Azərbaycan Respublikası adından QƏRAR Sabirabad rayon İş № 3(056)-625/2025 16.04.2025 SABİRABAD RAYON MƏHKƏMƏSİ Hakim Allahverdiyev Səlim Məhərrəm oğlunun sədrliyi, X1 oğlunun katibliyi, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs və Zərərçəkmiş şəxs iştirakları ilə, xx.xx.1949-cu ildə tarixdə Sabirabad rayonunun Suqovuşan kəndində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, ailəli, təqaüdçü, Sabirabad şəhəri, N.Süleymanov küçəsi, 17 saylı evdə qeydiyyatda olmaqla orada yaşayan Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 338.7-ci maddəsi ilə Sabirabad rayon Polis şöbəsindən daxil olmuş inzibati xəta haqqında protokola və protokol əsasında toplanmış materiala Sabirabad Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Sabirabad rayon Polis şöbəsindən daxil olmuş inzibati xəta haqqında protokola və protokol əsasında toplanmış materiala görə, Şəxs xx.xx.2025-ci il tarixində saat 00:20 radələrində Sabirabad şəhəri, H.Əliyev prospektində bir baş inəyi yolda nəzarətsiz qoymuş, nəticə Zərərçəkmiş şəxs idarə etdiyi “Mercedes Benz E220 CDİ minik” markalı, **-MZ-*** dövlət qeydiyyat nişanlı avtomobil həmin inəklə toqquşmuş, inək yerində ölmüş və Zərərçəkmiş şəxs avtomobilə maddi zərər dəymişdir. Bununla da o, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 332.4-cü maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. Məhkəmə iclasında iştirak edən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs izahat verərək bildirdi ki, o, yaşlı arvadı ilə birgə yaşayır. Onların cəmi bir baş inəyi olmuş. Onlar hər gün inəyi səhər saatlarında yemlənməsi üçün evdən çölə buraxmış, gecə saatlarında inək özü yaşadıqları evə qayıtmışdır. xx.xx.2025-ci il tarixində inəyi evə qayıtmamış, nəvəsi səhərə kimi heyvanı axtarmış. xx.xx.2025-ci il tarixində o, “Mercedes Benz E220 CDİ minik” markalı avtomobilin Sabirabad şəhəri, H.Əliyev prospektində onun inəyini vurub öldürməsini öyrənmişdir. Hazırda o, heyvanının alııb ona verilməsini istəyir. Çünki bir tək o heyvanın sürüdü ilə dolanmışlar. Sürücü gərək diqqətli olardı. Odur ki, o, məhkəmədən heyvanının əvəzinin alınıb ona verilməsinə köməklik göstərilməsini xahiş edir. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs bildirdi ki, o, idarə etdiyi “Mercedes Benz E220 CDİ minik” markalı, **-MZ-*** dövlət qeydiyyat nişanlı avtomobillə xx.xx.2025-ci il tarixində yaşadığı Ulacalı kəndindən gələrkən qəfildən H.Əliyev prospektində onun yoluna bir heyvan çıxmış və onun maşınına çırpılmışdır. Həmin vaxt gecə saatları idi. İnək toqquşmadan sonra yerindən qalxa bilməmişdir. İnək nəzarətsiz gecə saatlarında yola buraxıldığı üçün bu hadisə baş vermişdir. Hazırda onun tək istəyi ziyanının ödənilməsidir. Tənbehə gəldikdə isə o, bu məsələni məhkəmənin mülahizəsinə buraxır. İş materiallarına izahatlar, yol-nəqliyyat hadisəsinin sxemi, fotoşəkillər əlavə edilmiş, məhkəmə həmin sənədləri tədqiq etmişdir. Azərbaycan Respublikasının İXM-nin 338.7-ci maddəsinə əsasən, bu Məcəllənin 338.4, 338.4- 1 və 338.5-ci maddələrində nəzərdə tutulmuş xətalar nəticəsində zərər çəkmiş şəxsin sağlamlığına yüngül bədən xəsarətinin yetirilməsinə və ya zərər çəkmiş şəxsə maddi zərər vurulmasına görə yüz manatdan yüz əlli manatadək məbləğdə cərimə edilir. Həmin Məcəllənin 338.5.1-ci maddəsinə əsasən, mal-qaranın yolda nəzarətsiz qoyulmasına məsuliyyət müəyyən edilmişdir. İnzibati tənbehin məqsədlərindən bəhs edən İXM-nin 22-ci maddəsinə əsasən inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Azərbaycan Respublikasının İXM-nin 9.1-ci maddəsinə görə inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli, yəni inzibati xətanın xarakterinə, onun törədilməsi hallarına uyğun, qanuni və əsaslı olmalıdır. Həmin Məcəllənin 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyəti, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Məhkəmə Azərbaycan Respublikasının İXM-nin 32-ci maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs ilk dəfə inzibati xəta törətməsini, ailə vəziyyətini və yaşını inzibati xətaya görə məsuliyyəti yüngülləşdirən hal hesab edir. X2 əməlində İXM-nin 33-cü maddəsində göstərilən inzibati xətaya görə məsuliyyəti ağırlaşdıran hallar müəyyən edilmədi. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 31, 40,43, 48- 51, 114, 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARAALDİ: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 338.7-ci maddəsi ilə təqsirli bilinərək barəsində 100 (bir yüz) manat miqdarında cərimə tənbeh tədbiri tətbiq edilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Sabirabad Rayon Məhkəməsi vasitəsilə Şirvan Apellyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər.
Məhkəmə qərarları › İş №3(056)-625/2025
Sabirabad Rayon Məhkəməsi Qərar — İş №3(056)-625/2025
16.04.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver