il mübahisə edərək, onu vurub nəticədə onun sağlamlığına zərər vurmayan, dərəcəsi təyin edilməyən xəsarətlər yetirmişlər. Bu əməlinə görə Şəxs barəsində İnzibati Xətalar Məcəlləsinin (bundan sonra İXM-nın) 157-ci maddəsində nəzərdə tutlmuş inzibati xətanın törətməsinə dair Protokol tərtib edilərək inzibati xəta haqqında iş üzrə toplanmış materialla birlikdə baxılması üçün məhkəməyə göndərilmişdir. Məhkəmə iclasında iştirak etmiş barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Şəxs ona istinad olunan İXM-nın 157- maddəsində nəzərdə tutlmuş inzibati xəta əməlini törətməsini etiraf edib, əməlindən peşmançılıq hissi keçirdiyini və bir daha bu cür hallara yol verməyəcəyini bildirərək, ona yüngül tənbeh tətbiq edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs izahatında bildirmişdir ki, xx.xx.2024-cü il tarixdə saat 20 radələrində əri Şamil sərxoş halda evə gəlib onunla mübahisə edərək saçından dartmış və evin qapısını çırpan zaman qapı onun sol əlinə dəymiş və o sol əlindən ağrı hiss etmişdir. Şəxs ilə barışmadığını və onun barəsində “həbs” növündə inzibati tənbeh növünün tətbiq edilməsini məhkəmədən xahiş etmişdir. İnzibati xəta haqqında iş üzrə toplanmış materiallara əlavə edilmiş “cinayət işi başlanmasının rədd olunması haqqında” xx.xx.2024-cü il tarixli Qərarda əks olunmuş Məhkəmə-Tibbi Ekspertiza və Pataloji Anatomiya Sabirabad rayon Şöbəsinin xx.xx.2024-cü il tarixli 744№-li tibbi rəyində qeyd olunur ki, müayinə olunan şəxs Zərərçəkmiş şəxs aşkar olunmuş xəsarətlər-boyunun sol yan səthində, döş sümüyünün əsası proyeksiyasında sıyrıqlar küt əşyanın (əşyaların) təsirindən əmələ gəlmiş, yəni xx.xx.2024-cü il tarixdə əmələ gələ bilərdi və sağlamlığa zərər vurmayan xasarət olduğu üçün dərəcəsi təyin edilmir. Məhkəmə araşdırılması zamanı müəyyən olunmuşdur ki, barəsində iş üzrə inzibati icraat aparılan Şəxs xx.xx.2024-cü il tarixdə saat 20 radələrində şəxsi münasibətlər zəmində həyat yoldaşı Zərərçəkmiş şəxs il mübahisə etmiş və onu vurub, nəticədə onun sağlamlığına zərər vurmayan və dərəcəsi təyin edilməyən xəsarətlər yetirmişdir. İXM-nın 157-ci maddəsinə görə - döymə və sair zorakı hərəkətlərlə qəsdən fiziki ağrı yetirməyə görə - üç yüz manatdan beş yüz manatadək məbləğdə cərimə edilir və ya işin hallarına görə, xətanı törədənin şəxsiyyəti nəzərə alınmaqla, iki ayadək müddətə inzibati həbs tətbiq olunur. Barəsində inzibati xəta haqqında iş üzrə icraat başlanmış Şəxsu və zərərçəkmiş şəxsi dinləyib və inzibati xəta haqqında iş üzrə toplanmış materialı araşdırıb hesab edirəm ki, Şəxs İXM-nın 157-ci maddəsi ilə nəzərdə tutulan inzibati xəta əməlini törətməsi “cinayət işi başlanmasının rədd olunması haqqında” xx.xx.2024-cü il tarixli Qərarda əks olunmuş Məhkəmə-Tibbi Ekspertiza və Pataloji Anatomiya Sabirabad rayon Şöbəsinin xx.xx.2024-cü il tarixli 744№-li (canlı şəxsin ekspertizası) rəyi ilə, həmçinin toplanmış inzibati xəta üzrə işin digər materialları ilə tam sübuta yetirilmişdir. Qeyd edilən əməlin inzibati xəta olmasını aradan qaldıran hallar, həmçinin Şəxs inzibati xəta məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Onun əməli düzgün olaraq İXM-nın 157-ci maddəsi ilə tövsif edilmişdir. İş üzrə təqdim edilmiş sübutları bir-biri ilə müqayisəli şəkildə təhlil etməklə, hər bir sübutu öz mənbəyinə və mənsubiyyətinə görə qiymətləndirməklə inzibati xəta törətmiş şəxsin zərərçəkmiş şəxsi vurmaması barədə göstərdiklərini əsassız hesab edirəm və onun bu cür izahatını inzibati məsuliyyətdən yayınmağa yönəldilmiş hərəkət kimi qiymətləndirirəm. Zərərçəkmiş şəxsin izahatını ekspert rəyinə və “cinayət işi başlanmasının rədd olunması haqqında” xx.xx.2024-cü il tarixli Qərarla müəyyən edilmiş işin araşdırılmış halları ilə uyğun gəldiyinə görə mötəbər hesab edirəm. Odur ki, İnzibati Xətalar Məcəlləsinin tələblərinə müvafiq olaraq təqsirli Şəxs barəsində inzibati tənbeh vermə haqqında qərar qəbul edilməli və ona təqsirli bilindiyi İXM-nın 157-ci maddəsi ilə müəyyən edilmiş sanksiya həddində ədalətli tənbeh tətbiq edilməlidir. İnzibati tənbehin məqsədlərindən bəhs edən İXM-nın 21-ci maddəsinə əsasən inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. İXM-nın 31.4-cü madddəsinə görə bu Məcəllənin Xüsusi hissəsində inzibati xətanın törədilməsinə görə müəyyən edilən inzibati tənbehin yalnız yuxarı həddi müəyyən edildikdə, tətbiq edilən inzibati tənbeh onun yuxarı həddinin dördə birindən az ola bilməz. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs inzibati tənbeh tətbiq edərkən onun şəxsiyyətini, xətanın xarakterini, təqsirinin dərəcəsini, zərərçəkmiş şəxslərin mövqeyini və İXM-nın 31.4-cü maddəsinin tələblərini nəzərə alaraq hesab edirəm ki, hazırkı iş üzrə İXM-nın 157-ci maddəsi ilə müəyyən olunan inzibati xəta əməli törətmiş Şəxsa həmin maddənin sanksiyasında nəzərdə tutulmuş alternativ “cərimə” növündə tənbehlə deyil, məhz “həbs” növündə inzibati tənbeh verilməsi ilə, inzibati tənbehin məqsədlərinə nail oluna bilər. Ona görə də, Şəxsa təqsirli bilindiyi İXM-nın 157-ci maddəsinin sanksiyası həddində 15 (on beş) gün müddətinə “həbs” növündə inzibati tənbeh tətbiq edilməsi daha məqsədəmüvafiq olardı. Göstərilənlərə əsasən və İnzibati Xətalar Məcəlləsinin 31, 40, 43, 48-51, 114, 128-130-cu maddələrini rəhbər tutaraq QƏRARA ALDİM: Sabirabad rayon Polis Şöbəsindən daxil olmuş xx.xx.2025-ci il tarixli MN1961710№-li inzibati xəta haqqında Protokol əsasında Feyziyev X3 Xətalar Məcəlləsinin 157-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xəta əməlini törətməkdə təqsirli bilinsin və onun barəsində 15 (on beş) gün müddətinə həbs növündə inzibati tənbeh tətbiq edilsin. Həbs müddətinin başlanğıcı 08 yanvar 2025-ci il tarixdən saat 18:05-dən hesablansın. Qərarın icrası Sabirabad rayon Polis Şöbəsinə həvalə edilsin. Qərardan onun təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Sabirabad Rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar