Azərbaycan Respublikası adından QƏRAR Sabirabad rayon İş № 3(056)-6/2025 30.04.2025 SABİRABAD RAYON MƏHKƏMƏSİ X5 Bağırovun sədrliyi, Anar Neymət oğlu Qafarovun katibliyi, şikayətçi (bərəsində inzibati tənbeh vermə haqqında qərar qəbul olunmuş) X3 iştirakı ilə, Sabirabad RPŞ-nin DYPB-nın polis kapitanı X6 tərəfindən qəbul olunmuş xx.xx.2024-cü il tarixli TP6798426№-li inzibati tənbeh vermə haqqında qərardan X3 verdiyi şikayətə açıq məhkəmə iclasında baxaraq məhkəmə MÜƏYYƏN ETDİ: Sabirabad RPŞ-nin DYPB-nın polis kapitanı X6 tərəfindən qəbul olunmuş xx.xx.2024-cü il tarixli TP6798426№-li inzibati tənbeh vermə haqqında qərarına görə, yolayrıcını keçmə qaydalarının pozulmasına görə İnzibati Xətalar Məcəlləsinin (bundan sonra İXM-nin) 327.2-ci maddəsi ilə nəzərdə tutlmuş inzibati xəta əməli törətdiyi üçün X4 barəsində həmin maddə ilə 100 manat cərimə növündə inzibati tənbeh tətbiq edilmişdir. Sabirabad RPŞ-nin DYPB-nın polis kapitanı X6 tərəfindən qəbul olunmuş xx.xx.2024-cü il tarixli TP6798426№-li inzibati tənbeh vermə haqqında Qərarla razılaşmayıb, həmin qərardan şikayət verərək, qərarın ləğv edilməsi, inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi barədə qərar çıxarılmasını xahiş etmişdir. X4 barəsində qəbul ilunmuş xx.xx.2024-cü il tarixli TP6798426№-li inzibati tənbeh vermə haqqında Qərardan verdiyi şikayəti belə əsaslandırılmışdır ki, 09 oktyabr 2024-cü il tarixdə saat 12:00 radələrində idarə etdiyi 54- BX-245 dövlət qeydıyyat nişanlı VAZ 2107 markalı nəqliyat vasitəsilə Sabirabad şəhəri, S.Vurğun küçəsilə hərəkət edərək dönmə işarəsini yandırımaqla N.Nərimanov küçəsinə dönən zaman küçənin digər başından yüksək sürətlə gələn içərisində təxminən 7-8 nəfər adam olan “Mersedes” markalı nəqliyyat vasitəsı bir anda ehtiyatsızlığını itirərək idarə etdiyi nəqliyyat vasitəsinin sağ qabaq qapı hissəsinə vurmuşdur. Həmin vaxt onun arxasında Sabırabad RPŞ-nın PPX-nin maşını gəlirdı və yaxşı kı, baş vermiş yol nəqliyyat hadisəsinin necə baş verməsini və əsl günahkarı onlar da canlı şahidi olmuşlar. Bildirir ki, küçəyə dönmə zamanı heç bir qadağa işarəsi qoyulmamışdır. Yalnız qarşıdan gələn və digər küçə yoluna çıxan nəqliyyat vasitələrinə «DAYAN DUR» işarəsi qoyulmuşdur. Yəni həmin işarənin ona heç bir aıdıyyəti yoxdur. “Mersedes” markalı nəqliyyat vasitəsini idarə edən şəxslə o, Sabirabad RPŞ-nın YPXB-yə getmişlər. Nəzərinə çatdırır ki, hadisə yerində YPX-i əməkdaşları fotoşəkil çəkmış və həmin şəkillər onlarda vardır. İstənilən ekspert həmin şəkillərə baxdıqda onun təqsirınin olmadığını, yol polisi əməkdaşının məqsədli şəkildə qanunların tələblərini kobudcasına pozmaqla ədalətsiz qərar çıxardığını müəyyən və təsdiq edə bilər. X11 polis kapitanı Cəlal Rəfiyev adlı şəxs dolayısı yolla ona sübut etməyə çalışırdı ki, güya küçəyə quraşdırılmış «DAYAN» işarəsi qarşıdan gələn nəqliyyat vasitəsinə görə quraşdırılsa da eyni zamanda həmın işarəni görməyə və ona əməl etməyin aidiyyətı olmayan nəqliyyat vasitələrinə də aiddir. Onun barəsində qanunsuz və saxta protokol tərtib edilmiş, həmin protokol əsasında onun barəsində İXM-nın 327.2-ci maddəsi ilə ona 100 manat cərimə yazılmışdır. Baş vermiş yol nəqliyyat hadisəsi zamanı ona təxminən 800 AZN maddi ziyan dəymişdir. Yol polisi əməkdaşı qanunların tələblərini kobudcasına pozaraq ona cərimə yazmış, yol nəqliyyat hadisəsində öz tanışını, yəni “Mersedes” markalı avtomobili idarə edən şəxsi günahsız hesab etmişdir. Hadisə ilə bağlı canlı Ekspertizanın keçirilməsini tələb edir. O, bır küçədən digər küçəyə dönür, DAYAN işarəsi döndüyü küçədən qarşı yola çıxan nəqliyyat vasitələri üçün quraşdırılıb. Hesab edir ki, barəsində qanunsuz qərar qəbul edən yol polisi əməkdaşı nəinki qanunun tələblərini kobudcasına pozmuş, o, həmçinin «Yol hərəkətı haqqında» Qanunun 84-cü maddəsinin 1-ci, 85-ci maddəsinin 1 və 6-cı bəndlərini, həmçinin İXM-nın 3-cü,6.1-ci, 122-ci və 124-cü maddələrini, həmçinin AR DİN xx.xx.2017-ci il tarixli Q25- 001-17 nömrəli qərarı ilə təsdiq edilmiş «Yol- patrul xidməti haqqında» Təlimatın 1.2, 1.5.10-cu və 1.5.11-ci bəndlərinin tələblərini kobudcasına pozmuş, ekspert rəyi olmadan qanunsuz qərar qəbul etmişdir. Ona görə də həmin qərarı qəbul edən şəxs cəzalandırılmaqla yanaşı, qanunsuz qərar da ləğv edilməli, ona vurulmuş maddi ziyan ödənilməlidir. Qeyd edilənləri nəzərə alaraq və İXM-nın 128-130-cu, 134- cü maddələrini rəhbər tutaraq Sabirabad RPŞ-nin YPXB-nın polis kapitanı X6 tərəfindən qəbul edilən 09 oktyabr 2024-cü il tarixli TP ******* saylı İnzibati tənbeh vermə haqqında qərarın ləğv edilməsi və inzibati iş üzrə icraata xitam verilməsi barədə qərar qəbul edilməsi xahiş olunur. Məhkəmə iclasında iştirak etmiş barəsində xx.xx.2024-cü il tarixli TP6798426№-li inzibati tənbeh vermə haqqında qərar qəbul edilmiş şikayətçi (bərəsində inzibati tənbeh vermə haqqında qərar qəbul olunmuş) X7 şikayət ərizəsinə uyğun məzmunda izahat verib, şikayətini müdafiə edərək barəsində qəbul olunmuş həmin Qərarın ləğv edilməsi və inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi barədə Qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə şikayətin dəlillərini araşdırıb, inzibati xəta haqqında işin materiallarını tədqiq edib, şikayətçinin izahatını dinləyərək hesab edir ki, X3 şikayəti əsassız olduğundan təmin edilməməlidir. Belə ki, X4 barəsində qəbul olunmuş xx.xx.2024-cü il tarixli TP6798426№-li inzibati tənbeh vermə haqqında Qərarından görünür ki, X4 xx.xx.2024-cü il tarixdə saaat 12:35-də özünə məxsus 54- BX-245 dövlət qeydıyyat nişanlı VAZ 2107 markalı nəqliyat vasitəsilə Sabirabad şəhəri, S.Vurğun küçəsilə hərəkət edərkən yolayrıcını keçmə qydalarının pozulması hərəkəti etməklə, İnzibati Xətalar Məcəlləsinin 327.2-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xəta əməli törətdiyinə görə 100 manat məbləğində inzibati tənbeh tətbiq edilmişdir. İnzibati Xətalar Məcəlləsinin 327.2-ci maddəsinə əsasən svetoforun və ya nizamlayıcının qadağanedici işarəsi verilərkən hərəkətin davam etdirilməsinə, 3.1 “Giriş qadağandır” yol nişanının tələblərinin və ya sərnişin daşıma, əks istiqamətli hərəkət zolağına çıxmaqla ötmə və ya manevr etmə, yolayrıcını keçmə qaydalarının pozulmasına görə, ümumi istifadədə olan nəqliyyat vasitələrinin, yaxud adamlar daşınan yük avtomobillərinin sərnişinlərlə yanacaqdoldurma məntəqəsinə daxil olmasına, 1.1, 1.3 və 1.11 üfüqi nişanlanma xətlərinin tələblərinə riayət etməyərək sola və ya geriyə dönməyə, yaxud maneəni kənardan keçməyə görə inzibati məsuliyyət nəzərdə tutulub. X1 həmin qərarla razılaşmayıb və qərarı mübahisələndirərək qeyd etmişdir ki, o, xx.xx.2024cü il tarixdə saaat 12:35-də özünə məxsus **-BX-*** dövlət qeydıyyat nişanlı VAZ 2107 markalı nəqliyat vasitəsilə Sabirabad şəhəri, S.Vurğun küçəsilə hərəkət edərkən yolayrıcını keçmə qaydalarının pozulması hərəkətinə yol verməmiş, yol hərəkəti haqqında qanunun hər hansı normasını pozmamışdır. Lakin məhkəmə tərəfindən təyin edilmiş məhkəmə yol nəqliyyat hadisələri ekspertizası üzrə xx.xx.2025-ci il tarixli 8/3424 saylı ekspert rəyindən aydın olur ki, X4 “Vaz 21074” minik markalı **-BX-*** dövlət qeydiyyat nişanlı avtomobillə xx.xx.2024-cü il tarixdə saaat 12:35-də Sabirabad şəhəri, S.Vurğun küçəsilə hərəkət edərkən onun hərəkətlərində “Yol hərəkəti haqqında” Qanunun 77-ci maddəsinin 4-ci hissəsinin tələblərinə uyğunsuzluq olmuş və onun həmin maddənin tələblərinə riayət etməklə hadisənin qarşısını almağa texniki imkan olmuşdur. Beləliklə məhkəmə araşdırılması zamanı X3 xx.xx.2024-cü il tarixdə saaat 12:35-də özünə məxsus **-BX-*** dövlət qeydıyyat nişanlı VAZ 2107 markalı nəqliyyat vasitəsilə Sabirabad şəhəri, S.Vurğun küçəsilə hərəkət edərkən yolayrıcını keçmə qaydalarının və “Yol hərəkəti haqqında” Qanunun 77-ci maddəsinin 4-ci hissəsinin tələblərinin pozulması hallarına yol verməsi və bununla da İnzibati Xətalar Məcəlləsinin 327.2-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xəta əməli törətməsi müəyyən edilmişdir. Məhkəmə aşağıda istinad olunan qanunvericilik normalarına və işin məhkəmədə araşdırılmış hallarına əsaslanaraq hesab edir ki, şikayətçi B.Ə.Nuriyevin barəsində qəbul edilmiş mübahisələndirdiyi inzibati tənbeh vermə haqqında Qərardan verdiyi şikayətin dəlilləri, xx.xx.2024-cü il tarixli TP6798426№-li inzibati tənbeh vermə haqqında Qərarın ləğvi üçün əsas ola bilməz. İnzibati Xətalar Məcəlləsinin 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir. Həmin Məcəllənin 6.1-ci maddəsinə əsasən inzibati xətalara görə inzibati tənbeh bu Məcəlləyə uyğun olaraq tətbiq edilir. Həmin Məcəllənin 6.2-cı maddəsinə əsasən inzibati xətalar haqqında işlər üzrə icraatın təmin edilməsi tədbirləri tətbiq edilərkən qanun vericiliyin tələblərinə əməl olunması yuxarı orqanların və vəzifəli şəxslərin idarə nəzarəti ilə, məhkəmə və prokuror nəzarəti ilə və şikayət etmək hüququ ilə təmin edilir. Həmin Məcəllənin 9.1-ci maddəsinə əsasən inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına uyğun, qanuni və əsaslı olmalıdır. Məhkəmə hesab edir ki, Sabirabad RPŞ-nin DYPB-nın polis kapitanı X6 tərəfindən qəbul olunmuş xx.xx.2024-cü il tarixli TP6798426№-li inzibati tənbeh vermə haqqında Qərar qanuni və əsaslı olduğundan, şikayətçi B.Ə.Nuriyevin həmin qərarın ləğv edilməsinə dair şikayəti əsassızdır və təmin edilməməlidir. Göstərilənlərə əsasən və İnzibati Xətalar Məcəlləsinin 40, 43, 48-51, 53, 75, 84, 105, 114, 128-130-cu maddələrini rəhbər tutaraq QƏRARA ALDİ: X3 Sabirabad RPŞ-nin DYPB-nın polis kapitanı X6 tərəfindən qəbul olunmuş xx.xx.2024-cü il tarixli TP6798426№-li inzibati tənbeh vermə haqqında Qərardan verdiyi şikayət əsassız olduğu üçün təmin edilməsin. İş üzrə aparılmış xx.xx.2025-ci il tarixli 8/3424№-li məhkəmə yol-nəqliyyat hadisələri ekspertizasının dəyəri 128 AZN məbləğində pul vəsaiti X2 tutulub Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin hesabına (DXA kod: 210005 VÖEN **********, müxbir hesab: AZ41NABZ******************** SFİFT BİK: CTREAZ22 Az.MEM VÖEN **********,hesab AZ34CTRE********************) köçürülsün. Qərar rəsmi qaydada təqdim edildiyi gündən 10 (on) gün müddətində Sabirabad Rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Şirvan Apellyasiya Məhkəməsinə şikayət verilə bilər.
Məhkəmə qərarları › İş №3(056)-6/2025
Sabirabad Rayon Məhkəməsi Qərar — İş №3(056)-6/2025
30.04.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver