Məhkəmə qərarları › İş №3(056)-617/2025

Sabirabad Rayon Məhkəməsi Qərar — İş №3(056)-617/2025

18.04.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Sabirabad rayon İş № 3(056)-617/2025 18.04.2025 SABİRABAD RAYON MƏHKƏMƏSİ X4 Bağırovun sədrliyi, Anar Neymət oğlu Qafarovun katibliyi, şikayətçi X2 iştirakı ilə, X2 DİN BDYPİ-ni tərəfindən qəbul olunmuş xx.xx.2025-ci il tarixli EQ 26987155 nömrəli inzibati tənbeh vermə haqqında Elektron Qərardan verdiyi şikayətə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: DİN BDYPİ-ni tərəfindən qəbul olunmuş xx.xx.2025-ci il tarixli EQ 26987155 nömrəli inzibati tənbeh vermə haqqında Elektron Qərara əsasən xx.xx.1961-ci il təvəllüdlü X1 Xətalar Məcəlləsinin 327.2-ci maddəsində (əks istiqamətli hərəkət zolağına çıxmaqla ötmə) nəzərdə tutulmuş inzibati xətanı törətdiyinə görə, onun barəsində 100 manat məbləğində cərimə və 3 bal növündə inzibati tənbeh tətbiq edilməsi qərara alınmışdır. X5 barəsində qəbul olunmuş inzibati tənbeh vermə haqqında xx.xx.2025-ci il tarixli EQ 26987155 nömrəli inzibati tənbeh vermə haqqında Elektron Qərarla razılaşmayıb, həmin qərardan şikayət verərək, qərarın ləğv edilməsi və inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi barədə qərar çıxarılmasını xahiş etmişdir. X5 barəsində qəbul ilunmuş xx.xx.2025-ci il tarixli EQ 26987155 nömrəli inzibati tənbeh vermə haqqında Elektron Qərardan verdiyi şikayəti belə əsaslandırılmışdır ki, Sabirabad rayon Qaragüney kəndində qeydiyyatda olmaqla qeyd edilən ünvanda yaşayan. Ona məxsus LX 470 markalı 54- BK-830 dövlət qeydiyyat nişanlı avtomobili idarə edirkən. xx.xx.2025-ci il tarixdə 16:53 radələrdə Hacıqabul-Horadiz avtomobil youlunun 24-cü km də hərəkətdə olarkən İXM- nın 327.2-1.1, 1.3 və 1.11 madələrinin tələblərini pozmuş. 29 mart 2025-ci il tarixində SMS RADAR proqramında telefon vasitəsiylə yoxlayan zaman ona məlum olmuşdur ki, həmin hal üzrə barəmdə 29 mart 2025-ci il tarixdə İXM- nin 327.2-1.1.1.3 və 1.11 madələrinin tələblərini pozduğu üçün bir neçə saat sonra, yəni saat 18:51:52 radələrində barəsində EQ26987155 nömrəli inzibati tənbeh vermə haqqında qərar çıxarılmaqla 100 manat cərimə və 3 balla qiymətləndirilən cərimə tətbiq edilmişdir. Qeyd edilən qayda pozuntusu xx.xx.2025-ci il tarixdə 16:53 radələrində təhlükəsizlik kamerasının monitorunda götrülüb, EQ26987155 nömrəli saylı protokol tərtib olunmuşdur Fotoşəkildən görünür ki, manitordan şəkillər götrülən zaman, şəkillər üzərində olan saat və dəqiqə göstərilməmiş, ona görə də buradan görmək olur ki, həmin inzibati xəta real vaxt rejiminə əməl olunmadan foto və ya video qeydiyyat funksiyalarına malik xüsusi texniki vasitələrdən götürülməklə, tərtib olunmuş və həmin qayda pozuntusu müvafiq icra hakimiyyəti orqanının mərkəzi informasiya sisteminə qoşulmuş elektron vasitələrlə qeydə alınmamışdır. İXM-nın 122, 327.1, 327.5, 328, 329.1, 329.2, 330, 339.1-1. 346.3, 346-1.1, 346-1.5, 353.2 və 469.3-cü maddələrində nəzərdə tutulmuş xətalar foto və ya video qeydiyyat funksiyalarına malik xüsusi texniki vasitələrin köməyi ilə aşkar edildikdə, xüsusi texniki vasitələrin məlumatları müvafiq icra hakimiyyəti orqanının mərkəzi informasiya sisteminin proqram təminatı əsasında real vaxt rejimində elektron formada birbaşa həmin mərkəzi informasiya sisteminə ötrülür, inzibati xətanı törətmiş şəxsin iştirakı olmadan real vaxt rejimində, "Elektron imza və elektron sənəd haqqında" Qanunu ilə müəyyən edilmiş qaydada elektron sənət şəklində inzibati tənbeh vermə haqqında elektron qərar çıxarılır və həmin mərkəzi informasiya sisteminin müvafiq səlahiyyətli əməkdaşının elektron imzası ilə təsdiqlənir. Təsdiq edilmiş həmin qəraq real vaxt rejimində, xüsusi texniki vasitələrin məlumatları əlavə edilməklə, elektron qaydada müvafiq icra hakimiyyəti orqanının informasiya sisteminə göndərilir. Həmin məcəllənin 122.5. maddəsində göstərilir ki, foto və ya video qeydiyyat funksiyalarına malik xüsusi texniki vasitələrin köməyi ilə aşkar edilmiş inzibati xətalara görə nəqliyyat vasitəsini dayandıraraq, törədilmiş belə xətalar haqqında inzibati xəta haqqında protokol tərtib etmək və ya inzibati tənbeh tətbiq etmə haqqında qərar çıxarmaq qadağandır. Bütün foto və ya video qeydiyyat funksiyalarına malik xüsusi texniki vasitələr müvafiq icra hakimiyyəti orqanının mərkəzi informasiya sisteminə inteqrasiya olunmaqla, həmin texniki vasitələrin köməyi ilə aşkar edilmiş qaydada elektron qərar çıxarılır. Hesab edirəm ki, barəmdə 29 mart 2025-ci il tarixdə saat 18:51:52 radələrdə İXM-nin 327.2-1.1.1.3 və 111 madələrinin tələbləri 18.51:52 barəmdə EQ26987155 nömrəli inzibati tənbeh vermə haqqında qərar qəbul edilərkən İXM-nin normaları kobud şəkildə pozulmaqla qanunsuz və əsassız olaraq qəbul edilmişdir. Göstərilənləri nəzərə almaqla, barəsində EQ26987155 nömrəli inzibati tənbeh vermə haqqında qərarın qanunsuz hesab edərək ləğv edilməsi və həmin inzibati xəta üzrə icraata xitam verilməsi barədə ədalətli qərar çıxarmağınızı xahiş edir. Məhkəmə iclasında iştirak etmiş barəsində xx.xx.2025-ci il tarixli EQ26987155 nömrəli inzibati tənbeh vermə haqqında Elektron Qərar qəbul edilmiş Ə.H.Həmzəyev şikayət ərizəsinə uyğun məzmunda izahat verib, ona istinad olunan İnzibati Xətalar Məcəlləsinin 327.2-ci maddəsində (əks istiqamətli hərəkət zolağına çıxmaqla ötmə) nəzərdə tutulmuş inzibati xəta əməlinə yol verdiyini qeyd edərək göstərmişdir ki, o, xx.xx.2025-ci il tarixdə özünə məxsus LX 470 markalı **-BK-*** dövlət qeydiyyat nişanlı avtomobili idarə edərkən saat 16:53 radələrdə Hacıqabul-Horadiz avtomobil youlunun 24-cü km-də əks istiqamətli hərəkət zolağına çıxmaqla ötmə hərəkətini edib İXM-nın 327.2-ci madələrinin tələblərini pozmuşdur. 29 mart 2025-ci il tarixində SMS RADAR proqramında telefon vasitəsiylə yoxlayan zaman ona məlum olmuşdur ki, həmin hal üzrə barəsində 29 mart 2025-ci il tarixdə İXM-nın 327.2-ci maddəsinin tələblərini pozduğu üçün bir neçə saat sonra, yəni saat 18:51:52 radələrində barəsində EQ26987155 nömrəli inzibati tənbeh vermə haqqında elektron qərar çıxarılmaqla 3 balla qiymətləndirilən 100 manat cərimə tətbiq edilmişdir. O bu halla razılaşmır və qeyd edir ki, o, əks istiqamətli hərəkət zolağına çıxmaqla ötmə hərəkəti etsə də, lakin həmin Elektron Qərar elektron formada birbaşa mərkəzi informasiya sistemi vasitəsilə real vaxt rejimində, "Elektron imza və elektron sənəd haqqında" Qanunu ilə müəyyən edilmiş qaydalara zidd tətbiq edildiyi üçün ləğv edilməlidir. Ona görə də həmin Qərarın ləğv edilməsi və inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi barədə Qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Şikayətin dəlillərini araşdırıb, inzibati xəta haqqında işin materiallarını tədqiq edib, şikayətçinin izahatını dinləyərək hesab edirəm ki, X2 şikayəti əsassız olduğundan təmin edilməməlidir. Belə ki, X5 barəsində qəbul olunmuş xx.xx.2025-ci il tarixli EQ 26987155 nömrəli inzibati tənbeh vermə haqqında Elektron Qərardan görünür ki, X5 xx.xx.2025-ci il tarixdə 16:53 radələrdə Hacıqabul-Horadiz avtomobil youlunun 24-cü km də hərəkət edən zaman ki, əks istiqamətli hərəkət zolağına çıxıb, ötmə hərəkəti etməklə, İnzibati Xətalar Məcəlləsinin 327.2-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xəta əməli törətdiyinə görə 3 balla qiymətləndirilən 100 manat cərimə tətbiq edilmişdir. İnzibati Xətalar Məcəlləsinin 327.2-ci maddəsinə əsasən svetoforun və ya nizamlayıcının qadağanedici işarəsi verilərkən hərəkətin davam etdirilməsinə, 3.1 “Giriş qadağandır” yol nişanının tələblərinin və ya sərnişin daşıma, əks istiqamətli hərəkət zolağına çıxmaqla ötmə və ya manevr etmə, yolayrıcını keçmə qaydalarının pozulmasına, ümumi istifadədə olan nəqliyyat vasitələrinin, yaxud adamlar daşınan yük avtomobillərinin sərnişinlərlə yanacaqdoldurma məntəqəsinə daxil olmasına, 1.1, 1.3 və 1.11 üfüqi nişanlanma xətlərinin tələblərinə riayət etməyərək sola və ya geriyə dönməyə, yaxud maneəni kənardan keçməyə görə inzibati məsuliyyət nəzərdə tutulub. Şikayətçi Ə.H.Həmzəyev həmin qərarla razılaşmayıb və qərarı mübahisələndirərək qeyd etmişdir ki, o, xx.xx.2025-ci il tarixdə 16:53 radələrdə Hacıqabul-Horadiz avtomobil youlunun 24-cü km də hərəkət edən zaman əks istiqamətli hərəkət zolağına çıxmaqla ötmə hərəkəti etsə də, lakin həmin Elektron Qərar elektron formada birbaşa mərkəzi informasiya sistemi vasitəsilə real vaxt rejimində, "Elektron imza və elektron sənəd haqqında" Qanunu ilə müəyyən edilmiş qaydalara zidd tətbiq edilmişdir. Məhkəmə araşdırılması zamanı müəyyən edilmişdir ki, şikayətçi Ə.H.Həmzəyev xx.xx.2025-ci il tarixdə 16:53 radələrdə Hacıqabul-Horadiz avtomobil youlunun 24-cü km də hərəkət edən zaman ki, əks istiqamətli hərəkət zolağına çıxıb, ötmə hərəkəti etməklə, İnzibati Xətalar Məcəlləsinin 327.2-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xəta əməlini törətmişdir. Məhkəmə hesab edir ki, şikayətçi Ə.H.Həmzəyevun barəsində qəbul edilmiş mübahisələndirdiyi inzibati tənbeh vermə haqqında Elektron Qərardan verdiyi şikayətin dəlilləri xx.xx.2025-ci il tarixli EQ 26987155 nömrəli inzibati tənbeh vermə haqqında Elektron Qərarın ləğvi üçün əsas ola bilməz. İnzibati Xətalar Məcəlləsinin 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir. Həmin Məcəllənin 6.1-ci maddəsinə əsasən inzibati xətalara görə inzibati tənbeh bu Məcəlləyə uyğun olaraq tətbiq edilir. Həmin Məcəllənin 6.2-cı maddəsinə əsasən inzibati xətalar haqqında işlər üzrə icraatın təmin edilməsi tədbirləri tətbiq edilərkən qanun vericiliyin tələblərinə əməl olunması yuxarı orqanların və vəzifəli şəxslərin idarə nəzarəti ilə, məhkəmə və prokuror nəzarəti ilə və şikayət etmək hüququ ilə təmin edilir. Həmin Məcəllənin 9.1-ci maddəsinə əsasən inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına uyğun, qanuni və əsaslı olmalıdır. Məhkəmə hesab edir ki, DİN BDYPİ tərəfindən qəbul olunmuş xx.xx.2025-ci il tarixli EQ 26987155 nömrəli inzibati tənbeh vermə haqqında Elektron Qərar qanuni və əsaslı olduğundan, Ə.H.Həmzəyevin həmin qərarın ləğv edilməsinə dair şikayəti əsassızdır və təmin edilməməlidir. Göstərilənlərə əsasən və İnzibati Xətalar Məcəlləsinin 40, 43, 48-51, 53, 75, 84, 105, 114, 128-130-cu maddələrini rəhbər tutaraq QƏRARA ALDİ: X2 DİN BDYPİ tərəfindən qəbul olunmuş xx.xx.2025-ci il tarixli EQ 26987155 nömrəli inzibati tənbeh vermə haqqında Elektron Qərardan verdiyi şikayət əsassız olduğu üçün təmin edilməsin. Qərar rəsmi qaydada təqdim edildiyi gündən 10 (on) gün müddətində Sabirabad Rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Şirvan Apellyasiya Məhkəməsinə şikayət verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar