Azərbaycan Respublikası adından QƏRAR Sabirabad rayon İş № 3(056)-626/2025 15.04.2025 SABİRABAD RAYON MƏHKƏMƏSİ Hakim Allahverdiyev Səlim Məhərrəm oğlunun sədrliyi, X4 oğlunun katibliyi, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakı ilə, xx.xx.1960-cı il tarixdə Sabirabad rayonunun Quruzma kəndində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, ailəli, fərdi əməklə məşğul olan, orta təhsilli, Şirvan şəhəri, Naxçıvan küçəsi ev 230 da qeydiyyatda olan və Şirvan şəhəri, S.Zeynalov küçəsi ev 1, mənzil 41-də yaşayan Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.8-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xəta törətməsinə dair Sabirabad Rayon Polis Şöbəsindən daxil olmuş inzibati xəta haqqında xx.xx.2025-ci il tarixli İXP ******* №-li Protokola və əlavə olunmuş sənədlərə Məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Şəxs İnzibati Xətalar Məcəlləsinin 327.8-ci maddəsi ilə inzibati xəta törətməsinə dair Sabirabad Rayon Polis Şöbəsindən daxil olmuş inzibati xəta haqqında xx.xx.2025-ci il tarixli İXP ******* №-li Protokolun və əlavə olunmuş sənədlərin məzmununa görə, Şəxs xx.xx.2025-ci il tarixdə saat 13:30 radələrində idarə etdiyi “Kamaz” markalı **-BB-*** qeydiyyat nişanlı qoşqulu yük avtomobil ilə saatda 50-55 km surətlə Qalaqayın kənd ərazisində keçərək, magistral yolda olan dairəyə çatan zaman, dairənin sol tərəfindən hərəkətini davam etdirmək üçün baş yola çıxan VAZ- 2107 markalı **-TK-*** qeydiyyat nişanlı avtomobili gözləməli olduğu halda, avtomaşını saxlamayıb hərəkətə davam etdiyi üçün, dairənin sol tərəfindən çıxan **-TK-*** qeydiyyat nişanlı avtomobilin sağ yan hissəsindən avtomaşının qabaq hissəsi ilə toqquşmuş, nəticədə sonuncu avtomobilin sürücü X1 vuraraq sağlamlığına yüngül zərər vurmaya aid bədən xəsarətləri yetirmişdir. Bununla da Şəxs “Yol hərəkəti haqqında” Qanunun 36-cı maddəsinin 1-ci hissəsinin 13-cü bəndinin tələbini pozmaqla yol-nəqliyyat hadisəsi törətmişdir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs məhkəmə iclasında izahat verərək göstərdi ki, Şirvan şəhər sakini X6 Kamaz markalı **-BB-*** qeydiyat nişanlı qoşqulu yük avtomaşını etibarnamə əsasısında günlük 50-60 manat əmək haqqı almaqla idarə edir. xx.xx.2025ci il tarixə saat 12 radələrində Kamaz markalı **-BB-*** qeydiyat nişanlı qoşqulu yük avtomaşınla Beyləqan rayonuna istiqamət gedmiş, avtomobili ilə saatda 50-55 km surətlə idarə etmişdir. Sabirabad rayonu Qalaqayın kənd ərazisindən keçərək, magistral yolda olan dairəyə çatan zaman, dairənin sol tərəfindən hərəkətini davam etdirmək üçün baş yola çıxan VAZ-2107 markalı **-TK-*** qeydiyat nişanlı avtomobili gözləməli olduğu halda, avtomaşınını saxlamayıb hərəkətə davam etdiyi üçün, sol tərəfindən çıxan **-TK-*** qeydiyat nişanlı avtomobilin sağ yan hissəsindən avtomaşınının qabaq hissəsi ilə vurmuşdur. VAZ-2107 markalı avtomobil idarə etmədən yolun sağ ehtiyat hissəsinə doğru bir neçə metr irəlləyərək yol kənarında dayanmışdır. Əvvəl avtomobili hadisə yerində saxlasa da, sonradan hərəkət iştirakçılarına təhlükə yaratmamağı üçün, avtomaşınını bir neçə metr irəli sürərək, yolun sağ tərəfində saxlamışdır. VAZ-2107 markalı avtomobilin sürücüsü, X2 xəsarət aldığı üçün TTYS-dan həkim çağrılmış və ona tibbi yardım göstərilməsi MRX-na aparmışlar. Himayəsində 4 uşağnın olduğunu, uşaqlardan biri xəstə, digərləri məktəbli və səgərlikdə olduğunu bildirərək köməklik edilməsini xahiş etmişdir. Sabirabad RPŞ-nin Təhqiqat Bölməsinin təhqiqatçısı polis mayoru Möhlət Bayramovun xx.xx.2025-ci il tarixli «Cinayət işi başlanmasının rədd edilməsi haqqında» qərarının surətindən görünür ki, yol-nəqliyyat hadisəsinin baş verməsi ilə əlaqədar aparılan araşdırma nəticəsində Şəxs əməlində cinayət tərkibi olmadığından toplanmış material üzrə cinayət işinin başlanmasının rədd edilməsi, sürücü Şəxs əməlində Azərbaycan Respublikasının İXM-nin 327.8-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xəta tərkibi olduğundan, inzibati qaydada tədbir görülməsi üçün qərarın surətinin Sabirabad RPŞ-nin DYPB-yə göndərilməsi qərara alınmışdır. Məhkəmə inzibati xəta haqqında xx.xx.2025-ci il tarixli İXP ******* №-li Protokolu və əlavə edilmiş sənədləri nəzərdən keçirib, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin izahatını dinləyib hesab edir ki, tədqiq edilmiş sübutlarla Şəxs Azərbaycan Respublikasının İXM-nin 327.8-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsində təqsiri özünün etirafedici ifadəsi və məhkəmə iclasında tədqiq olunmuş sübutlarla tam sübuta yetirilir və onun törətdiyi əməl düzgün tövsif olunmuşdur. Ona görə də, Şəxs barəsində Azərbaycan Respublikasının İXM-nin 327.8-ci maddəsinin sanksiyası həddində inzibati tənbeh tətbiq edilməlidir. Azərbaycan Respublikasının İXM-nin 327.8-ci müddəsinə əsasən bu Məcəllənin 327.1 - 327.6, 328 və 330-cu maddələrində nəzərdə tutulmuş xətalar nəticəsində zərər çəkmiş şəxsin sağlamlığına yüngül bədən xəsarətinin yetirilməsinə görə - üç yüz manat məbləğində cərimə edilir və ya nəqliyyat vasitəsini idarə etmək hüququ аltı аydаn bir ilədək müddətə məhdudlaşdırılır. İnzibati tənbehin məqsədlərindən bəhs edən İXM-nin 22-ci maddəsinə əsasən inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Azərbaycan Respublikasının İXM-nin 9.1-ci maddəsinə görə inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli, yəni inzibati xətanın xarakterinə, onun törədilməsi hallarına uyğun, qanuni və əsaslı olmalıdır. Həmin Məcəllənin 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyəti, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Məhkəmə Azərbaycan Respublikasının İXM-nin barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin etirafedici izahat verməsini, əməlindən peşmançılıq hissəsi keçirməsini bildirməsini, həmçinin ilk dəfə inzibati xəta ötrətməsini onun məsuliyyətini yüngülləşdirən hallar kimi nəzərə alır. Məhkəmə araşdırması zamanı Şəxs əməlində Azərbaycan Respublikasının İXM-nin 33-cü maddəsində göstərilən inzibati xətaya görə məsuliyyəti ağırlaşdıran hallar müəyyən edilmədi. Məhkəmə barəsində inzibati xəta haqqında iş üzrə icraat başlanmış Şəxsna inzibati tənbeh tətbiq edərkən onun şəxsiyyətini, xətanın xarakterini, təqsirinin dərəcəsini, məsuliyyətini ağırlaşdıran hallarının olmamasını, məsuliyyətini yüngülləşdirən halları, həmçinin onun sürücülük etməklə ailəsinin tələbatlarını qarşılaması barədə izahatını nəzərə alaraq, onun barəsində maddənin sanksiyasında nəzərdə tutulmuş nəqliyyat vasitələrini idarə etmək hüququnun məhdudlaşdırılması növündə tənbeh tədbiri tətbiq edilməsini məqsədəmüvafiq hesab etmir. Beləliklə, göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 31, 40, 43, 48-51, 114, 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şəxs Azərbaycan Respublikasının İXM-nin 327.8-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xəta törətməkdə təqsirli bilinərək barəsində 300 (üç yüz) manat məbləğində cərimə tənbeh tədbiri tətbiq edilsin. Qərarın icrası Şirvan şəhər İcra və Probasiya Şöbəsinə həvalə edilsin. Qərardan onun təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Sabirabad Rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apelyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər.
Məhkəmə qərarları › İş №3(056)-626/2025
Sabirabad Rayon Məhkəməsi Qərar — İş №3(056)-626/2025
15.04.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver